Məhkəmə qərarları › İş №3(039)-785/2022

Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-785/2022

22.08.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-785/2022 22.08.2022 YEVLAX RAYON MƏHKƏMƏSİ X8 Çingiz oğlunun sədrliyi Qasımov Nurlan Asif oğlunun katibliyi, Yevlax rayon Polis Şöbəsinin polis sahə rəisi X1, barəsində inzibati icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1981-ci ildə Yevlax rayonunda kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Yevlax rayonu Aran qəsəbəsində qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Yevlax rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Yevlax rayon Polis Şöbəsindən daxil olmuş MN seriyalı ******* saylı, 20 avqust 2022-ci il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx.xx.2022-ci il tarixdə saat 18:30 radələrində Yevlax rayonu Aran qəsəbəsində yaşadığı evdə səs-küy salaraq polisin qanuni tələbinə qəsdən tabe olmamış, bununla da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Yevlax rayon X6 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi X2 çıxış edərək bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə saat 18:30 radələrində Yevlax rayonu Aran qəsəbə sakini X4 əri tərəfindən döyülməsi barədə DİN-in 102 xidmətinə etdiyi şikayəti əsasında rayon polis şöbəsinin əməkdaşları qeyd olunan ünvana getmişlər. Qeyd edilən ünvanda şikayətçinin əri Şəxs səs-küy salaraq polis əməkdaşlarının fəaliyyətinə maneəçilik törətmişdir. Bundan sonra Şəxs nizam-intizama dəvət edərək onu rayon polis şöbəsinə getməyə təklif etdikdə o, səs-küy salaraq rayon polis şöbəsinə getməkdən imtina etmişdir. Bundan sonra Şəxs polis əməkdaşları tərəfindən rayon polis şöbəsinə gətirilmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Şəxs özünü təqsirli bilməyərək izahatında bildirmişdir ki, X5 onun arvadıdır və xx.xx.2022-ci il tarixdə aralarında mübahisələri olmuşdur. Mübahisələri olduqdan sonra arvadını evdən qovmuşdur. O, öz yaşadığı evdə olarkən hamamda çimən zaman polis əməkdaşlarının hasardan aşaraq onun məhləsinə daxil olduğunu görmüşdür. O, dəsmala bürünərək hamamdan çıxdıqda məhləsində polis əməkdaşlarının, arvadının və valideynlərinin olmasını görmüş. Polis əməkdaşlarının kim tərəfindən çağırılmasını arvadından soruşduqda arvadı polis əməkdaşlarının onun tərəfindən çağırıldığını bildirmişdir. Bundan sonra polis əməkdaşları ona rayon polis şöbəsinə getməyi təklif etmişlər. O, polis əməkdaşlarına əyninə paltar geyindikdən sonra gedəcəyini bildirmişdir. Bundan sonra o, yaşadığı evə daxil olub əyninin paltarlarını geyindikdən sonra öz xoşu ilə polis əməkdaşları ilə birlikdə rayon polis şöbəsinə getmişdir. O, polisin heç bir tələbinə qarşı etiraz etməmişdir. Əksinə polis heç bir əsas olmadan ona təzyiq etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 çıxış edərək bildirmişdir ki, Şəxs onun əridir və xx.xx.2022-ci il tarixdə aralarında mübahisələri olmuşdur. Mübahisələri olduqdan sonra əri onu evdən qovmuşdur. O, qayanatası gilə gedərək olanları bildirmişdir və qaynatası ona polisə şikayət etməyi bildirmişdir. Bundan sonra o, DİN-in 102 xəttinə şikayət etmişdir. O, ərinin valideynləri ilə birlikdə öz yaşadıqları evə gəlmişlər və polis əməkdaşlarının da orada olmasını görmüşlər. Bundan sonra onlar evin məhləsinə daxil olduqda əri hamamdan dəsmala bürünərək məhləyə çıxmışdır. Polis əməkdaşları ərinə rayon polis şöbəsinə getməyi təklif etdikdə əri evə daxil olub əynini geyinib gedə biləcəyini bildirmiş və bundan sonra əri əynini geyinmiş və polis əməkdaşları ilə birlikdə getmişdir. Əri polis əməkdaşlarına qarşı heç-bir tabesizlik göstərməmişdir və səs-küy salmamışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: MN seriyalı ******* saylı, 20 avqust 2022-ci il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx.xx.2022-ci il tarixdə saat 18:30 radələrində Yevlax rayonu Aran qəsəbəsində yaşadığı evdə səs-küy salaraq polisin qanuni tələbinə qəsdən tabe olmamışdır; xx.xx.2022-ci-ci il tarixli inzibati xəta törətmiş şəxsi tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2022-ci il tarixdə saat 18:15-də tutulmuşdur; 182 №-li, xx.xx.2022-ci il tarixli alkoqolun qəbulu və sərxoşluq vəziyyətini təyin edən tibbi müayinə protokoluna əsasən Şəxs yüngül dərəcəli alkoqol sərxoşluğu müəyyən edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 105.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir; 114.2.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görəfiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. İnzibati xəta haqqında protokol, inzibati protokolu tərtib etmiş şəxsin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və şahidin izahatları, eləcə də inzibati materialda olan digər sənədləri nəzərə alıb iş üzrə sübutları qiymətləndirərək məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında öz təsdiqini tapmamış və sonuncunun əməlində inzibati xəta tərkibinin olmaması müəyyən edilmişdir. Belə ki, həm barəsində inzibati icraat aparılan Şəxs həm də şahid X4 (hansı ki, ərindən 102 Xidmətinə şikayəti etmişdir) izahatlarından Şəxs 20 avqust 2022-ci il tarixdə polisin qanuni tələbinə tabe olmaması müəyyən olunmamışdır, Şəxs tərəfindən polisin qanuni tələbinə qəsdən tabe olmamasına dəlalət edə biləcək sübutlar məhkəmə baxışı zamanı, habelə səlahiyyətli orqan tərəfindən aparılmış araşdırma gedişatında aşkar olunmamışdır. Yuxarıda sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, Şəxs əməlində polisin qanuni tələbinə tabe olmayan hərəkətləri ifadə edən əlamətlər aşkar olunmadığından Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair işə əməlində inzibati xəta tərkibi olmaması əsası ilə xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 48-51, 53, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respubilkası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata həmin Məcəllənin 53.0.2-ci maddəsi tətbiq edilməklə xitam verilsin. Şəxs həbsdən azad edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Yevlax rayon Məhkəməsinə və ya bilavasitə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Kamil Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar