Məhkəmə qərarları › İş №3(039)-796/2021

Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-796/2021

09.10.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-796/2021 09.10.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X8, İnzibati xəta haqqında protokol tərtib etmiş Yevlax Rayon Polis X3 Bölməsinin polis sahə rəisi, polis mayoru X9, Zərər çəkmiş şəxs X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi X10 iştirakı ilə xx.xx.2004-cü ildə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Yevlax şəhəri Babək küçəsi ev 9-da yaşayan. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Yevlax Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : Məhkəməyə təqdim olunmuş protokolda qeyd olunur ki, Şəxs 02 oktyabr 2021-ci il tarixdə ünvan 1 ünvanında yaşayan X1 həyətindən 1 ədəd aliminium qazan 1 ədəd alminium ləyən və soyuducunun matorunu oğurlamışdır. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş polis sahə rəisi, polis mayoru Qurban Qasımov izah etdi ki, ünvan 1-də yaşayan X4 02 oktyabr 2021-ci il tarixdə saat 11:45 radələrində Azərbaycan Respublikası DİN-nin 102 Xidməti Zəng Mərkəzi Sistemin zəng edərək yaşadığı evin damın içərisindən ona məxsus qazanların, samovarın və ərzaqların qonşuluğunda yaşayan 17 yaşlı zaman adlı şəxs tərəfindən oğurlanmasını bildirmişdir. Bundan sonra Yevlax Rayon Polis X6 araşdırma aparılmışdır. Yevlax Rayon Polis X7 08 oktyabr 2021-ci il tarixli qərarı ilə toplanmış material üzrə törədilmiş əməldə cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmiş, toplanmış material üzrə xırda talama inzibati xətası baş verdiyinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraat aparılması üçün qərarın surəti Yevlax Rayon Polis X3 Bölməsinə göndərilmişdir. Bundan sonra Şəxs barəsində tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izah etdi ki, 2021-ci ilin oktyabr ayında K.Nəsibov küçəsində yaşayan qonşusu Gülyanə Xangəldiyevanın evinin damından oğurluq etmişdir. Oğurladığı əşyaları tanımadığı şəxsə satmış, həmin pulu xərcləmişdir. 2 gün müddətinə zərər çəkmiş şəxs Gülyanə Xangəldiyevaya 200 manat məbləğində pul verəcəkdir. Törətdiyi inzibati xətaya görə səmimi peşmandır. Məhkəmə iclasında zərər çəkmiş X4 çıxış edərək bildirdi ki, 02 oktyabr 2020-ci il tarixdə həyətində yerləşən anbara baxdıqda anbardan 1 ədəd 40 litrlik aliminium qazanın, bir ədəd diametri 50 sm aliminium ləyəninin, 2 ədəd hərəsi 5 litrlik günəbaxan yağının qonşusu Zamanın oğurlandığını aşkar etmişdir. Həmin ləyənlərin və qazanın dəyəri təxminən 200 manat məbləğindədir. Bundan sonra o, Daxili İşlər Nazirliyinin 102 Xidməti- Zəng Mərkəzinə və Yevlax Rayon Polis Şöbəsinə müraciət etmişdir. Hazırda Şəxs ilə razılığa gəlmiş, belə ki, Şəxs ona dəymiş 200 manat məbləğində ziyanı 2 gün müddətinə ödəyəcəyinə söz vermişdir. Odur ki, hazırda şikayətinin olmamasını nəzərə alaraq iş üzrə icraata xitam verilməsini xahiş etdi. İşə əlavə edilmiş Yevlax Rayon Polis X7 təhqiqatçısı, polis mayoru X5 cinayət işinin başlanmasının rədd edilməsi haqqında 08 oktyabr 2021-ci il tarixli qərarından görünür ki, toplanmış material üzrə törədilmiş əməldə cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmiş iş üzrə inzibati xəta haqqında iş üzrə icraat aparılması qərara alınmışdır. Məhkəmə iş materiallarını araşdıraraq zərər çəkmiş ifadəsini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatını və Yevlax Rayon Polis X3 Bölməsinin polis sahə rəisi, polis mayoru X9 çıxışını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş üzrə zərər çəkmiş şəxs məhkəmə iclasında ərizə təqdim edərək barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ilə barışdıqlarını, ondan heç bir şikayət və tələblərinin olmamasını bildirmiş və onun barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.10-cu maddəsinə əsasən bu Məcəllənin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərərçəkmiş şəxslə barışdıqda həmin iş üzrə icraata xitam verilir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası İXM-nin 105.1, 114.2, 114.2.1, 128.2.1 və 130.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə başlanılmış inzibati iş üzrə icraata xitam verilsin. Şəxs 200 manat məbləğində ziyan alınıb zərər çəkmiş şəxs X2 ödənilsin. Şəxs Yevlax şəhər Vəkil Bürosunun vəkil X10 göstərdiyi 3 (üç) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 18 (on səkkiz) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkil Bürosunun vəkili X11 ödənilsin. Qərardan 10 gün müddətində Yevlax rayon Məhkəməsi vasitəsi ilə, Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Toğrul Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar