Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-797/2022 29.08.2022 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Rzayev Arzu Ağazeynal oğlunun katibliyi, Yevlax rayon X9 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi, polis mayoru X4, Yevlax rayon Vəkillər bürosunun vəkili X1 barəsində inzibati icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1981-cü ildə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Yevlax şəhəri M.F.Axundov küçəsi mənzil 45 ümvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Yevlax rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Yevlax rayon Polis Şöbəsindən daxil olmuş MN seriyalı ******* saylı, 29 avqust 2022-ci il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs 29 avqust 2022-ci il tarixdə saat 11:00-da Yevlax şəhər Fizuli küçəsində idarə etdiyi Vaz 2106 markalı ** DL *** dövlət qeydiyyat nömrəli avtomaşın saxlanılarkən polisin qanuni tələbinə tabe olmamışdır. Bununla da, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Yevlax rayon X9 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi X6 çıxış edərək bildirmişdir ki, 29 avqust 2022-ci il tarixdə saat 11:00-da Yevlax şəhər Fizuli küçəsində idarə etdiyi Vaz 2106 markalı ** DL *** dövlət qeydiyyat nömrəli avtomaşın saxlanılarkən polisin qanuni tələbinə tabe olmamışdır. Məhkəmə baxışı zamanı dindirilmiş Şəxs izahatında bildirmişdir ki, xx.xx.2022 ci il tarixdə saat 11 radələrində özünə məxsus Vaz 2106 markali ** DL *** dövlət qeydiyyat nişanli avtomobili ilə Yevlax şəhər Fizuli küçəsində yolun kenarında saxlayan zaman YPX –nin buna yaxınlaşaraq DAYANMA DURMA qaydasının pozduğunu bildirmişdilər Həmcinin Sənədləri yoxlayan zaman onun narkotik təsiri altında sübhə yarandığı üçün ona narkoloji testdən kecməsini təklif etdikdə.Özündən asılı olmayaraq əsələşib polisin qanuni tələbinə tabe olmayıb polis şöbəsinə getmekdən imtina edib.Sonradan Başa düşüb ki polisin qanuni tələbinə talbe olmamaq qaydasını pozduğunu bildirərək barəsində ədalətli qərarın qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Yevlax RPŞ-nin YPXİ-ru, polis serjantı X10 protokolda qeyd olunanlara uyğun çıxış edərək bildirmişdir ki xx.xx.2022-ci il tarixli saat 11.00-da Yevlax şəhəri Fizuli küçəsində DYPB-nin YPXİ-ru baş serjant N.Süleymanli ilə xidmətdə olarkən, Vaz 2106 markalı ** DL *** dövlət qeydiyyat nişanlı avtomaşının sürücüsünün DAYANMA-DURMA pozduğunu görüb ona yaxınlaşaraq özünü ona təqdim edib sənədləri təqdim etmasini xahiş edib.Sənədləri yoxlayan zaman sürücünün narkotik təsiri altında sübhə yarandığı üçün ona narkoloji testdən kecməsini təklif etdikdə,bununla razilaşmayıb polisin qanuni tələbinə tabe olmayaraq küçədə içtimai yerdə ucadan ünvansız nəlayiq söyüşlər söyərək ictimai qaydanı pozaraq,Yevlax RPŞnə getməkdən və narkoloji testən keşməkdən imtina etdiyi üçün həmin vətəndaş tərəflərindən nizam –intizama dəvət olunsa da,onların qanuni tələblərinə tabe olmayaraq öz qanunsuz hərəkətlərini davam etdirdiyi üçün həmin ərazidə xidmətdə olan PPXB-nün naryadlarının köməkliyi ilə Yevlax RPŞ-nin Növbətci Hissəsinə gətirildi və onun Yevlax şəhər sakini Şəxs olduğu məlum olduşdur.Onun hərəkətlərini əks etdirən video görüntü mövcuddur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Yevlax RPŞ-nin YPXİ-ru, polis serjantı X2 protokolda qeyd olunanlara uyğun çıxış edərək bildirmişdir,hadisə zamanı Şəxs onun geyim formasını çırmışdır. Məhkəmə iclasında müdafiəci X3 çıxıs edərək təqsirləndirilən şəxs Şəxs barəsində yüngül inzibati təmbehin verilməsini xahis etdi Məhkəmə iclasında təqdim edilən video görüntüdən görsənir ki Şəxs tibbi müayinədən kecməkdən imtina etməklə tabesizlik göstərir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: MN seriyalı ******* saylı, 29 avqust 2022-ci il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs 29.08 2022-ci il tarixdə saat 11:00-da Yevlax şəhər Fizuli küçəsində idarə etdiyi Vaz 2106 markalı ** DL *** dövlət qeydiyyat nömrəli avtomaşın saxlanılarkən polisin qanuni tələbinə tabe olmamışdır. Bununla da, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir; xx.xx.2022-ci il tarixli inzibati xəta törətmiş şəxsi tutma haqqında protokoldan görünür ki, Şəxs 29 avqust 2022-ci il tarixdə saat 11:30-da tutulmuşdur; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 9.1-ci maddəsinə əsasən İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görəfiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, barəsində inzibati icraat aparılan şəxsin və şahidlərin izahatı, eləcə də inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. Beləliklə məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, habelə inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən hal kimi inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığını (İXM 32.1.1) nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasının hədləri daxilində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinib 08 (səkkiz) gün müddətinə inzibati qaydada həbs edilsin. Həbsetmənin əvvəli 29 avqust 2022-ci il tarixdən saat 11:30-dan hesablansın. Qərarın icrası Yevlax rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Yevlax Rayon Məhkəməsinə və ya bilavasitə Şəki Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Ruslan Əlizadə
Məhkəmə qərarları › İş №3(039)-797/2022
Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-797/2022
29.08.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver