Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-788/2020 27.10.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi, Cəlilov Ruslan Elmi oğlunun katibliyi, Yevlax Rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru, İ dərəcəli ədliyyə qulluqçusu X4, X1, Barəsində inzibati protokol tərtib edilmişşəxs Şəxs iştirakı ilə Şəxs 28.08 1989-cu ildə Yevlax rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, Yevlax şəhəri N.Nərimanov küçəsi 62 də qeydiyyatda olan Bakı şəhəri Xətai rayonu Zığ yolu 16 da yaşayan. Onun barəsində Yevlax Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Yevlax Rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru, İ dərəcəli ədliyyə qulluqçusu X2 Ərəstun İlham oğlunun Azərbaycan Respublikasıİnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta törətməsi barədə tərtib etdiyi inzibati xəta haqqında protokolu vəəlavə edilmiş sənədləri baxılmasıüçün Yevlax Rayon Məhkəməsinə təqdim etmişdir. Böyük İcra məmuru, İ dərəcəli ədliyyə qulluqçusu məhkəmə iclasında izahat verərək bildirdi ki, Yevlax Rayon Məhkəməsinin 2(039)-251 2019 saylı 22.02 2019 cu il tarixli qətnaməsinin hissə-hissə icra edilməsi barədə qərardadına əsasən ,borclu Şəxs hər ay 200 manat alınaraq X1 xeyrinə ödənilməlidir Borclu tərəfndən 26.10 2020 ci il tarixə 2600 manat ödənilməli olduğu halda cəmi 800 manat ödəniş edilmişdir. Həmin borcun ödənilməsi üçün borcluya dəfələrləşifahi və yazılı xəbərdarlıq edilməsinə baxmayaraq borcunu tam şəkildəödəməmişdir. Borclu Şəxs qanunvericiliyin tələbləri izah edilməsinə baxmayaraq tələbkarın xeyrinə heç bir ödəniş etməmiş və icra sənədinin icrası iləəlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Ona görə də borclu Şəxs barəsində qanuni tədbir görülməsini xahiş etdi. Məhkəmə iclasında tələbkar X5 izahat verərək bildirdi ki, Borclu Şəxs onun xeyrinə diqər icra işi uzrə aliment tələbi ilə əlaqədar 1270 manat ödəniş etmiş, qalan borcunun ödənilməsi ilə bağlı razılığa gəlmişlər. Bu səbəbdən hazır ki, işüzrə icraata xitam verilməsini xahiş etdi. Borclu məhkəmə iclasında izahat verərək bildirdi ki, onun icra sənədi üzrə tələbkara hər ay 200 manat ödəməlidir aliment borcu üzrə isə 1270 manat məbləğində borcu vardır. İşləmədiyinə və maddi vəziyyəti çətin olduğuna görə icra sənədi üzrə borcundan cəmi 800 manat ödəmişdir.Hazırda 1270 manat aliment borcunu tam ödəyir hər ay ödəniləcək 200 manatı isə noyabr ayinda tam bağlayaqdır. Bu barədə tələbkarla razılığa gəlmişlər. Məhkəmə böyük icra məmuru, İ dərəcəli ədliyyə qulluqçusu X4, X1 vəborclu Şəxs izahatlarını dinləyib, işdə olan sənədləri baxaraq belə hesab edir ki, inzibati xəta haqqında işə xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasıİnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tələbinə görə məhkəmə və digər orqanların qərarlarının icrası iləəlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməkdən çəkindirməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsi inzibati məsuliyyət yaradır. Məhkəmə iclası zamanı müəyyən edildi ki, barəsində inzibati protokol tərtib edilmişşəxs Şəxs hərəkətlərində Azərbaycan Respublikasıİnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin inzibati xəta tərkibi yoxdur. Azərbaycan Respublikasıİnzibati Xətalar Məcəlləsinin 53.0.2 və 105.1-ci maddələrinin tələblərinə görə inzibati xəta tərkibi olmadıqda icraatında inzibati xəta haqqında iş olan hakim inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Yuxarıda göstərilənlərəəsasən və Azərbaycan Respublikasıİnzibati Xətalar Məcəlləsinin 53.0.2, 105.1 və 128.2.1-ci maddələrinin tələbini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs barəsindəAzərbaycan Respublikasıİnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi iləbaşlanılmış inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi gündən on gün müddətində Yevlax Rayon Məhkəməsi vasitəsiləŞəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Ruslan Əlizadə
Məhkəmə qərarları › İş №3(039)-788/2020
Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-788/2020
27.10.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver