Məhkəmə qərarları › İş №3(039)-789/2020

Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-789/2020

27.10.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-789/2020 27.10.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Cavadova Günay İsmayıl qızının sədrliyi Qasımov Nurlan Asif oğlunun katibliyi, Yevlax Rayon Polis Şöbəsinin İctimai Təhlükəsizlik Bölməsinin polis sahə rəisi, polis mayoru X2, müdafiəçi-Yevlax şəhər Vəkil Bürosunun Məmmədov Fərhad Möhübbət oğlunun barəsində inzibati icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1990-cı ildə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Yevlax Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Yevlax Rayon Polis Şöbəsindən daxil olmuş MN seriyalı ******* saylı xx xxxxxxx 2020-ci il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx xxxxxxx 2020ci il tarixdə saat 10:30 radələrində Yevlax şəhəri H.Əliyev prospektində polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Bununla da, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Yevlax Rayon Polis Şöbəsinin İctimai Təhlükəsizlik Bölməsinin polis sahə rəisi X3 çıxış edərək bildirmişdir ki, xx xxxxxxx 2020-ci il tarixdə saat 10:30 radələrində Yevlax rayon polis şöbəsinin dövlət yol polis bölməsinin əməkdaşı X1 şəhəri H.Əliyev prospektində xidmətdə olan zaman “VAZ 2107” markalı ** BG *** dövlət qeydiyyat nişanlı avtomobili arxa təkər bazası aşağı olduğu üçün həmin avtomobilə saxla işarəsi vermiş və həmin avtomobili saxladaraq sürücüsünə yaxınlaşıb özünü təqdim etdikdən sonra sənədlərini təqdim etməsini tələb etmişdir. Lakin sürücü sənədlərini təqdim etməyərək ucadan səs-küy salaraq polis əməkdaşı ilə mübahisə etmişdir. Polis əməkdaşı həmin vətəndaşı nizam-intizama dəvət etmiş. Lakin həmin vətəndaş polisin qanuni tələbinə tabe olmayaraq öz əməllərini davam etdirmişdir. Bundan sonra həmin vətəndaş rayon polis şöbəsinə aparılmış və həmin vətəndaşın Şəxs olduğu müəyyən edilmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Şəxs özünü təqsirli bilərək vermiş olduğu izahatında göstərmişdir ki, xx xxxxxxx 2020-ci il tarixdə saat 10:30 radələrində özünə məxsus “VAZ 2107” markalı ** BG *** dövlət qeydiyyat nişanlı avtomobili ilə Yevlax şəhəri H.Əliyev prospektində hərəkətdə olan zaman yol patrul xidməti inspektoru onun idarə etdiyi avtomobili saxladaraq avtomobilin arxa təkər bazasının aşağı olduğunu və avtomobilin cərimə dayanacağına getməli olduğunu bildirmişdir. Lakin o, inspektorla avtomobilin cərimə dayanacağına getməməsi üçün razılığa gəlmək istəmişdir. İnspektor etiraz edərək ona avtomobilə əyləşməsini və maşını cərimə meydançasına sürməyi bildirmişdir. Bundan sonra o, avtomobilə əyləşərək cərimə dayanacağına getməsi üçün avtomobil ilə hərəkət etmişdir. Yolda gedən zaman əvvəllər tanıdığı yol patrul xidməti inspektorlarını görmüş və avtomobili onlar dayandığı istiqamətdə idarə edərək saxlamışdır. Həmin yerdə avtomobildən düşərək bir daha inspektorla razılaşmaq istəmişdir ki, avotomobili cərimə meydançasına aparmasın. İnspektor onunla kobud şəkildə danışaraq avtomobili cərimə meydançasına sürməyini bildirmişdir. Bu zaman o, inspektordan başqa sürücülərin də avtomobillərini arxa təkər bazasının aşağı vəziyyətdə sürmələrinə icazə verilməyini bildirmişdir. İnspektor ona yenə də avotomobilə əyləşərək avtomobili cərimə dayanacağına sürməyini bildirmişdir. O, avtomobilin açarlarını inpektora uzadaraq özünün aparmasını bildirmişdir. Bundan sonra polis əməkdaşları onu polis şöbəsinə aparmışlar. Hazırda əməlindən peşman olduğunu, bildirərək barəsində həbslə əlaqədar olmayan tənbeh verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Yevlax rayon polis şöbəsinin dövlət yol polis bölməsinin yol patrul xitməti inspektoru, polis baş serjantı X4 oğlu protokolda qeyd olunanlara uyğun çıxış edərək bildirmişdir ki, xx xxxxxxx 2020-ci il tarixdə saat 10:30 radələrində Yevlax şəhəri H.Əliyev prospektində xidmətdə olan zaman “VAZ 2107” markalı ** BG *** dövlət qeydiyyat nişanlı avtomobili arxa təkər bazası aşağı olduğu üçün həmin avtomobilə saxla işarəsi vermiş və həmin avtomobili saxladaraq sürücüsünə yaxınlaşıb özünü təqdim etdikdən sonra sənədlərini təqdim etməsini tələb etmişdir. Sürücü sənədləri təqdim etdikdən sonra o sürücüyə avtomobilin cərimə dayanacağına getməli olduğunu və sürücüyə avtomobilini idarə edərək dayanacağa sürməsini bildirmişdir. Bundan sonra sürücü avtomobilini idarə etməyə başlamış lakin yolda istiqamətini dəyişərək avtomobili xidmətdə olan digər yol patrul xidməti inspektorlarının yanında saxlamışdır. O, sürücüyə avtomobili dayanacağa sürməyi bildirdik də, sürücü ona “başqalarına sürmək olar mənə yox” demişdir. O, sürücüyə yenə də avtomobilin cərimə dayanacağına getməli olduğunu bildirmişdir. Lakin sürücü tabe olmayaraq küçənin ortasında ucadan səs-küy salaraq onunla mübahisə edərək ona “sən sən ol, mən də mən” deyərək mübahisə etmişdir. O, sürücünü nizam-intizama dəvət etmişdir. Lakin sürücü onun qanuni tələbinə tabe olmayaraq öz əməllərini davam etdirmişdir. Bundan sonra həmin sürücü post patrul xidmətinin əməkdaşları tərəfindən saxlanılaraq rayon polis şöbəsinə aparılmışdır. Məhkəmə iclasında vəkil Məmmədov Fərhad Möhübbət oğlu çıxışında hüquqlarını müdafiə etdiyi şəxsə həbslə əlaqədar olmayan tənbeh verilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: MN seriyalı ******* saylı xx xxxxxxx 2020-ci il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx xxxxxxx 2020-ci il tarixdə saat 10:30 radələrində Yevlax şəhəri H.Əliyev prospektində polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Bununla da, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir; xx xxxxxxx 2020-ci il tarixli inzibati xəta törətmiş şəxsi tutma haqqında protokoldan görünür ki, Şəxs xx xxxxxxx 2020-ci il tarixdə saat 10:30-da tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin; 9.1-ci maddəsinə əsasən İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə-fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, barəsində inzibati icraat aparılan şəxsin və şahidin izahatı, eləcə də inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. Beləliklə məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, habelə inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən hal kimi inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığını (İXM 32.1.1), məsuliyyəti ağırlaşdıran halların olmamasını nəzərə alıb iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasının hədləri daxilində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respubilkası İnzibati Xətalar Məcəlləsinin535.1-ci maddəsi ilə təqsirli bilinib 08 (səkkiz) gün müddətinə inzibati qaydada həbs edilsin. Həbsetmənin əvvəli xx xxxxxxx 2020-ci il tarixdən saat 10:30-dan hesablansın. Qərarın icrası Yevlax Rayon Polis Şöbəsinə həvalə edilsin. İnzibati xətanı törətmiş şəxs Şəxs Yevlax şəhər Vəkil Bürosunun vəkili Məmmədov Fərhad Möhübbət oğlunun göstərdiyi 3 (üç) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 18 (on iki) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkil Bürosunun vəkili Məmmədov Fərhad Möhübbət oğluna ödənilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Günay Cavadova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar