Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-790/2024 23.08.2024 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğunun sədrliyi, Mədətov Samir Yusif oğlunun katibliyi, inzibati xəta haqqında qərardan şikayət vermiş şəxs X2 iştirakı ilə, AYNA-nın Qarabağ Regional İdarəsinin 02 avqust 2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında qərarından X4 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: AYNA-nın Qarabağ Regional İdarəsinin inspektoru X1 tərəfindən 02 avqust 2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında qərar ilə X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 324.4-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi ilə bağlı 50 manat məbləğində cərimə edilmişdir. Səlahiyyətli orqanın qərarına görə, X4 xx.xx.2024-cü il tarixdə Yevlax-Ağdam-Laçın yolunun 17-ci km-də keçirilən reyd zamanı Ford markalı ** BL *** qeydiyyat nişanlı avtomobilin buraxılış kartı olmadan yükdaşıma fəaliyyəti göstərdiyi müəyyən olunmuş və X4 Azərbaycan Respublikası İXM-nin 324.4-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Qərardan narazı qalan barəsində inzibati xəta haqqında qərar çıxarılmış X4 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, inzibati xəta haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. X4 məhkəmə iclasında çıxış edərək, bildirmişdir ki, yazılan cərimə əsassızdır, özünün belə bir fəaliyyətlə məşğul olmadığını, müvafiq qurumun əlində bununla bağlı hər hansısa bir fptp vəya başqa görüntünün olmamsını əsas gətirərək barəsində tərtib olunmuş qərarın ləğv edilməsini məhkəmədən xahiş etdi. AYNA-nın Qarabağ Regional İdarəsinə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: AYNA-nın Qarabağ Regional İdarəsinin inspektoru X1 tərəfindən 02 avqust 2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında qərar ilə X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 324.4-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi ilə bağlı 50 manat məbləğində cərimə edilmişdir. Beləliklə məhəkəmə belə qənaətə gəlir ki şəxsin inzibati xəta törədilməsi ilə razılaşmamış, belə bir vəziyyətdə tərtib edilmiş protokol əsasında hər hansı bir digər sübut olmadan şəxs barədə inzibati tənbeh qərarı çıxarılmışdır. Hər hansı bir şəxs barəsində inzibati məsuliyyətin yaranması üçün həmin şəxs törədilmiş inzibati xətanın ilk əvvəl subyekti olmalıdır və təqsirli bilindiyi maddənin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərin və yaxud hərəkətsizliyin onun tərəfindən icra olunmaması, təqsirinin olub-olmaması sübutlarla müəyyən olunmalı və bu halların olması toplanmış sənədlərlə kifayət qədər öz təsdiqini tapmalıdır. Təqsirliliyi sübut etmək yükü məhkəmənin və ya barəsində protokol tərtib edilmiş şəxsin üzərinə düşmür. Bu yük protokol tərtib etmiş səlahiyyətli orqanın üzərinə düşür. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 75.0.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi) müəyyən edilməlidir; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 134.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında qərar qəbul edilir. Azərbaycan Respublikası İXM 324.4-cü maddəsinə əsasən Buraxılış kartı olmadan yük və qeyri-müntəzəm sərnişin daşınmasına görə əlli manat məbləğində cərimə edilir. Məhkəmə hesab edir ki X4 barəsində tərtib edilmiş protokol əsassızdır. Beləki AYNAnın Qarabağ Regional İdarəsi protokol tərtib edərkən yük daşınmasına dair heç bir şəkil və ya videogörüntü təqdim etməmişdir. X2 şikayəti təmin edilməli, barəsində AYNA-nın Qarabağ Regional İdarəsi tərəfindən 02 avqust 2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında qərar ləğv olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: AYNA-nın Qarabağ Regional İdarəsi tərəfindən 02 avqust 2024-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərardan X4 tərəfindən verilmiş şikayət təmin edilsin. 02 avqust 2024-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən on gün müddətində Yevlax Rayon Məhkəməsinə və ya bilavasitə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Ruslan Əlizadə
Məhkəmə qərarları › İş №3(039)-790/2024
Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-790/2024
23.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver