Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-78/2021 25.01.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Məhkəmə iclasının katibi X4 Yevlax RPŞ-nin İTB-nin sahə rəisi polis mayoru X5 Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Zərərçəkmiş şəxs X2 iştirakı ilə Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Yevlax rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İnzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs xx xxxxxx 2020-ci il tarixdə Yevlax şəhəri, Ü.Hacıbəyov küçəsi, 68 saylı ünvanda kirayə yaşayan X2 həyətindən bir ədəd işlənmiş vəziyyətdə olan peyk antenasının ötürücü cihazını, xx xxxxxxx 2020-ci il tarixdə isə Yevlax şəhəri, T.Məmmədov küçəsi, 1 saylı ünvanda yaşayan Zərərçəkmiş şəxs evinin həyətindən dəmir parçalarını oğurlamışdır. Məhkəmə iclasında Yevlax rayon polis şöbəsinin İTB-nin sahə rəisi polis mayoru X7 izah etdi ki, Yevlax şəhəri, Ü.Hacıbəyov küçəsi, 68 saylı ünvanda kirayə yaşayan X1 RPŞnə ərizə ilə müraciət edərək, xx xxxxxx 2020-ci il tarixdə 2020-ci il tarixdə yaşadığı evin həyətindən bir ədəd işlənmiş vəziyyətdə olan peyk antenasının ötürücü cihazının oğurlanması barədə məlumat vermişdir. Bundan sonra Yevlax şəhəri, T.Məmmədov küçəsi, 1 saylı ünvanda yaşayan Zərərçəkmiş şəxs DİN 102 xidməti zəng mərkəzi sisteminə zəng edərək, yaşadığı evin həyətindən naməlum şəxs və ya şəxslər tərəfindən dəmir parçalarının oğurlanması barədə məlumat vermişdir. Yevlax RPŞ-nin TB-nin xx xxxxxxx 2020-ci il tarixli və xx xxxxxx 2020-ci il tarixli qərarları ilə törədilmiş əməldə cinayət tərkibi müəyyən edilmədiyindən, cinayət işinin başlanması rədd edilmiş və naməlum şəxs və ya şəxslərin əməlində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsinin tərkibi olduğundan tədbir görülməsi üçün qərarın surəti RPŞ-nin İTB-nə göndərilmişdir. Tərəfindən bu barədə araşdırma aparılmış və Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izah etdi ki, qeyd edilən əməli törətmişdir. Zərərçəkmiş şəxslərə vurmuş olduğu ziyanı üç gün müddətində ödəyəcəyini öhdəsinə götürür. Hazırda əməlindən peşmandır. Məhkəmədən əməlindən səmimi olaraq peşmançılıq çəkməsini və bir daha belə hallara yol verməyəcəyini nəzərə alaraq, barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs X6 izah etdi ki, təxminən bir aydır ki, Yevlax şəhəri, Ü.Hacıbəyov küçəsi, 68 saylı ünvanında kirayədə yaşayır. Əşyalarının bir hissəsi evin həyətində olmuşdur. Evə köçdükdən sonra vaxtı olmadığına görə peyk antenasını qurdura bilməmişdir və bu səbəbdən də evin həyətində yerdə quraşdırılmamış vəziyyətdə qalmışdır. xx xxxxxx 2020-ci il tarixdə təxminən saat 23 radələrində kirayədə yaşadığı evin həyətində səs gəldiyini eşitmişdir. Bir qədər sonra evdən həyətə çıxanda isə quraşdırılmamış peyk antenasının bir ədəd ötürücüsü cihazının oğurladığını aşkar etmişdir. Oğurluq nəticəsində ona ümumilikdə 20-30 manat dəyərində manat maddi ziyanın dəymişdir. Hazırda inzibati xəta törətmiş şəxs Şəxs şikayətçidir. Məhkəmədən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində qanuna müvafiq cəza təyin edilməsini xahiş etdi. Digər Zərərçəkmiş şəxs məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmişdir. İş materiallarına əlavə edilmiş xx xxxxxx 2021-ci il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx xxxxxx 2021-ci il tarixdə, saat 11.00-da inzibati qaydada tutulmuşdur. İş materiallarına əlavə edilmiş İdeal MMC tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli arayışdan görünür ki, 1 ədəd işlənmiş vəziyyətdə olan peyk antenasının ötürücü cihazının hazırkı orta bazar qiyməti 25 (iyirmi beş) manat təşkil edir. İş materiallarına əlavə edilmiş xx xxxxxxx 2020-ci il tarixli cinayət işi başlanmasının rədd edilməsi barədə qərardan məlum olur ki, Zərərçəkmiş şəxs təxminən 90-100 manat məbləğində maddi ziyan dəymişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinin tələbinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən suiistifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə - yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, zərərçəkmiş şəxs X2 və Yevlax rayon Polis şöbəsinin İTB-nin sahə rəisi polis mayoru X5 izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmiş və o, inzibati tənbeh edilməlidir. Azərbaycan Respublıikası İXM-nin 31.4-cü maddəsində əsasən Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Azərbaycan Respublikası İXM-nin 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Şəxs haqqında təqsirli bilindiyi İXM-nin 227-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati tənbeh növünü müəyyən edərkən, inzibati xəta törətmişin şəxsiyyəti və inzibati xətanın xarakteri nəzərə alınır. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinin tələbinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsində göstərilir ki, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. İnzibati xətanın xarakterini və mahiyyətini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şəxsiyyətini, ziyanı ödəməməsini və işin faktiki hallarını nəzərə alaraq hesab edirəm ki, Şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati həbs tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 114, 115, 117, 128 və 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ : xx xxxx 1983-cü il tarixdə Yevlax şəhərində anadan olmuş, Yevlax şəhəri, C.Kərimov küçəsi 49-da qeydiyyatda olan və yaşayan Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmiş Şəxs 1 (bir) ay müddətinə inzibati həbs edilsin. Həbs etmənin əvvəli xx xxxxxx 2021-ci il tarixdən saat 11.00-dan hesablansın. Şəxs 25 (iyirmi beş) manat məbləğində ziyan alınıb zərərçəkmiş şəxs X3 ödənilsin. Şəxs 90 (doxsan) manat məbləğində ziyan alınıb Zərərçəkmiş şəxs ödənilsin. Qərarın surəti Şəxs təqdim edilsin. Qərarın icrası Yevlax rayon Polis şöbəsinə həvalə edilsin. Dəymiş ziyanın ödənilməsi ilə bağlı qərarın icrası Yevlax rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Ruslan Əlizadə
Məhkəmə qərarları › İş №3(039)-78/2021
Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-78/2021
25.01.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver