Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-795/2020 27.11.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Cavadova Günay İsmayıl qızının sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, Azərbaycan Respublikası Dövlət Gömrük Kömitəsinin Qərb Ərazi Baş Gömrük İdarəsinin nümayəndəsi X1, barəsində inzibati xəta haqqında iş üzrə icraata aparılan hüquqi şəxs “xxxx” firmasının nümayəndəsi X2 iştirakları ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs: ünvan 1 ünvanında qeydiyyatda olan “xxxx” firması barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi üzrə tərtib olunmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: ünvan 1 ünvanında qeydiyyatda olan “xxxx” firması tərəfindən xx.xx.2019-cu il tarixli, 92 saylı müqavilə əsasında xx.xx.2020-ci il tarixli **********0142 saylı gömrük bəyannamələri üzrə ümumi dəyəri 6229 ABŞ dolları olan “müxtəlif növ şokolad məhsulları” yükü rəsmiləşdirilərək Gürcüstan Respublikasında yerləşən “xxxx Georgia” şirkətinin ünvanına ixrac edilmişdir. “xxxx” firması tərəfindən ixrac edilən yükün dəyərinin qalıq məbləği 5266 ABŞ dolları olan valyuta vəsaiti bəyan edildiyi 180 gün ərzində ixracatçının hesabına geri köçürülməmişdir. Məhkəmə iclasında səlahiyyətli orqanın nümayəndəsi X3 inzibati xəta haqqında protokolun dəlillərinə uyğun izahat vermiş və “xxxx” firması barəsində qanuni qərarın qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraata aparılan hüquqi şəxs nümayəndəsi X4 izahat verərək bildirdi ki, firma tərəfindən ümumi dəyəri 6229 ABŞ dolları olan “müxtəlif növ şokolad məhsulları” yükü rəsmiləşdirilərək Gürcüstan Respublikasında yerləşən “xxxx Georgia” şirkətinə göndərildikdən sonra Gürcüstan Respublikasında yerləşən şirkət koronavirus epidemisyasına görə fəaliyyətini dayandırmışdır və bu səbəbdən yükün dəyərinin qalıq məbləği 5266 ABŞ dolları olan valyuta vəsaiti bəyan edildiyi 180 gün ərzində onların hesabına geri köçürülməmişdir. Göstərlənlərin nəzərə alınmasını xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Yevlax Gömrük Postunun rəisi Nazim İsayev tərəfindən Qərb Ərazi Baş Gömrük İdarəsinin rəisi İsa Quliyevə ünvanlanmış xx.xx.2020-ci il tarixli raportdan görünür ki, “xxxx” MMC Yevlax Gömrük Postunda konsiqnasiya yolu ilə bir bəyannamə üzrə ixrac edilən yükün dəyərinin qalıq məbləği 5266 ABŞ dolları olan vəsait 180 gün ərzində Azərbaycan Respublikasənda müvəkkil bankda olan hesablarına köçürülməmişdir; xx.xx.2020-ci il tarixli inzibati xəta haqqında iş üzrə icraatın başlanması və inzibati araşdırma aparılması haqqında qərardaddan görünür ki, ünvan 1 ünvanında qeydiyyatda olan “xxxx” firması barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanmışdır; xx.xx.2020-ci il tarixli 11000-1530/20 saylı protokoldan görünür ki, ünvan 1 ünvanında qeydiyyatda olan “xxxx” firması tərəfindən xx.xx.2019-cu il tarixli, 92 saylı müqavilə əsasında xx.xx.2020-ci il tarixli **********0142 saylı gömrük bəyannamələri üzrə ümumi dəyəri 6229 ABŞ dolları olan “müxtəlif növ şokolad məhsulları” yükü rəsmiləşdirilərək Gürcüstan Respublikasında yerləşən “xxxx Georgia” şirkətinin ünvanına ilə ixrac edilmişdir. “xxxx” firması tərəfindən ixrac edilən yükün dəyərinin qalıq məbləği 5266 ABŞ dolları olan valyuta vəsaiti bəyan edildiyi 180 gün ərzində ixracatçının hesabına geri köçürülməmişdir; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin; 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 483-cü maddəsinə əsasən xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan az miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmamasına görə inzibati xətanın bilavasitə obyekti olan xarici valyutanın dəyərinin otuz faizindən əlli faizinədək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinin tərkibi onun dizpozitiv şərtlərinə görə xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan az miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmaması nəticəsində yaranır. İnzibati xəta haqqında protokolla, səlahiyyətli orqanın nümayəndəsinin və barəsində inzibati xəta haqqında iş üzrə icraata aparılan hüquqi şəxsin nümayəndəsinin məhkəmə prosesində verdikləri izahatı ilə müəyyən olunmuşdur ki, “xxxx” MMC tərəfindən ümumi dəyəri 6229 ABŞ dolları olan “müxtəlif növ şokolad məhsulları” yükü xx.xx.2020-ci il tarixdə Gürcüstan Respublikasında yerləşən “xxxx Georgia” şirkətinə ixrac olunmuş və bu barədə eyni tarixli gömrük bəyannaməsi tərtib olunmuşdur. Azərbaycan Respublikası Prezidentinin xx xxxx 1997ci il tarixli, 609 nömrəli Fərmanı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi” Qaydalarının 12.2-ci bəndinə əsasən, hüquqi və fiziki şəxslər konsiqnasiya yolu ilə ixrac etdikləri malların (işlərin, xidmətlərin) müqabilində vəsaitlərin onların bəyan olunduğu gündən 180 (yüz səksən) gün ərzində Azərbaycan Respublikasındakı müvəkkil bankda olan hesablarına köçürülməsini təmin etməlidirlər. Göründüyü kimi, “xxxx” firması xx.xx.2020-ci il tarixdən 180 gün ərzində, yəni xx xxxxxx 2020-ci il tarixədək ixrac etdiyi məhsulun qalıq məbləği olan 5266 ABŞ dolları vəsaitin müvəkkil bankın hesabına köçürülməsini təmin etməli olduğu halda bunu etməmiş və bununla da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək, hesab edir ki, “xxxx” firması Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə təqsirli bilinməli və barəsində inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin 30 faizi məbləğində cərimə tənbeh növü təyin edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 25, 40.0.1, 43, 48-51, 55, 114, 115,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: “xxxx” firması Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə təqsirli bilinsin və barəsində inzibati xətanın bilavasitə obyekti olan xarici valyuta- 5266 ABŞ dolları vəsaitin otuz faizi miqdarında, yəni 1579 ABŞ dolları 80 sent (ödənilən günü manatla olan məzənnəsi ilə) cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Günay Cavadova
Məhkəmə qərarları › İş №3(039)-795/2020
Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-795/2020
27.11.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver