Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-792/2025 11.06.2025 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Paşayev Qalib Hidayət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X3, Azərbaycan Respublikası Dövlət X5 Gömrük İdarəsinin nümayəndəsi X1, Barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi X4 iştirakı ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi Şəxsn Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında işə Yevlax Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Yevlax Rayon Məhkəməsinə Şəxsn Azərbaycan Respublikasının İXM-nin 483-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Dövlət X5 Gömrük İdarəsindən xx.xx.2025-ci il tarixli, EP ******* saylı inzibati xəta haqqında protokol daxil olmuşdur. İnzibati xəta haqqında protokola görə ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs MMC tərəfindən xx.xx.2024-cü il tarixli, **********9193 saylı gömrük bəyannaməsi üzrə Rusiya Federasiyasında qeydiyyatda olan «X13» şirkətinə ixrac edilmiş «Xətti sıxlığı 232.56 dteksdən az, lakin 192.31 dteksdən az olmayan, daraqla daranmaya məruz qalmamış liflərdən birsaplı iplik» yükünün dəyəri 43196.53 ABŞ dollarının MMC-nin Azərbaycan Respublikasındakı müvəkkil bankda olan hesabına köçürülmüş, qalıq məbləği olan 445.98 ABŞ dolları isə MMCnn Azərbaycan Respublikasındakı müvəkkil bankda olan hesabına köçürülməmişdir. Bununla da, Şəxs MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikası Dövlət X5 Gömrük İdarəsinin nümayəndəsi X2 verdiyi izahatında göstərmişdir ki, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs MMC tərəfindən xx.xx.2024-cü il tarixli, **********9193 saylı gömrük bəyənnaməsi üzrə Rusiya Federasiyasında qeydiyyatda olan «X13» şirkətinə ixrac edilmiş «Xətti sıxlığı 232.56 dteksdən az, lakin 192.31 dteksdən az olmayan, daraqla daranmaya məruz qalmamış liflərdən birsaplı iplik» yükünün dəyərinin qalıq məbləği olan 445.98 ABŞ dolları və xx.xx.2024-cü il tarixli **********8829 saylı, **********8854 saylı, **********8860 saylı, **********8865 saylı, **********8867 saylı, **********8868 saylı və **********8843 saylı gömrük bəyənnamləri üzrə Türkiyə Respublikasında qeydiyyatda olan «Bıska tekstil san və tic.a.ş» şirkətinə ixrac edilmiş «Pambıq lifi» yükünün dəyərinin 184387.87 ABŞ dolları (8 bəyənnamə üzrə geri qaytarılmayan məbləğ 184833.85 ABŞ dolları) məbləğində vəsaitin müvəkkil bank hesabına köçürülməməəsi ilə bağlı Gəncə Gömrük İdarəsində araşdırma aparılmışdır. Araşdırma zamanı MMC-nin nümayəndəsi öz izahatında qeyd edilən bəyənnamələrin dəyərinin qanunvericiliyin tələbinə uyğun olaraq 180 gün ərzində MMC-nin müvəkkil bank hesabına daxil olduğunu və bir bəyənnamə üzrə, yəni **********9193 saylı bəyənnamə üzrə 445.98 ABŞ dollarının məzənnə fərqindən yaranmış məbləğ olduğunu qeyd etmişdir. Digər bəyannamələr üzrə sorğu verilmiş və həmin bəyannamələrin dəyərinin qanunvericiliklə müəyyən edilmiş müddət ərzində MMC-nin müvəkkil bank hesabına köçürüldüyü, lakin bank tərəfindən sistemə işlənmədiyi müəyyən edilmişdir. 445.98 ABŞ dolları ilə bağlı İXM-nin 483-cü maddəsi ilə inzibati araşdırma başlanmış və aidiyyəti üzrə Yevlax Rayon Məhkəməsinə göndərilmişdir. 445.98 ABŞ dolları ilə bağlı həmin yanlışlıq müvəkkil bankın səhvindən yaranmışdır. Hazırda sistemdən çıxarış edilən zaman da həmin məbləğ qalıq məbləğ kimi görünmür. Qeyd edilənlərin nəzərə alınaraq, məhkəmədən qanuna müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi X7 nümayəndəsi olduğu cəmiyyətin ona istinad edilən inzibati xətanı törətməsini etiraf etməyərək, verdiyi izahatında göstərmişdir ki, təmsil etdiyi MMC tərəfindən borc tam olaraq ödənilmişdir. Belə ki, qeyd edilən bəyannamə üzrə müvəkkil bankın hesabına vəsait vaxtında köçürülmüş və heç bir qalıq məbləğ olmamışdır.Qeyd edilənlərə əsasən Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə izahatları dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin barəsində olan inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta hadisəsi olmadığından xitam verilməlidir. Belə ki, işdə olan xx.xx.2024-ci il tarixli, **********9193 saylı gömrük bəyənnaməsindən görünür ki, Şəxs MMC tərəfindən 20019.5 kq., dəyəri 43642.51 ABŞ dolları olan «Xətti sıxlığı 232.56 dteksdən az, lakin 192.31 dteksdən az olmayan, daraqla daranmaya məruz qalmamış liflərdən birsaplı iplik» yükü X8 rəsmiləşdirilərək Rusiya Federasiyasına ixrac edilmişdir. İşdə olan X12 tərəfindən Gəncə Gömrük İdarəsinə ünvanlanmış xx.xx.2025-ci il tarixli raportdan görünür ki, Şəxs MMC tərəfindən X8 8 (səkkiz) bəyənnamə üzrə ixrac edilən yükün dəyəri 180 (yüz səksən) gün ərzində Azərbaycan Respublikasında müvəkkil bankda olan hesablarına 18433.85 ABŞ dolları olan vəsaiti köçürülməmişdir. Bununla əlaqədar Şəxs MMCnin bəyənnamalər üzrə göstərilmiş hüquqi ünvanına xəbərdarlıq və bildiriş göndərilmiş, lakin Şəxs MMC-nin ixrac etdiyi yüklərin ödənişləri ilə bağlı X9 həmin tarixədək heç bir sənəd təqdim edilməmişdir. İşdə olan Gəncə Gömrük İdarəsi tərəfindən Şəxs MMC-yə ünvanlanmış xx.xx.2025-ci il tarixli bildirişdən görünür ki, Şəxs MMC tərəfindən 8 (səkkiz) gömrük bəyənnaməsi üzrə ixrac edilmiş yükün dəyəri olan 184833.85 ABŞ dolları 180 gün ərzində ixracatçının hesabına geri köçürülmədiyindən faktla bağlı Şəxs MMC barəsində Gəncə Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat Şöbəsində xx.xx.2025-ci il tarixli raport üzrə aparılan araşdırma ilə əlaqədar işin halları ilə bağlı izahat verilməsi üçün səlahiyyətli nümayəndənin xx.xx.2025-ci il tarixə X9 gəlməsinin təmin edilməsi tələb edilmişdir. İşdə olan Azərbaycan Respublikası Dövlət X5 Gömrük İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, EP ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs MMC tərəfindən xx.xx.2024-cü il tarixli, **********9193 saylı gömrük bəyannaməsi üzrə Rusiya Federasiyasında qeydiyyatda olan «X13» şirkətinə ixrac edilmiş «Xətti sıxlığı 232.56 dteksdən az, lakin 192.31 dteksdən az olmayan, daraqla daranmaya məruz qalmamış liflərdən birsaplı iplik» yükünün dəyəri 43196.53 ABŞ dollarının MMC-nin Azərbaycan Respublikasındakı müvəkkil bankda olan hesabına köçürülmüş, qalıq məbləği olan 445.98 ABŞ dolları isə MMC-nn Azərbaycan Respublikasındakı müvəkkil bankda olan hesabına köçürülməmişdir. Bununla da, Şəxs MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İş materiallarına əlavə edilmiş elektron informasiya sistemindən məlumatdan görünür ki, invoys dəyəri 43642.51 ABŞ dolları olan **********9193 saylı gömrük bəyənnaməsi üzrə 43642.51 ABŞ dolları vəsait xx.xx.2024-cü il tarixdə Şəxs MMC-nin müvəkkil bankda olan («ZiraatBank») hesabına tam şəkildə ödənilmişdir. İşdə olan Gömrük xidmətinin vahid avtomatlaşdırılmış idarə etmə sisteminin konsiqnasiyaya nəzarət səhifəsindən çıxarışdan də görünür ki, Şəxs MMC tərəfindən Rusiya Federasiyasına **********9193 saylı gömrük bəyənnaməsilə ixrac edilən 43642.51 ABŞ dolları dəyərində yükə görə cəmiyyətin müvəkkil bankda olan hesabına xx.xx.2024-cü il tarixdə 43642.51 ABŞ dolları vəsait daxil olmuş və qalıq məbləğ yoxdur. Azərbaycan Respublikası Prezidentinin 24 iyun 1997-ci il tarixli, 609 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qaydaları”nın 12.1-ci bəndinə əsasən hüquqi və fiziki şəxslər tərəfindən malların (işlərin, xidmətlərin) konsiqnasiya yolu ilə ixracı gömrük orqanlarında bəyan edilməklə aparılır. Konsiqnasiya yolu ilə ixrac əməliyyatları xarici şəxslərlə bağlanmış müqaviləyə əsasən ixrac olunmuş malların (işlərin, xidmətlərin) müqabilində vəsaitlərin müəyyən edilmiş müddət ərzində ixracatçıya ödənilməsini nəzərdə tutur. Həmin Qaydaların 12.2-ci bəndinə əsasən 12.2-ci bəndinə əsasən hüquqi və fiziki şəxslər konsiqnasiya yolu ilə ixrac etdikləri malların (işlərin, xidmətlərin) müqabilində vəsaitlərin onların bəyan olunduğu gündən 180 (yüz səksən) gün ərzində Azərbaycan Respublikasındakı müvəkkil bankda olan hesablarına köçürülməsini təmin etməlidirlər. Həmin Qaydaların 12.3-cü bəndinə əsasən ixrac olunan malların (işlərin, xidmətlərin) müqabilində əldə olunmuş vəsaitin Azərbaycan Respublikasına köçürülməsinə və gətirilməsinə, müvafiq olaraq, Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası (bundan sonra – Palata) və Dövlət Gömrük Komitəsi nəzarət edir. Bu məqsədlə Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi bütün ixracatçılar tərəfindən gömrük bəyannamələri və ixrac müqavilələri də daxil olmaqla, ixrac olunan mallar barədə aidiyyəti məlumatların elektron gömrük xidməti vasitəsilə Palataya ötürülməsini təmin edir. «Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli Qərarında göstərilmişdir ki, Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, azad sahibkarlıq fəaliyyətinin təminatı olaraq Azərbaycan Respublikasında hər bir fiziki və hüquqi şəxs ona məxsus daşınar və daşınmaz əmlakı, o cümlədən milli valyutanı, xarici valyuta sərvətlərini və s. sahibkarlıq fəaliyyəti və qanunvericiliklə qadağan edilməyən digər iqtisadi fəaliyyət sahələrinə sərbəst yönəldə bilər, habelə bunlardan öz mülahizələrinə görə istifadə edə bilər (“Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi və “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü yarımbəndinə dair 2020-ci il 28 fevral tarixli Qərar). Konstitusiya Məhkəməsinin həmin qərarında göstərilmişdir ki, Azərbaycan Respublikasının İXM-nin 483-cü maddəsi ilə nəzərdə tutulan hüquqazidd əməlin subyekti kimi xarici iqtisadi fəaliyyəti həyata keçirən fiziki və ya hüquqi şəxs çıxış edir. Həmin maddədə nəzərdə tutulan inzibati xətanın obyektiv cəhəti məcburi qaydada köçürülməli olan vəsaitin xaricdən qaytarılmamasında ifadə olunur. Bu əməl həmin şəxslər tərəfindən hərəkət və ya hərəkətsizliklə törədilə bilər. Eyni zamanda qeyd edilməlidir ki, müvəkkil banklara köçürülməli olan xarici valyuta vəsaitinin geri qaytarılmaması xarici iqtisadi fəaliyyətin subyektindən asılı olmayan səbəblərdən baş verdikdə, yəni subyektin hərəkət və ya hərəkətsizliyinin nəticəsi olmadıqda, şəxs təqsirsiz olduğundan həmin vəsaitlərin qaytarılmamasına görə İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Belə ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. İnzibati xəta bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) kimi müəyyən edilmişdir (İnzibati Xətalar Məcəlləsinin 3 və 12.1-ci maddələri). Göründüyü kimi, İnzibati Xətalar Məcəlləsi yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini ehtiva edən əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxsin inzibati məsuliyyətə cəlb olunmasını müəyyən etmişdir. Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, yuxarıda qeyd edilən normaların tələbləri baxımından məhkəmələr səlahiyyətli orqan tərəfindən barəsində protokol tərtib edilən şəxsin İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə nəzərdə tutulmuş xətanın törədilməsində təqsirini müəyyən etməlidir. Bəzi hallarda hüquqi və fiziki şəxslərin ixrac etdikləri malların (işlərin, xidmətlərin) müqabilində vəsaitlərin müvəkkil bankda olan hesablara köçürülməsi şəxsin iradəsindən asılı olmayan səbəblərdən (məsələn qarşı tərəfin öhdəliyi icra etməməsi və s.) baş tutmaya və ya qanunvericilikdə müəyyən edilmiş müddətdən daha çox zaman tələb edə bilər. Buna görə məhkəmə işin bu hallarını şəxsin təqsirini istisna edən əsas kimi qiymətləndirməlidir. Məhkəmə iclasında izahatlarla və tədqiq edilmiş sənədlərlə müəyyən edilmişdir ki, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs MMC tərəfindən xx.xx.2024-cü il tarixli, **********9193 saylı gömrük bəyannaməsi üzrə Rusiya Federasiyasında qeydiyyatda olan «X13» şirkətinə ixrac edilmiş «Xətti sıxlığı 232.56 dteksdən az, lakin 192.31 dteksdən az olmayan, daraqla daranmaya məruz qalmamış liflərdən birsaplı iplik» yükünün dəyəri 43196.5 ABŞ dolları Şəxs MMC-nin Azərbaycan Respublikasındakı müvəkkil bankda olan hesabına qanunvericiliklə müəyyən edilmiş müddətdə, yəni 180 gündən gec olmayaraq xx.xx.2024-cü il tarixdə köçürülmüş və hər hansı qalıq məbləğ yaranmamışdr. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi müəyyən edilmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin; 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; Həmin Məcəllənin 31.3-cü maddəsinə görə hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması hallar nəzərə alınır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC tərəfindən ona istnad edilən inzibati xəta hadisəsi törədilmədiyindən həmin hüquqi şəxsin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 25, 40.0.1, 43, 48-51, 55, 114, 115,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Azərbaycan Respublikası Dövlət X5 Gömrük İdarəsinin xx.xx.2025-ci il tarixli, EP ******* saylı inzibati xəta haqqında protokoluna əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Şəxs MMCnin barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Yevlax Rayon Məhkəməsinə və ya bilavasitə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Qalib Paşayev
Məhkəmə qərarları › İş №3(039)-792/2025
Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-792/2025
11.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver