Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-79/2024 20.02.2024 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Kamil Çingiz oğlunun sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, Azərbaycan Respublikası Dövlət X6 Ərazi Baş Gömrük İdarəsinin nümayəndəsi X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Teymur Əhmədov adına "xxxx" MMC-nin nümayəndəsi X3 iştirakı ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs: ünvan 1 ünvanında qeydiyyatda olan "xxxx" MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi üzrə tərtib olunmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: "xxxx" MMC tərəfindən xx.xx.2021-ci il tarixli, 034/21 saylı müqavilə əsasında xx.xx.2023cü il tarixli, **********7762 saylı gömrük bəyannaməsi üzrə Türkiyə Respublikasına ixrac edilən yükün dəyərinin qalıq 266.74 ABŞ dolları olan valyuta vəsaiti və xx.xx.2023-cü il tarixli, **********9053 saylı gömrük bəyannaməsi üzrə Türkiyə Respublikasına ixrac edilən yükün dəyərinin qalıq 206.15 ABŞ dolları olan valyuta vəsaiti bəyan edildiyi gündən 180 gün ərzində ixracatçının hesabına geri köçürülməmişdir. Məhkəmə iclasında səlahiyyətli orqanın nümayəndəsi X2 inzibati xəta haqqında protokolun dəlillərinə uyğun izahat verərək bildirmişdir ki, MKT İstehsalat Komersiya” MMC tərəfindən xx.xx.2021-ci il tarixli, 034/21 saylı müqavilə əsasında xx.xx.2023-cü il tarixli, **********7762 saylı gömrük bəyannaməsi üzrə Türkiyə Respublikasına ixrac edilən yükün dəyərinin qalıq 266.74 ABŞ dolları olan valyuta vəsaiti və xx.xx.2023-cü il tarixli, **********9053 saylı gömrük bəyannaməsi üzrə Türkiyə Respublikasına ixrac edilən yükün dəyərinin qalıq 206.15 ABŞ dolları olan valyuta vəsaiti bəyan edildiyi gündən 180 gün ərzində ixracatçının hesabına geri köçürülməmişdir. Lakin sonradan əlavə olaraq səlahiyyətli orqanın nümayəndəsi X2 bildirdi ki, hüquqi şəxsin müvəkkil bankının məktubuna əsasən müəyyən olmuşdur ki, pul vəsaiti ixraatçının ünvanına geri köçürülsə də, həmin fərqin yaranmasına məzənnə fərqi olmuşdur. Belə ki, müqavilə ABŞ dolları ilə bağlansa da Türkiyə Respublikasından pul vəsaiti türk lirəsi ilə köçürülmüşdür. "xxxx" MMC barəsində qanuni qərarın qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs "xxxx" MMC -nin nümayəndəsi X5 izahat verərək bildirmişdir ki, xx.xx.2023-cü il tarixli, **********7762 saylı gömrük bəyannaməsi və xx.xx.2023-cü il tarixli, **********9053 saylı gömrük bəyannaməsi üzrə ixrac edilmiş məhsulların müqabilində vəsait müəssisənin "xxxx" ASC-nin hesabına mədaxil edilmiş və Gömrük portalına daxil olunmuş vəsaitin qeydiyyatı təmin edilmişdir. Lakin qeyd edilən fərq məzənnə fərqi olduğundan hesab edir ki, barələrində əsassız olaraq inzibati xəta haqqında protokol tərtib edilmişdir. Hazırda protokol əsassız olduğundan hüquqi şəxs barəsində başlanılmış inzibati xəta haqqında icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli 00900-00050/24 saylı protokoldan görünür ki, "MKT İstehsalat Komersiya” MMC tərəfindən xx.xx.2021-ci il tarixli, 034/21 saylı müqavilə əsasında xx.xx.2023cü il tarixli, **********7762 saylı gömrük bəyannaməsi üzrə Türkiyə Respublikasına ixrac edilən yükün dəyərinin qalıq 266.74 ABŞ dolları olan valyuta vəsaiti və xx.xx.2023-cü il tarixli, **********9053 saylı gömrük bəyannaməsi üzrə Türkiyə Respublikasına ixrac edilən yükün dəyərinin qalıq 206.15 ABŞ dolları olan valyuta vəsaiti bəyan edildiyi gündən 180 gün ərzində ixracatçının hesabına geri köçürülməmişdir; Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi üzrə Konsiqnasiya əməliyyatları üzrə hesabatdan xx.xx.2023-cü il tarixli çıxarışdan görünür ki, xx.xx.2023-cü il tarixli, **********7762 saylı gömrük bəyannaməsi üzrə ödənilməli olan 61214.87 ABŞ dolları və xx.xx.2023-cü il tarixli, **********9053 saylı gömrük bəyannaməsi üzrə ödənilməli olan 61167.84 ABŞ dolları ixracatçıya tam şəkildə köçürülmüşdür. "xxxx" ASC tərəfindən təqdim edilmiş xx.xx.2023-cü il tarixli, ZB 2495 nömrəli məktubundan görünür ki, ixrac üzrə fərqli valyutalarda daxil olan əməliyyatlar Mərkəzi Bankın təqdim etdiyi günün məzənnəsi ilə hesablanır. "xxxx" MMC-nin "xxxx" ASC-də olan hesabına xx.xx.2023-cü il tarixdə **********7762 və **********7755 saylı gömrük bəyannamələri üzrə cəmi 2469982,7 türk lirəsi daxil olmuş valyuta mübadiləsi nəticəsində hər bəyənnamə üzrə müvafiq olaraq 60948.13 ABŞ dolları və 61243,37 ABŞ dolları, eyni zamanda **********9053 və **********9057 saylı gömrük bəyannamələri üzrə cəmi 2471074,9 türk lirəsi daxil olmuş valyuta mübadiləsi nəticəsində hər bəyənnamə üzrə müvafiq olaraq 60961.69 ABŞ dolları və 61283.84 ABŞ dolları vəsaitlər portalda qeydiyyata alınmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin; 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; 8.1-ci maddəsinə əsasən Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir; 8.2-ci maddəsinə əsasən İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-ci maddəsinə əsasən İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir; 53.2-ci maddəsinə əsasən Hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir.; 483-cü maddəsinə əsasən xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan az miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmamasına görə inzibati xətanın bilavasitə obyekti olan xarici valyutanın dəyərinin otuz faizindən əlli faizinədək məbləğdə cərimə edilir. İnzibati xəta haqqında protokolu, səlahiyətli orqanın nümayəndəsinin və hüquqi şəxsin nümayəndəsinin izahatlarını, eləcə də inzibati materialda olan sənədləri nəzərə alıb iş üzrə sübutları qiymətləndirərək məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın "xxxx" MMC tərəfindən törədilməsi məhkəmə iclasında öz təsdiqini tapmamışdır. Yuxarıda sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinin dispozisiyasına əsasən xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan az miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmamasına görə inzibati məsuliyyət yaradır. Lakin tədqiq edilmiş sənədlərdən görünür ki hazırkı halda **********7762 saylı gömrük bəyannaməsi və **********9053 saylı gömrük bəyannaməsi üzrə konsiqnasiya yolu ilə ixrac edilən yüklərin dəyəri müqavilənin qarşı tərəfi olan “X8 və Diş TİC SAN.A.Ş” tərəfindən qanunla müəyyən olunmuş 180 gün bitməmiş "xxxx" MMC-nin müvəkkil bankda olan hesabına Türk lirəsi ilə daxil olmuş, daha sonra isə ABŞ dollarına münasibətdə aparılmış valyuta mübadiləsi nəticəsində gömrük orqanının istinad etdiyi fərqlər yaranmışdır. Belə olan halda "xxxx" MMC-nin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədiyindən sonuncunun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 25, 40.0.1, 43, 48-51, 53, 55, 114, 115,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: "xxxx" MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin təqsirliliyi sübuta yetirilmədiyindən xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Yevlax Rayon Məhkəməsinə və ya bilavasitə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Kamil Əliyev
Məhkəmə qərarları › İş №3(039)-79/2024
Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-79/2024
20.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver