Məhkəmə qərarları › İş №3(039)-791/2025

Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-791/2025

26.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-791/2025 26.05.2025 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi, Mədətov Samir Yusif oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs "xxxx" MMC-nin etibarnamə üzrə nümayəndəsi X1 iştirakları ilə Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs: Bərdə şəhəri M.Cəfərov küçəsi ev 4-də qeydiyyatda olan "xxxx" MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi üzrə tərtib olunmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Qərb Ərazi Baş Gömrük İdarəsindən daxil olmuş xx.xx.2025-ci il tarixdə "xxxx" MMC-nin ünvanına MA751Rİ/AR404T nömrəli nəqliyyat vasitəsi ilə daşınaraq gələn 25 ədəd “Düyülər” yükünə Qısa idxal bəyannaməsinin malların gömrük sərhədini keçməsindən əvvəl verilmədiyi müəyyən edilmiş və bu barədə Yevlax gömrük postundan Əməliyyat və Təhqiqat şöbəsinə xx.xx.2025-ci il tarixli, 3-33-1600/019/001108 saylı Raport daxil olmuşdur. Səlahiyətli orqanın nümayəndəsinə məhkəmə iclasının yeri və vaxtı barəsində məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası İXM-nin 61.3-cü maddəsinə əsasən səlahiyətli orqanın nümayəndəsi olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan "xxxx" MMC-nin etibarnamə üzrə nümayəndəsi X2 ixracatçı tərəfin harəkət və ya hərəkətsizliyindən irəli gəlmişdir. Aydın Aqro MMC tərəfindən yükü göndərən şirkətə lazımı qaydada xəbərdarlıq edilməsinə baxmayaraq sürücünü lazımı qaydada təlimatlandırmamışdır ki, nəticədə sürücü sərhədi keçmişdir. Məhkəmədən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs "xxxx" MMC-nin etibarnamə üzrə nümayəndəsi X2 ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş 00900-00175/25 nömrəli, 12 may 2025-ci il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, xx.xx.2025-ci il tarixdə "xxxx" MMC-nin ünvanına NO015DO/SK777T nömrəli nəqliyyat vasitəsi ilə daşınaraq gələn 25 ədəd “Düyülər” yükünə Qısa idxal bəyannaməsinin malların gömrük sərhədini keçməsindən əvvəl verilmədiyi müəyyən edilmiş və bu barədə Yevlax gömrük postundan Əməliyyat və Təhqiqat şöbəsinə xx.xx.2025-ci il tarixli, 3-33-1600/2-000343/2025 saylı Raport daxil olmuşdur. İD **********4631 nömrəli Gömrük bəyannaməsi üzrə elektron çıxarışdan görünür ki, xx.xx.2025-ci il tarixdə saat 21.17-də rəsmiləşdirilmək üçün göndərilmişdir. Məhkəmə, səlahiyətli orqanın nümayəndəsinin izahatını dinləyib, habelə iş materiallarını araşdırıb hesab edir ki, «Aydın Aqro” MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi tam sübuta yetirilir. Buna görə də qurum həmin maddə ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2016-ci il tarixli, 920 nömrəli Fərmanının 2.2bəndinə əsasən qısa idxal bəyannaməsində risklərin təhlili, gömrük nəzarətinin düzgün aparılması üçün zəruri olan məlumatlar əks etdirilməli və malların gömrük sərhədini keçməsindən ən aı 1 (bir) saat əvvəl verilməlidir. İXM 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmçinin bu Məcəllənin 84-cü maddəsinə görə inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 31.3-cü maddəsinə görə hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması hallar nəzərə alınır. Beləliklə, məhkəmə «Aydın Aqro” MMC-nin törətdiyi inzibati xətanın xarakterini, inzibati xəta nəticəsində onun maraqlarının təmin edilməsinin dərəcəsini, hüquqi şəxsi xarakterizə edən halları və s. nəzərə alaraq hesab edir ki, ona İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsində nəzərdə tutulmuş inzibati cərimə tənbeh növü tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40-cı, 43-cü, 48-50-ci, 114-115-ci və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: «Aydın Aqro” MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə təqsirli bilinərək 1500 (bir min beş yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Ruslan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar