Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-797/2021 09.10.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X2, İnzibati xəta haqqında protokol tərtib etmiş Yevlax RPŞ-nin İTB-nin sahə rəisi, polis leytenantı X3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1973-cü il tarixdə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, Mingəçevir şəhəri H.Əliyev prospekti ev 82/24, mənzil 12-də yaşayan Şəxs barəsində Yevlax Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Məhkəməyə təqdim olunmuş protokolda qeyd olunur ki, Şəxs 08 oktyabr 2021-ci il tarixdə saat 16:05 radələrində Yevlax şəhəri Nizami prospektində polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Bununla da Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş, yəni ictimai qaydanı mühafizə vəzifələrini icra edən polis işçisinin qanuni tələblərinə qəsdən tabe olmama inzibati xətanı törətmişdir. Məhkəmə iclasında polis sahə rəisi, polis leytenantı Rəşad Mamedov bildirmişdir ki, 08 oktyabr 2021-ci il tarixdə saat 16:05 radələrində X1 polis nəfəri, polis baş serjantı X4 ilə birlikdə Yevlax şəhəri Nizami prospektində xidmət aparan zaman iki nəfər şəxsin ucadan səs-küy salaraq ünvansız söyüşlər söydüyünü görüb həmin şəxslərə yaxışınlaşıb özlərini təqdim edərək onları nizam intizama dəvət etmişlər. Lakin həmin şəxslər onlara məhəl qoymayaraq öz qanunsuz hərəkətlərini davam etdirdikləri üçün həmin şəxslər məcburi qaydada Yevlax Rayon Polis Şöbəsinə gətirilmişdir. Bundan sonra o, Yevlax Rayon Polis Şöbəsinin rəhbərliyinə raportla müraciət etmişdir. Raporta əsasən tərəfindən araşdırma aparılmış, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirdirmişdir ki, 08 oktyabr 2021-ci il tarixdə saat təxminən 16 radələrində qardaşı oğlunun Yevlax şəhəri Nizami prospektində yaşayan bir nəfər şəxsin evində olduğunu bilərək həmin evə getmişdir. Həmin evdə qardaşı oğlunun olmadığını görüb bir neçə dəqiqə söhbət edərkən polis əməkdaşları evə daxil olmuşlar. Bu zaman o, polis əməkdaşlarına qarşı səs-küy salaraq onlara maneçilik törətmişdir. Bundan sonar polis əməkdaşları onu məcburi qaydada Yevlax Rayon Polis Şöbəsinə gətirmişlər. Xəstədir, səhvini başa düşür, törətdiyi əmələ görə səmimi peşmandır. Polis nəfəri, polis baş serjantı X4 məhkəmə iclasında şahid qismində dindirilərkən ifadəsində bildirdi ki, 08 oktyabr 2021-ci il tarixdə saat 16:05 radələrində polis sahə rəisi, polis leytenantı Rəşad Mamedovla birlikdə Yevlax şəhəri Nizami prospektində yerləşən fərdi yaşayış evində əməliyyat tədbiri keçirərkən həmin evdə iki nəfər şəxsin ucadan səsküy salaraq ünvansız söyüşlər söyərək onların əməliyyat tədbirlərinə maneçilik törətmişlər. Həmin şəxsləri nizam-intizama dəvət etsələr də öz qanunsuz hərəkətlərini davam etdirdikləri üçün onları məcburi qaydada Yevlax Rayon Polis Şöbəsinə gətirilmişlər. İşdə olan 08 oktyabr 2021-ci il tarixli inzibati qaydada tutma protokolundan görünür ki, Şəxs inzibati xətanı törətdiyinə görə 08 oktyabr 2021-ci il tarixdə saat 16:30-dan inzibati qaydada tutulmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlini səmimi etiraf edib, əməlindən səmimi peşman olması məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyəti ağırlaşdıran hal müəyyən edilmədi. İnzibati Xətalar Məcəlləsi; Maddə. 535.1. Polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə-fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Beləliklə, Şəxs istinad edilən inzibati xətanı törətməsi təqsiri özünün etirafı, şahid ifadəsi və işin digər materialları ilə tam təsdiq edilmişdir. Məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. O, həmin xətanı törətməkdə təqsirlidir, onun barəsində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə Şəxs şəxsiyyətini, törətdiyi inzibati xətanın ictimai təhlükəlilik dərəcəsini və əmlak vəziyyətini nəzərə alıb onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs tənbehinin tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.2.1 və 130.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinib 10 (on gün) gün müddətinə inzibati həbs edilsin. İnzibati həbs etmənin əvvəli Şəxs tutulduğu vaxtdan, yəni 08 oktyabr 2021-ci il tarixdən saat 16:30-dan hesab edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən on gün müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına şikayət və ya protest verilə bilər. Sədrlik edən Toğrul Əliyev
Məhkəmə qərarları › İş №3(039)-797/2021
Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-797/2021
09.10.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver