Məhkəmə qərarları › İş №3(039)-783/2022

Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-783/2022

19.08.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-783/2022 19.08.2022 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Kamil Çingiz oğlunun sədrliyi Qasımov Nurlan Asif oğlunun katibliyi, Yevlax rayon Polis X4 Bölməsinin polis sahə rəisi, polis leytenantı X13, zərərçəkmiş şəxs X11, barəsində inzibati icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1995-ci il tarixdə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Yevlax şəhəri 32-ci məhəllədə yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair inzibati xəta haqqında materiallara açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı Yevlax Rayon Polis Şöbəsində tərtib olunmuş iş materialları xx.xx.2022-ci il tarixdə baxılması üçün Yevlax Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokollardan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs xx.xx.2022-ci il tarixdə Yevlax şəhəri 32-ci məhəllədə yaşayan X5 yaşadığı evin həyətindən oğluna məxsus 1 ədəd velosipedini, xx.xx.2022-ci il tarixdə Yevlax şəhəri 32-ci məhəllədə X3 məxsus evin həyətindən 2 ədəd su çəni, xx.xx.2022-ci il tarixdə Yevlax şəhəri Q.Məhərrəmov küçəsi ev 45-də yaşayan X14 məxsus evin həyətindən 5 ədəd toyuqlarını və qadın alt paltarlarını, xx.xx.2022-ci il tarixdə Yevlax şəhəri İnternat məktəbində paltar qurutma ipindən X9 məxsus alt paltarlarını və xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixdə Yevlax şəhəri İnternat məktəbində yaşayan X10 mənzilindən 30 manat dəyərində ətirini və 20 manat dəyərində ərzağını oğurlamışdır. Bununla da Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş, xırda talama, yəni oğurlama inzibati xətasını törətmişdir. Barəsində inzibati icraat aparılan Şəxs törətdiyi inzibati xəta ilə bağlı ayrı-ayrı inzibati material xx.xx.2022-ci il tarixdə məhkəmənin icraatına daxil olduğundan, qeyd olunan materialların tam, ətraflı, obyektiv və vaxtında araşdırılmaqla ədalətli həll olunmasını təmin etmək məqsədi ilə məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsini rəhbər tutaraq, inzibati işlərin bir icraatda birləşdirilərək baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Yevlax rayon Polis X4 Bölməsinin polis sahə rəisi, polis leytenantı X20 çıxış edərək bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə Yevlax şəhəri 32-ci məhəllədə yaşayan X5 yaşadığı evin həyətindən oğluna məxsus 1 ədəd velosipedini, xx.xx.2022-ci il tarixdə Yevlax şəhəri 32-ci məhəllədə X3 məxsus evin həyətindən 2 ədəd su çəni, xx.xx.2022-ci il tarixdə Yevlax şəhəri Q.Məhərrəmov küçəsi ev 45-də yaşayan X14 məxsus evin həyətindən 5 ədəd toyuqlarını və qadın alt paltarlarını, xx.xx.2022-ci il tarixdə Yevlax şəhəri İnternat məktəbində paltar qurutma ipindən X9 məxsus alt paltarlarını və xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixdə Yevlax şəhəri İnternat məktəbində yaşayan X10 mənzilindən 30 manat dəyərində ətirini və 20 manat dəyərində ərzağını oğurlamışdır. Yevlax Rayon Polis X7 araşdırma aparılmış və cinayət tərkibi olmadığından material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X1 İsrail Yadigar oğlunun xx.xx.2022-ci il tarixdə ona məxsus evin həyətindən 5 ədəd toyuqlarını və qadın alt paltarlarını oğurladığını, ona dəymiş zərərin ödənilmədiyini, hazırda ondan şikayətçi olduğunu və Şəxs barəsində ədalətli qərarın qəbul edilməsini xahiş edir. Məhkəmə baxışı zamanı dindirilmiş Şəxs hər beş əməl üzrə özünü təqsirli bilərək hazırda dəymiş ziyanı ödəyə bilməyəcəyini bildirərək barəsində ədalətli qərarın qəbul edilməsini xahiş etdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: xx.xx.2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, X5 ərizəsi əsasında toplanmış materialda cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmişdir və qərarın surəti inzibati icraat başlanması üçün Yevlax Rayon Polis X4 və Cinayət Axtarış Bölməsinə göndərilmişdir; xx.xx.2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, X2 ərizəsi əsasında toplanmış materialda cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmişdir və qərarın surəti inzibati icraat başlanması üçün Yevlax Rayon Polis X4 və Cinayət Axtarış Bölməsinə göndərilmişdir; xx.xx.2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, toplanmış materialda cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmişdir və qərarın surəti inzibati icraat başlanması üçün Yevlax Rayon Polis X4 və Cinayət Axtarış Bölməsinə göndərilmişdir; xx.xx.2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, X8 ərizəsi əsasında toplanmış materialda cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmişdir və qərarın surəti inzibati icraat başlanması üçün Yevlax Rayon Polis X4 və Cinayət Axtarış Bölməsinə göndərilmişdir; xx.xx.2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, X10 ərizəsi əsasında toplanmış materialda cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmişdir və qərarın surəti inzibati icraat başlanması üçün Yevlax Rayon Polis X4 və Cinayət Axtarış Bölməsinə göndərilmişdir; xx.xx.2022-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx.xx.2022-ci il tarixdə Yevlax şəhəri 32-ci məhəllədə yaşayan X5 yaşadığı evin həyətindən oğluna məxsus 1 ədəd velosipedini oğurlamışdır. Bununla da Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş, xırda talama, yəni oğurlama inzibati xətasını törətmişdir; xx.xx.2022-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx.xx.2022-ci il tarixdə Yevlax şəhəri 32-ci məhəllədə X3 məxsus evin həyətindən 2 ədəd su çəni. Bununla da Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş, xırda talama, yəni oğurlama inzibati xətasını törətmişdir; xx.xx.2022-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx.xx.2022-ci il tarixdə Yevlax şəhəri Q.Məhərrəmov küçəsi ev 45-də yaşayan X14 məxsus evin həyətindən 5 ədəd toyuqlarını və qadın alt paltarlarını oğurlamışdır. Bununla da Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş, xırda talama, yəni oğurlama inzibati xətasını törətmişdir; xx.xx.2022-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, xx.xx.2022-ci il tarixdə Yevlax şəhəri İnternat məktəbində paltar qurutma ipindən X9 məxsus alt paltarlarını oğurlamışdır. Bununla da Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş, xırda talama, yəni oğurlama inzibati xətasını törətmişdir; xx.xx.2022-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixdə Yevlax şəhəri İnternat məktəbində yaşayan X10 mənzilindən 30 manat dəyərində ətirini və 20 manat dəyərində ərzağını oğurlamışdır. Bununla da Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş, xırda talama, yəni oğurlama inzibati xətasını törətmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 9.1-ci maddəsinə əsasən İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə - yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin etirafedici izahatı, zərərçəkmiş şəxslərin, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin izahatı, eləcə də inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. Beləliklə məhkəmə törədilmiş inzibati xətaların xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alaraq iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs inzibati xətanın törədilməsində təqsirli bilinməli və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Bununla yanaşı iş üzrə zərərçəkmiş şəxslərə dəymiş maddi zərərin tutulması ilə bağlı mülki qaydada məhkəməyə müraciət etmək hüquqları izah olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respubilkası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirli bilinib 50 (əlli) gün müddətinə inzibati qaydada həbs edilsin. Həbsetmənin əvvəli 19 avqust 2022-ci il tarixdən saat 17:00-dan hesablansın. İş üzrə zərərçəkmiş şəxslər X6, X3, X9, X12 və X14 dəymiş maddi zərərin tutulması ilə bağlı mülki qaydada məhkəməyə müraciət etmək hüquqları izah olunsun. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Yevlax rayon Məhkəməsinə və ya bilavasitə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Kamil Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar