Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-794/2022 26.08.2022 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Rzayev Arzu Ağazeynal oğlunun katibliyi, Yevlax rayon X5 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi, polis mayoru X1, barəsində inzibati icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1999 ildə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Yevlax rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Yevlax rayon Polis Şöbəsindən daxil olmuş MN seriyalı ******* saylı, 26 avqust 2022-ci il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs 25 avqust 2022-ci il tarixdə saat 15:40-da Yevlax RQİ və TBŞ-də polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Bununla da, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Yevlax rayon X5 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi X4 çıxış edərək bildirmişdir ki, 25 avqust 2022-ci il tarixdə saat 15:40 radələrində Şəxs Yevlax RQİ və TBŞ-də polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Məhkəmə baxışı zamanı dindirilmiş Şəxs öz izahatında bildirmişdir ki,idarə etdiyi avtomobilini öz adına keçirmək üçün Yevlax RQİ və TBŞ-nə gəlmişdir.Burada əsəbi olduğu üçün ucadan səs-küy salmışdır.Onu sakitləsdirmək üçün polis nəfərləri ona yaxinlaşsada polisin qanuni tələbinə tabe olmamışdır.Özünü təqsirli bilərək barəsində ədalətli qərarın qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Yevlax RQİ və TBŞ-nin DAM-i polis polkovnik-leytenantı X2 protokolda qeyd olunanlara uyğun çıxış edərək bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə saat 15.40 radələrində öz iş otağında xidmətdə olarkən adı sonralar ona məlum olan Şəxs onun iş otağına daxil olaraq özünü qeyri səmimi apararaq yüksək tonla səs-küy salmışdır.Ondan onun əsəbi halda bu cür rəftarlarının səbəbini soruşsada ona məhəl qoymayıb dahada yüksəkdən ünvansız sözlərlə səs-küy salaraq onun və şöbənin iş fəaliyyətini pozmağa başlamışdır.Onu nizam intizama dəvət etsədə ona məhəl qoymayıb öz kobud hərəkətini davam etdirmişdir.Odur ki həmin şəxs barəsində müvafiq tədbirlətin görülməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Yevlax RPŞ-nin PPXB-nin polis nəfəri polis kiçik serjantı X3 protokolda qeyd olunanlara uyğun çıxış edərək bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə post yoldaşı polis nəfəri ,polis kiçik sejantı Tural Cabbarlı ilə birlikdə 10 saylı marşruda piyada şəklində xidmətdə olan zaman saat təxminən 15.10 radələrində Yevlax rayon ərazisində yerləşən 9 saylı regional arası qeydiyyat imtahan şöbəsinin həyətində bir nəfər şəxsin ictimai yerdə ucadan nalayiq ifadələr işlətdiyini görüb həmin şəxsə yaxınlaşmışlar.Onlar həmin vətəndaşa özlərini təqdim edərək nizam intizama dəvət etmişlər.Lakin o polisin ünvanına ucadan nalayiq ifadələtr işlədərək polisin qanuni tələbinə tabe olmamışdır.Onlar həmin vətəndaşı tərəflərindən saxlanılaraq şöbəyə gətirilmişdir.Polis şöbəsində həmin şəxsin ünvan 2 ünvanında yaşayan Şəxs olduğu müəyyən olunmuşdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: MN seriyalı ******* saylı, 26 avqust 2022-ci il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs 25 avqust 2022-ci il tarixdə saat 15:40-da Yevlax RQİ və TBŞ-də polisin qanuni tələbinə qəsdən tabe olmamışdır.Bununla da, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 9.1-ci maddəsinə əsasən İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görəfiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, barəsində inzibati icraat aparılan şəxsin və şahidlərin izahatı, eləcə də inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. Beləliklə məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, habelə inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən hal kimi inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığını (İXM 32.1.1), nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasının hədləri daxilində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinib 200 (iki yüz ) manat məbləğində cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Yevlax Rayon Məhkəməsinə və ya bilavasitə Şəki Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Ruslan Əlizadə
Məhkəmə qərarları › İş №3(039)-794/2022
Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-794/2022
26.08.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver