Məhkəmə qərarları › İş №3(039)-790/2022

Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-790/2022

24.08.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-790/2022 24.08.2022 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Kamil Çingiz oğlunun sədrliyi Qasımov Nurlan Asif oğlunun katibliyi, Yevlax Rayon Polis X2 Bölməsinin polis sahə rəisi, polis mayoru X6, barəsində inzibati icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1974-cü il tarixdə Yevlax rayonu Qırmızı Oktyabr qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Yevlax rayonu Qırmızı Oktyabr qəsəbəsində qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı Yevlax Rayon Polis Şöbəsində tərtib olunmuş iş material xx.xx.2022-ci il tarixdə baxılması üçün Yevlax Rayon Məhkəməsinə göndərilmişdir. MN ******* saylı xx.xx.2022-ci il tarixli inzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs xx.xx.2022-ci il tarixdə Yevlax şəhəri Vaqif küçəsində yaşayan X4 məxsus avtomobilin 60 manat dəyərində olan akkumulyatorunu oğurlamışdır. Bununla da Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş, xırda talama, yəni oğurlama inzibati xətasını törətmişdir. Məhkəmə iclasında Yevlax Rayon Polis Şöbəsinin polis sahə rəisi X7 çıxış edərək bildirmişdir ki, Şəxs xx.xx.2022-ci il tarixdə Yevlax şəhəri Vaqif küçəsində yaşayan X4 məxsus avtomobilinin 60 manat dəyərində olan akkumulyatorunu oğurlamışdır. X3 ərizəsi əsasında Yevlax Rayon Polis X5 araşdırma aparılmış və cinayət tərkibi olmadığından material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Zərərçəkmiş şəxs X3 məhkəmə prosesində iştirakını təmin etmək üçün istifadəsində olan ***-***-**-** nömrəli mobil telefonla əlaqə saxlanılsa da, zərərçəkmiş şəxs məhkəmə prosesində iştirak edə bilməyəcəyini və ona dəymiş ziyanın ödənildiyini və X1 şikayətçi olmadığını bildirmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs məhkəmə iclasında əməlindən səmimi peşman olmasını və zərərçəkmiş şəxslə barışmasını bildirərək barəsində olan inzibati xəta haqqında materialın icraatına xitam verilməsi xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: xx.xx.2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, X3 ərizəsi əsasında torplanmış materialda cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmişdir və qərarın surəti inzibati icraat başlanması üçün Yevlax Rayon Polis X2 Bölməsinə göndərilmişdir; xx.xx.2022-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx.xx.2022-ci il tarixdə Yevlax şəhəri Vaqif küçəsində yaşayan X4 məxsus avtomobilin 60 manat dəyərində olan akkumulyatorunu oğurlamışdır; xx.xx.2022-ci il tarixli inzibati xəta törətmiş şəxsi tutmaq haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2022-ci il tarixdə saat 21:50-də tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 39.2-ci maddəsinə əsasən bu Məcəllənin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərər çəkmiş şəxslə barışdıqda inzibati iş üzrə icraata xitam verilir. 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə - yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və protokol tərtib etmiş şəxsin izahatları, habelə inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, zərərçəkmiş şəxsə vurmuş olduğu maddi ziyanın dəyəri 60 manat olmuş, bununla da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Bununla yanaşı məhkəmə, Şəxs məsuliyyətə cəlb edilməsi məsələsini müzakirə edərək hesab edir ki, Şəxs tərəfindən zərərçəkmiş şəxsə vurulmuş maddi ziyanın tam ödəməklə zərərçəkmiş şəxs ilə barışması nəzərə alınmaqla Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39-cu maddəsi tətbiq edilərək o, inzibati məsuliyyətdən azad edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata həmin Məcəllənin 39-cu maddəsi tətbiq edilməklə xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Yevlax rayon Məhkəməsinə və ya bilavasitə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Kamil Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar