Məhkəmə qərarları › İş №3(039)-794/2021

Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-794/2021

20.10.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-794/2021 20.10.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Məhkəmə iclasının katibi X2 Şikayət vermiş şəxs X3 Qərarından şikayət verilmiş Yevlax RPŞ-nin DYPB-nin YPX inspektoru polis baş leytenantı X1 iştirakı ilə X3 26.09.2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından vermiş olduğu şikayətə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: X6 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətalarla bağlı tərtib edilən İXP ******* saylı inzibati xəta haqqında protokulun və həmin protokola əsasən tətbiq edilmiş 40 (qırx) manat məbləğində inzibati cərimənin ləğv edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Şikayətçi ərizəsini onunla əsaslandırmışdır ki, o, Mercedes Benz markalı 66BX306 dövlət qeydiyyat nişanlı avtomobil ilə 26.09.2021-ci il tarixdə saat 20.10 radələrində Yevlax şəhəri, H.Əliyev prospektində sola manevr etmək istəyərkən arxadan sürətlə gələn VAZ 2107 markalı 20DU430 dövlət qeydiyyat nişanlı avtomobil ara məsafəsi saxlamadan onunla toqquşmuşdur. Nəticədə avtomobili zərərə məruz qalmışdır. Bildirir ki, VAZ 2107 markalı 20DU430 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü avtomobili böyük sürətlə idarə etmiş, onun idarə etdiyi avtomobili ilə lazım olan ara məsafəsini saxlamamışdır.Toqquşma qoşa xəttin üzərində baş vermişdir. Qeyd olunan yol-nəqliyyat hadisəsində o, yox, VAZ 2107 markalı 20DU430 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X7r, buna baxmayaraq DYP əməkdaşı qanunun tələblərini pozaraq onu Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi ilə təqsirli bilmişdir. Hesab edir ki, barəsində olan 26.09.2021-ci il tarixli qərar tam qanunsuzdur, qərar qəbul olunarkən qanunvericiliyin tələbləri və sübutları yox, yalnız inspektorun şəxsi mülahizəsi əsas götürülüb. Şikayət vermiş şəxs X6 məhkəmə iclasında şikayətini müdafiə edərək bildirdi ki, 26.09.2021-ci il tarixdə Yevlax şəhəri H.Əliyev prospektində İXP ******* saylı inzibati xəta haqqında protokolun Yevlax rayonu polis baş leytenantı X5 tərəfindən tərtib edilməsi qeyd edilməklə o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə inzibati xətanı törətməklə təqsirli bilinmiş, o cümlədən 40 (qırx) manat məbləğində cərimə olunmuşdur. Bununla bağlı ona SMS gəlmişdir. Həmin protokolu qanunsuz və əsassız, ö cümlədən ədalətsiz hesab edir. Yol hərəkəti qaydaları onun tərəfindən deyil, onun hərəkətdə olduğu zaman arxadan yüksək sürətlə gələn VAZ 2107 markalı, 20DU430 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X8 tərəfindən pozulmuşdur. Lakin protokolu tərtib edən şəxs X5 tərəfindən protokolun tərtib edilməsi zamanı işə bitərəfli və səthi yanaşılmış, avtomobilin idarə edilməsi ilə bağlı tərəflərin hərəkətlərinə düzgün hüquqi qiymət verilməmişdir. Eyni zamanda protokolun tərtibi zamanı onun haqlı iradları nəzərə alınmamış, ona münasibətdə açıq-aşkar ədalətsizlik və qərəzlilik nümayiş etdirilmişdir. Barəsində şikayət etdiyi protokol tərtib edilən zaman hadisə yerində kifayət qədər şahidlər vardı və həmin şahidlərin izahatları alınmamışdır. Özünü qismən təqsirli hesab edərək qeyd edir ki, yol-nəqliyyat hadisəsində təkcə o deyil, həm də digər sürücü də təqsirlidir. Şikayətin təmin edilməsini xahiş edir. Qərarından şikayət verilmiş Yevlax RPŞ-nin DYPB-nin YPX inspektoru polis baş leytenantı X5 şikayət ərizəsində göstərilənlərlə razılaşmayaraq izah etdi ki, X6 idarə etdiyi Mercedes Benz markalı 66BX306 dövlət qeydiyyat nişanlı avtomobillə əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etdiyi üçün, 26.09.2021-ci il tarixdə barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmiş və o, həmin protokol əsasında 40 (qırx) manat məbləğində inzibati cərimə edilmişdir. X3 təqsiri onun hadisə baş verən tarixdə özünün yazılı izahatı və foto-şəkilləri ilə sübuta yetirilir. Y.Əsgərovun şikayətinin heç bir hüquqi əsasının olmadığına görə şikayətin təmin edilməməsini və inzibati tənbeh vermə haqqında 26.09.2021-ci il tarixli qərarının qüvvədə saxlanılmasını xahiş edir. İş materiallarında olan İXP ******* nömrəli, 26 sentyabr 2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, X6 idarə etdiyi Mercedes Benz markalı 66BX306 dövlət qeydiyyat nişanlı avtomobillə əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etdiyi üçün Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi ilə təqsirli bilinərək 40 (qırx) manat məbləğində inzibati cərimə edilmişdir. İş materiallarında olan 26.09.2021-ci il tarixli, 433 saylı sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, X4 yol nəqliyyat hadisəsi zamanı sərxoşluq əlaməti olmamışdır. İş materiallarına əlavə edilmiş BD 200427 nömrəli sürücülük vəsiqəsinin surətindən görünür ki, X3 BC dərəcəli sürücülük vəsiqəsi var. İş materiallarında olan X6 tərəfindən Yevlax RPŞ-nin rəhbərliyinə verdiyi izahatda göstərilmişdir ki, 26.09.2021-ci il tarixdə etibarnamə ilə idarə etdiyi Mercedes Benz markalı 66BX306 dövlət qeydiyyat nişanlı avtomobili ilə Yevlax şəhəri H.Əliyev prospektində hərəkətdə olan zaman sola manevr edərkən solunda hərəkətdə olan VAZ 2107 markalı 20DU430 dövlət qeydiyyat nişanlı avtomobilin sağ yan hissəsiylə toqquşmuşdur. Məhkəmə şikayət vermiş şəxs X3 və Yevlax RPŞ-nin DYPB-nin YPX inspektoru polis baş leytenantı X1 izahatlarını dinləyib, inzibati xəta haqqında protokolu, inzibati tənbeh vermə haqqında qərarı iş materialları ilə birlikdə araşdırıb, hesab edir ki, aşağıdakı əsaslara görə şikayət əsassız olduğundan təmin edilməməli, X3 barəsində inzibati tənbeh vermə haqqında İXP 4213985, 26.09.2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 129.1.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 133.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. Həmin Məcəllənin 134.1, 134.1.1 və 134.1.2-ci maddələrinə əsasən qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması və bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında qərar qəbul edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə əsasən yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə qırx manat məbləğində cərimə edilir. Göründüyü kimi şikayət vermiş şəxs X6 hazırki şikayətində və məhkəmə iclasındakı izahatında barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarda göstərilən xətanı törətmədiyini, əsassız olaraq cərimə edilməsinin yolverilməz olduğunu bildirsə də, şikayətinin dəlillərinin əsaslılığını təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Belə olan halda qeyd edilən inzibati xətanın törədilməsi iş materiallarında olan sənədlərlə təsdiq edildiyindən, inzibati qərar əsasında X3 törədilmiş inzibati xətada təqsirli bilinərək tənbeh edilməsinin qanuniliyi mübahisə doğurmur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İşin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv baxaraq və iş üzrə olan sübutları qiymətləndirərək, məhkəmə belə nəticəyə gəlir ki, X6 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi məhkəmə baxışı zamanı öz təsdiqini tapdığından və şikayətin məzmununda qeyd olunan inzibati tənbeh vermə haqqında qərarın əsassız olaraq tərtib edilməsi ilə bağlı sübutlar təqdim edilmədiyindən şikayətin dəlilləri əsassızdır və inzibati xəta haqqında iş üzrə qəbul edilmiş İXP ******* nömrəli, 26 sentyabr 2021-ci il tarixli qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 115, 133-134 və 136-cı maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: X3 barəsində inzibati tənbeh vermə haqqında İXP ******* nömrəli, 26 sentyabr 2021-ci il tarixli qərarından vermiş olduğu şikayəti əsassız olduğundan təmin edilməsin. X3 barəsində inzibati tənbeh vermə haqqında Yevlax RPŞ-nin DYPB-nin YPX inspektoru polis baş leytenantı X1 İXP ******* nömrəli, 26 sentyabr 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Ruslan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar