Azərbaycan Respublikası adından QƏRARDAD Yevlax Rayou İş № 3(039)-787/2022 24.08.2022 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Kamil Çingiz oğlunun sədrliyi Qasımov Nurlan Asif oğlunun katibliyi, Yevlax Rayon Polis X1 Bölməsinin polis sahə rəisi, polis kapitanı X2, barəsində inzibati icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1976-cı il tarixdə Yevlax rayonunda kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Yevlax rayonu Gülövşə kəndində qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206 və 590.2-ci maddələri ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair inzibati xəta haqqında materiallara açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206 və 590.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalarıı törətməsi ilə bağlı Yevlax Rayon Polis Şöbəsində tərtib olunmuş iş materialları xx.xx.2022-ci il tarixdə baxılması üçün Yevlax Rayon Məhkəməsinə göndərilmişdir. MN ******* saylı və MN ******* saylı xx.xx.2022-ci il tarixli inzibati xəta haqqında protokollardan və ona əlavə edilmiş sənədlərdən görünür ki, vətəndaş X5 xx.xx.2022-ci il tarixdə Şəxs tərəfindən hədə qorxu gəlməsi faktı üzrə rayon polis şöbəsində aparılmış araşdırma nəticəsində Şəxs yaşadığı evin həyətində olan çarpayının altından bir ədəd 16 çaplı, tək lülə ov tüfəngi aşkar olunmuş və Şəxs narkotik vasitələrdən istifadə etməsini müəyyən etmək üçün sonuncu müayinədən keçirilmiş və ondan götürülmüş sidik nümanəsindən narkotik vasitə olan marixuana aşkar olunmuşdur. Bununla da Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206 və 590.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalarını törətmişdir. Barəsində inzibati icraat aparılan Şəxs törətdiyi inzibati xəta ilə bağlı ayrı-ayrı inzibati material xx.xx.2022-ci il tarixdə məhkəmənin icraatına daxil olduğundan, qeyd olunan materialların tam, ətraflı, obyektiv və vaxtında araşdırılmaqla ədalətli həll olunmasını təmin etmək məqsədi ilə məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsini rəhbər tutaraq, inzibati işlərin bir icraatda birləşdirilərək baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Yevlax Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi, polis kapitanı X3 məhkəmə iclasında çıxış edərək bildirmişdir ki, vətəndaş X4 xx.xx.2022-ci il tarixdə Şəxs tərəfindən ona hədə qorxu gəlməsi faktı üzrə rayon polis şöbəsində aparılmış araşdırma nəticəsində Şəxs yaşadığı evin həyətində olan çarpayının altından bir ədəd 16 çaplı, tək lülə ov tüfəngi aşkar olunmuş və Şəxs narkotik vasitələrdən istifadə etməsini müəyyən etmək üçün muayinədən keçirilmiş və ondan götürülmüş sidik nümanəsindən narkotik vasitə olan marixuana aşkar olunmuşdur. Məhkəmə baxışı zamanı dindirilmiş Şəxs özünü tam təqsirli bildiyini qeyd edərək vermiş olduğu izahatında göstərmişdir ki, X6 ilə ədavəti var. Belə ki, 2001-ci ildə Cəlil Əzimovun təşəbbüsü ilə narkotik vasitələrin satışına görə məhkum olunmuşdur. Məhkum olduğu dövrdə onun səhhətində müəyyən problemlər yaranmışdır. Bu səbəbdən də o, hazırda onun müalicəsinə Cəlildən pul istəmişdir. Lakin Cəlil onun hərəkətlərindən polis şöbəsinə şikayət etmişdir. Bundan sonra polis əməkdaşları onun razılığı əsasında evinin həyətinə baxış keçirilmiş və iki ay əvvəl evin padvalından taptığı mərhum atasına məxsus bir ədəd tək lülə ov tüfəngi aşkar olunmuş və onun narkotik vasitələrdən istifadə etməsini müəyyən etmək üçün müayinədən keçirilmiş və ondan götürülmüş sidik nümanəsindən istifadəçisi olduğu üçün narkotik vasitə olan marixuana aşkar olunmuşdur. Hazırda əməlindən peşmançılıq çəkdiyini nəzərə alaraq barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: MN seriyalı ******* saylı xx.xx.2022-ci il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs müvafiq icra hakimiyyətinin icazəsi olmadan bir ədəd “ИЖ” markalı, “O 04215” nömrəli tüfəngi və iki ədəd patronu əldə edərək saxlamışdır; MN seriyalı ******* saylı xx.xx.2022-ci il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs narkotik vasitə olan marixuana istifadə etməsi aşkar olunmuşdur; xx.xx.2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, toplanmış materialda cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmiş, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206 və 590.2-ci maddələrinə əsasən inzibati qaydada tədbir görülməsi üçün qərarın surəti Yevlax Rayon Polis X1 Bölməsinə göndərilmişdir; 055291 saylı vəsiqənin surətindən görünür ki, Şəxs İİ qrup əlildir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 9.1-ci maddəsinə əsasən, İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; 30.2-ci maddəsinə əsasən, hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, birinci və ya ikinci dərəcə əlilliyi olan şəxslər, sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, habelə bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə hərbi qulluqçular barəsində inzibati həbs tətbiq edilə bilməz; 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. 206-cı maddəsinə əsasən narkotik vasitələrin və ya psixotrop maddələrin qanunsuz hazırlanmasında və emalında istifadə etmək məqsədi ilə prekursorların az miqdarda hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, göndərilməsinə və ya daşınmasına görə iki yüz manatdan üç yüz manatadək məbləğdə cərimə edilir. 590.2-ci maddəsinə əsasən Müvafiq icra hakimiyyəti orqanından xüsusi icazə almamış şəxslər tərəfindən mülki silahın və ya onun üçün döyüş sursatının əldə edilməsi, saxlanılması, daşınması, başqa şəxslərə verilməsi və ya satılmasına görə silah və döyüş sursatı müsadirə edilməklə səksən manatdan yüz manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206 və 590.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaların Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokolla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin etirafedici izahatı eləcə də inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. Beləliklə məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, habelə inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən hal kimi inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığını (İXM 32.1.1), ağırlaşdıran halların olmamasını nəzərə alıb iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206 və 590.2-ci maddələrinin sanksiyasının hədləri daxilində of tüfəngi müsadirə olunmaqla inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206 və 590.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 1 “ИЖ” markalı, “O 04215” nömrəli 16 kalibrli ov tüfəngi və iki ədəd patronlar müsadirə edilməklə, 350 (üç yüz əlli) manat məbləğində inzibati cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən on gün müddətində Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayət verilə bilər. Hakim Kamil Əliyev
Məhkəmə qərarları › İş №3(039)-787/2022
Yevlax Rayon Məhkəməsi Qərardad — İş №3(039)-787/2022
24.08.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver