Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-790/2020 28.10.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Məhkəmə iclasının katibi X1 Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs oğunun iştirakları ilə Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Yevlax rayon prokurorluğundan daxil olmuş inzibati xəta haqqında üş üzrə icraat başlanması haqqında qərara açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Şəxs xx xxxx 2020-ci il tarixdə saat 12 radələrində, Yevlax rayonunun Hürüuşağı kəndi ərazisində əkin sahəsində baş vermiş hadisə zamanı ayağı ilə Zərərçəkmiş şəxs sağ qol nahiyəsindən qəsdən vurub ona “sağ bazunun orta 1/3-nin yan səthinin sıyrığı” xəsarəti ilə müşayiət olunan, sağlamlığa zərər vurmadığından dərəcəsi təyin edilməyən bədən xəsarəti yetirməklə qəsdən döymüşdür. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izah etdi ki, ailə üzvləri ilə birlikdə Yevlax rayonu, Hürüuşağı kəndində yaşayır. Zərərçəkmiş şəxs onun həmkəndlisidir. Əvvəllər Hacı ilə münasibəti pis olmamışdır. xx xxxx 2020-ci il tarixdə yaşadığı Yevlax rayonu, Hürüuşağı kəndi ərazisində əkin sahəsində Hacı ilə aralarında su üstündə mübahisə baş vermişdir. Mübahisə zamanı Zərərçəkmiş şəxs vurmuşdur. Hazırda Zərərçəkmiş şəxs ilə barışmışdır və törətdiyi əməldən səmimi olaraq peşmandır. Məhkəmədən əməlindən səmi peşmançılığını və Zərərçəkmiş şəxsla barışdığını nəzərə alaraq, iznibati iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs izahatında bidirdi ki, Taleh Bağrov onun həmkəndlisidr. xx xxxx 2020-ci il tarixdə saat 09 radələrində torpaq sahəsinə getmiş və suyu yonca sahəsinə açmışdır. Sonra örüş sahəsində otlamış heyvanlarının yanına getmişdir. Saat 10:30 radələrində qayıdarkən suyun Şəxs sahəsi istiqamətində açıldığını və suyun onun yonca sahəsinə getmədiyini görmüşdür. O, suyu yenidən özünə məxsus yonca sahəsinə açmışdır. Saat 12 radələrində Şəxs qardaşı Saleh Bağırov sürdüyü velosipedlə onun yanına gəlmişdir. Saleh ona “səni qoymayacam su sulamağa, növbəli, növbəsiz, bizim başqa sahələrimiz də var” demişdir. O, Salehə suyu kəsməməsini demişdir. Daha sonra Şəxs ona zəng edərək “bizi ora gətirmə, gəlsək sənin üçün pis olacaq, suyun qarşısından çıx, qoy Saleh suyu aparsın” demişdir. O, Talehə su növbəsinin onda olduğunu bildirmişdir. Daha sonra o, yolda Taleh və Nurlanla qarşılaşmışdır. Şəxs ona nalayiq söyüş söymüşdür. O, Talehə yaxınlaşmış və suyu kəsməməsini demişdir. Taleh yumruqla onun burnundan bir dəfə vurmuşdur. Həmin vaxt burnu əzilmiş və qan axmışdır. Sonradan Taleh təpiklə onun qolundan və sinəsindən iki dəfə vurmuşdur. Hazırda Şəxsla münasibətləri yaxşıdır və onunla barışmışdır. Məhkəmədən Şəxs ilə barışdığını və ondan heç bir şikayət və tələbinin olmamasını nəzərə alaraq inzibati iş üzrə icraata xitam verilməsini xahiş etdi. İş materialına əlavə edilmiş MTE və PA Birliyinin Yevlax rayon Şöbəsinin xx xxxx 2020-ci il tarixli 404 saylı rəydən görünür ki, Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş xəsarətlər bazunun orta 1/3-nin yan səthinin sıyrığı küt alət təsirindən törənmiş, törənmə müddətləri xx xxxx 2020-ci il tarixə uyğun gəlir, Qeyd olunan xəsarət sağlamlığa zərər vurmur və bu əlamətə görə dərəcəsi təyin edilməyən xəsarətlərə aid edilir. xx xxxxxxx 2020-ci il tarixli inzibati xəta haqqında iş üzrə icraat başlanılması haqqında qərardan görünür ki, Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş sağ bazunun orta 1/3-nin yan səthinin sıyrığı xəsarətinin başqa şəxs tərəfindən təpiklə vurulma zamanı və ya dəmir borunun üstünə yıxılma zamanı törənməyə xarakterik olub-olmamasını, onun burun və sinə nahiyyələrində hər hansı bir xəsarətin olub-olmamasını müəyyən etmək məqsədi ilə xx xxxxxxxx 2020-ci il tarixdə qəbul edilmiş qərarla əlavə məhkəmə-tibb ekspertizası təyin edilmişdir. “MTE və PA” ETT Birliyinin Yevlax rayon şöbəsinin xx xxxxxxxx 2020-ci il tarixli 18/404 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş xəsarət-sağ bazunun orta 1/3-nin yan səthinin sıyrığı küt alətin təsirindən əmələ gəlmişdir, əmələ gəlmə müddəti xx.xx.2020-ci il tarixə uyğun gəlir. Bu xəsarət müxtəlif şəraitdə əmələ gələ bilərdi, o cümlədən kənar şəxs tərəfindən yetirilən zaman törənməsi istisna edilmir. Qeyd olunan xəsarət sağlamlığa zərər vurmur və bu əlamətə görə dərəcəsi təyin edilməyən xəsarətlərə aid edilir. Zərərçəkmiş şəxs bədənində yuxarıda qeyd edilənlərdən başqa digər xəsarət və ya xəsarət izi aşkar edilməmişdir. Məhkəmə iş materiallarını araşdıraraq zərər çəkmiş şəxsin və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatlarını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş üzrə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs məhkəmə iclasında ərizə təqdim edərək barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ilə barışdığını, ondan heç bir şikayət və tələbinin olmamasını bildirmiş və onun barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39-cu maddəsinə əsasən bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat yalnız zərər çəkmiş şəxsin ərizəsinə əsasən başlanır, zərər çəkmiş şəxslə barəsində inzibati icraat aparılan şəxs barışdıqda isə həmin iş üzrə icraata xitam verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.9-cu maddəsinə əsasən bu Məcəllənin 157-ci və 158-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda başlanmış icraata xitam verilir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası İXM-nin 105.1, 114.2, 114.2.1, 128.2.1 və 130.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: X2 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati iş üzrə icraata xitam verilsin. Qərardan 10 gün müddətində Yevlax rayon Məhkəməsi vasitəsi ilə, Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən Ruslan Əlizadə
Məhkəmə qərarları › İş №3(039)-790/2020
Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-790/2020
28.10.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver