Məhkəmə qərarları › İş №3(039)-8/2021

Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-8/2021

19.01.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-8/2021 19.01.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, Yevlax rayon icra və probasiya şöbəsinin icra məmuru X2, Tələbkar Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs iştirakları ilə, xx.xx.1990-ci ildə Yevlax rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında yaşayan Şəxs barəsində Yevlax rayon icra və probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə açıq məhkəmə iclasında, Yevlax Rayon Məhkəməsinin inzibati binasında baxaraq, müəyyən e t d i: Məhkəməyə təqdim olunmuş protokolda qeyd olunur ki, Yevlax Rayon Məhkəməsinin 2(039)-1384/2020 №-li, xx xxxxxx 2020-ci il tarixli qətnaməsinə əsasən, xx xxxxxx 2014-cü il təvəllüdlü X3 və xx xxxxxx 2015-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün xx xxxx 2020-ci il tarixindən başlayaraq cavabdeh Şəxs hər ay hər uşaq üçün 120 manat olmaqla, cəmi 240 manat sabit pul məbləğində aliment tutularaq iddiaçı Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. İcra sənədinin icrası ilə əlaqədar olaraq icra məmuru Qorxmaz Əsgərov tərəfindən borclu Şəxs dəfələrlə yazılı və şifahi xəbərdarlıq edilməsinə baxmayaraq o, böyük icra məmurunun qanuni tələblərinə əməl etməmiş və məhkəmənin qətnaməsini üzürsüz səbəbdən icra etməmişdir. Bununla da Şəxs İbrahim oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş, məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi inzibati xətasını törətmişdir. Məhkəmə iclasında icra məmuru Qorxmaz Əsgərov bildirdi ki, Yevlax Rayon Məhkəməsinin 2(039)-1384/2020 №-li, xx xxxxxx 2020-ci il tarixli qətnaməsinə əsasən, xx xxxxxx 2014-cü il təvəllüdlü X3 və xx xxxxxx 2015-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün xx xxxx 2020-ci il tarixindən başlayaraq cavabdeh Şəxs hər ay hər uşaq üçün 120 manat olmaqla, cəmi 240 manat sabit pul məbləğində aliment tutularaq iddiaçı Zərərçəkmiş şəxs verilməlidir. İcra sənədinin icrası ilə əlaqədar borclu Şəxs rəsmi bildiriş və icraata başlamaq haqqında qərar göndərilməsinə baxmayaraq tələbkarın xeyrinə heç bir ödəniş etməmişdir. İcra sənədinin məcburi icrası ilə əlaqədar aparılmış icra tədbirləri nəticəsində borclu Şəxs yaşadığı yer müəyyən edilməmişdir. Bu səbəbdən də borclu Şəxs yerinin müəyyən edilməsi məqsədilə borclunun axtarılması haqqında axtarış qərarı qəbul edilərək icra edilməsi üçün Yevlax Rayon Polis Şöbəsinə göndərilmişdir. Borclu Şəxs yeri Yevlax Rayon Polis Şöbəsi tərəfindən müəyyən edilərək şöbəyə gətirilmişdir. Borclu Şəxs İbrahim oğlunun ödənilməmiş 1,000 manat borcunun ödənilməsi tələb edilmiş və o, xx xxxxxx 2020-ci il tarixdə şöbəyə verdiyi izahatında heç yerdə işləmədiyini bildirərək tələbkarın xeyrinə heç bir ödəniş etmədiyini bildirmişdir. Bununla da borclu Şəxs icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə və icra sənədini üzrsüz səbəbdən icra etmədiyinə görə onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati protokol tərtib edilmişdir. Protokol tərtib edilib məhkəməyə təqdim edildikdən sonra borclu tərəfindən 270 manat pul dənilmişdir. Hazırda onun borcu 720 manat təşkil edir. Ona görə də borclu Şəxs barəsində qanuni tədbir görülməsini xahiş etmişdir. Tələbkar Zərərçəkmiş şəxs məhkəmə iclasında izahat verərək icra sənədi üzrə yaranmış borcun borclu Şəxs tam olaraq alınıb ona verilməsinin təmin edilməsini, əks təqdirdə onun barəsində qanunvericiliklə nəzərdə tutulmuş tədbirlərin görülməsini xahiş etmişdir. Borclu Şəxs İbrahim oğlu məhkəmə iclasında izahat verərək bildirdi ki, icra sənədi üzrə bildirişi almış, hazırda icra sənədi üzrə tələbkar Zərərçəkmiş şəxs 720 manat məbləğində aliment borcu yaranmışdır. Fərdi işlə məşğuldur, aylıq qazancı 250 manat təşkil edir. Hazırda karantin tədbirləri ilə bağlı qazanc əldə edə bilmir. Yaranmış borcu bir dəfəyə ödəməyə maddi imkanı yoxdur. Lakin yaxın vaxtlarda borcu tam olaraq ödəyəcəkdir. İş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Onun həmin inzibati xətanı törətməsində təqsiri özünün etirafı və icra məmuru Qorxmaz Əsgərov tərəfindən tərtib edilmiş MN ******* №-li, xx xxxxxx 2020-ci il tarixli inzibati xəta haqqında protokolla və işin digər materialları ilə tam təsdiq edilmişdir. Məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. O, həmin inzibati xətanı törətməkdə təqsirlidir. Onun barəsində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Odur ki, məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati tənbeh tətbiq edərkən şəxsiyyətini, təqsirinin dərəcəsini və əmlak vəziyyətini nəzərə alıb ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs tənbehinin təyin edilməsini məqsədə müvafiq hesab edir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.2.1 və 130.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 08 (səkkiz) gün müddətinə inzibati həbs edilsin. Həbs etmənin əvvəli xx xxxxxx 2021-ci il tarixdən saat 12:00-dan hesablansın. Qərarın icrası Yevlax Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına şikayət və ya protest verilə bilər. Sədrlik edən: Toğrul Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar