Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-785/2020 27.10.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Məhkəmə iclasının katibi X3 İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Mingəçevir şəhər RPŞ-nin DYPBnin YPX inspektoru polis oğlu baş serjantı X4 Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə Şəxs Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddəsi ilə inzibati xəta törətməsinə dair Yevlax RPŞ-dən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Şəxs xx xxxxxxx 2020-ci il tarixdə təxminən saat 17.00 radələrində Mingəçevir şəhəri ərazisində sürücülük hüququ və etibarnaməsi olmadan idarə etdiyi VAZ 21013 markalı, ** BH *** dövlət qeydiyyat nömrə nişanlı avtomobili sürücülük hüququ olmadan sərxoş vəziyyətdə idarə etmişdir. Məhəkəm iclasında inzibati xəta haqqında protoloku tərtib etmiş Mingəçevir şəhər RPŞ-nin DYPB-nin YPX inspektoru polis polis baş serjantı X5 izah etdi ki, xx xxxxxxxx 2020-ci il tarixdə təxminən saat 17.00 radələrində Mingəçevir şəhəri ərazisndə xidmətdə olan zaman VAZ 21013 markalı, ** BH *** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin sürücüsü təhlükəsizlik kəmərindən istifadə etmədiyi üçün tərəfindən saxlanılmışdır. Yoxlama zamanı sürücünün sürücülük vəsiqəsi və etibarnaməsi olmadan avtomobili sərxoş vəziyyətdə idarə etməsi məlum olmuşdur. Sürücü Şəxs həkim müayinsəindən keçirilmiş və sərxoş olması müəyyən olmuşdur. Tərəfindən araşdırma aparılmış və Şəxs xx xxxxxx 2020-ci il tarixdə avtomobili sürücülük hüququ olmadan sərxoş vəziyyətdə idarə etməsinə görə, Azərbaycan Respublikası İXM-nin 334.1-ci maddəsi ilə 500 (beş yüz) manat məbləğində inzibati cərimə edilməsi məlum olmuşdur. Bu barədə Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 334.2-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izah etdi ki, Kəlbəcər rayonu, Hopurlu kəndində qeydiyyatda olmasına baxmayaraq, ailə üzvləri ilə birlikdə Yevlax rayonu, Meyvəli kəndində yaşayır. Avtomobil idarə etmək üçün sürücülük vəsiqəsi yoxdur. VAZ 21013 markalı, ** BH *** dövlət qeydiyyat nömrə nişanlı avtomobil qardaşı Elçin Allahverdiyevə məxsusdur. xx xxxxxxxx 2020-ci il tarixdə təxminən saat 17.00 radələrində qardaşına məxsus avtomobillə Mingəçevir şəhərində hərəkətdə olan zaman, təhlükəsizlik kəmərindən istifadə etmədiyi üçün yol patrul xidməti inspektoru idarə etdiyi avtomobilə saxla işarəsi vermişdir. Yoxlama zamanı avtomobili sürücülük hüququ və etibarnaməsi olmadan sərxoş vəziyyətdə idarə etməsi məlum olmuşdur. Məhkəmədən əməlindən səmimi peşmançılığını nəzərə alaraq, barəsində həbslə əlaqədar olmayan yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən xx xxxxxxxx 2020-ci il tarixli, 607 saylı sərxoşluq vəziyyətinin tibbi müayinsəi aktından görünür ki, Şəxs yüngül dərəcəli sərxoş olmuşdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən xx xxxxxxx 2020-ci il tarixli tarixli TP ******* nömrəli qərardan görünür ki, Şəxs barəsində xx xxxxxx 2020-ci il tarixdə Azərbaycan Respublikası İXM-nin 334.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmiş və o, 500 (beş yüz) manat məbləğində inzibati cərimə edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və inzibati xəta haqqında protokol tərtib etmiş Mingəçevir şəhər RPŞ-nin DYPB-nin YPX inspektoru polis baş serjantı X7 izahatlarını dinləyib, iş materiallarını tətqiq edərək hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 334.2-ci maddəsində nəzərdə tutulan inzibati xətaya dair iş üzrə icraata xitam verilməlidir. Belə ki, xx xxxxxxxx 2020-ci il tarixli İXP ******* nömrəli protokoldan görünür ki, Mingəçevir şəhər RPŞ-nin DYPB-nin YPX inspektoru polis baş serjantı X1 Yalçın Arif oğlunun barəsində İXM-nin 334.2-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib etmişdir. Azərbaycan Respublikası İXM-nin 334.2-ci maddəsinin tələbinə görə, Bu Məcəllənin 334.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə-on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. İnzibati xəta haqqında protokoldan məlum olur ki, Mingəçevir şəhər RPŞ-nin DYPB-nin YPX inspektoru polis baş serjantı X5 xx xxxxxxxx 2020-ci il tarixdə Şəxs barəsində İXM-nin 334.2-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib etmiş, lakin Şəxs barəsində xx xxxxxx 2020-ci il tarixdə Azərbaycan Respublikası İXM-nin 334.1-ci maddəsində nəzərdə tutlan inzibati xətanı törədib 500 (beş yüz) manat məbləğində inzibati cərimə edilməsi barədə qərar xx xxxxxxx 2020-ci il tarixdə qəbul olunmuş, xx xxxxxxx 2020-ci il tarixdə qanuni qüvvəsini almışdır. Belə olan halda xx xxxxxx 2020-ci il tarixdə Şəxs təkrar xəta törətməsinə dair xx xxxxxxx 2020-ci il tarixli qərara istinad etmək Azərbaycan Respublikası İXM-nin 334.2-ci maddəsinin tərkibi yaratmır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin; 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 8.1-ci maddəsinə görə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə görə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll olunur. Məhkəmə hesab edir ki, Şəxs barəsində inzibati xəta haqqında tərtib olunmuş protokolda və ona əlavə edilmiş materiallarda İXM-nin 334.2-ci maddəsinin tərkibi olmadığından, iş üzrə icraata xitam verilməlidir. Azərbaycan RespublikasıİXM-nin 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 21-ci maddəsinin tələbinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 9.1-ci maddəsində göstərilir ki, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İXM-nin 53.0.2 və 105.1-ci maddələrinin tələblərinə görə inzibati xəta tərkibi olmadıqda icraatında inzibati xəta haqqında iş olan hakim inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İnzibati xətanın xarakterini və mahiyyətini və işin faktiki hallarını nəzərə alaraq hesab edirəm ki, Şəxs barəsində inzibati xəta haqqında tərtib olunmuş protokolda və ona əlavə edilmiş materiallarda İXM-nin 334.2-ci maddəsinin tərkibi olmadığından, iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 114, 115, 117, 128 və 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ : Şəxs hərəkətində Azərbaycan Respublikası İXM-nin 334.2-ci maddəsinin tərkibi olmadığına görə, iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Yevlax rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən Ruslan Əlizadə
Məhkəmə qərarları › İş №3(039)-785/2020
Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-785/2020
27.10.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver