Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-787/2025 30.05.2025 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi, Mədətov Samir Yusif oğlunun katibliyi, Səlahiyətli orqanın nümayəndəsi X3, inzibati xəta haqqında qərardan şikayət vermiş X4 iştirakları ilə, Yevlax rayon X8 X11 xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında qərarından X7 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul olunmuş X2 rayon X8 X11 xx.xx.2025-cü il tarixli qərarından şikayət verərək, həmin protokolun ləğv olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən X7 məhkəmədə avtobusla fəaliyyət gösdərərkən yaşlı, əlil insanlar yolda qalmasın deyə məcbur qalıb insanları daşımaq məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən səlahiyətli orqanın nümayəndəsi X6 izahat verərək bildirdi ki, şəxsin Avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması qaydalarının pozulması faktı açıqca görülmüş və izah olunaraq barəsində protokol tərtib edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən: Natiq oğlu Yevlax rayon X8 X11 xx.xx.2025-cü il tarixli qərarından görünür ki X1 nəqliyyatı ilə sərnişin və baqaj daşınması qaydalarının pozmuş və nəticədə barəsində xx.xx.2025-ci il tarixli qərar qəbul edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 75.0.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi) müəyyən edilməlidir; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə iş üzrə qanuni və əsaslı nəticəyə gəlmək üçün inzibati işin materiallarında mövcud olan sübutları məhkəmə araşdırması zamanı müqayisəli şəkildə tədqiq edib, bu sübutlarda bir-biri ilə uzlaşan məqamları mübahisəsiz qaydada sübuta yetirilmiş hesab edir. Belə ki, X7 şikayət ərizəsində onun əsassız olaraq cərimə edilməsinin yolverilməz olduğunu bildirsə də, məhkəmə prosesində özünü təqsirli blməsi onun həmin inzibati xətanı törətməsi tam sübuta yetirilmişdir. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, X4 şikayəti təmin edilməməli, barəsində Yevlax rayon X8 X11 xx.xx.2025-cü il tarixdə qəbul edilmiş inzibati xəta haqqında qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Yevlax rayon X8 X11 xx.xx.2025-cü il tarixdə qəbul edilmiş inzibati xəta haqqında qərarından X7 tərəfindən verilmiş şikayət təmin edilməsin. Qərardan rəsmi qaydada verildiyi gündən on gün müddətində Yevlax rayon Məhkəməsinə və ya bilavasitə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ruslan Əlizadə
Məhkəmə qərarları › İş №3(039)-787/2025
Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-787/2025
30.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver