Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-80/2020 06.02.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi, Quliyev Rəşad Şahsevər oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş Yevlax RPŞ-nin İTB-nin sahə rəisi, polis mayoru X5, Zərər çəkmiş şəxs X3, onun qanuni nümayəndəsi X1, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs iştirakı ilə Şəxs –xx.xx.1966-cı ildə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Yevlax şəhəri Zərdabi küçəsi ev 125-də yaşayan. Onun barəsində Yevlax Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Məhkəməyə təqdim olunmuş protokolda qeyd olunur ki, Şəxs xx xxxxxxx 2019-cu il tarixdə saat 11:05 radələrində yaşadıqları Yevlax şəhəri C.Kərimov küçəsi ev 26-da gəlini X4 döymüşdür. Məhkəmə iclasında Şəxs bildirmişdir ki, Aycan Kərimova onun gəlinidir. Eyni evdə yaşayırlar. xx xxxxxx 2019-cu il tarixdə saat 09:05 radələrində küçə ilə gedərkən Aycanın atası Cəsarət onu görüb təhqir edərək onu əlindəki ağacla vurmuşdur. O, Cəsarəti vurmamışdır. Səhəri Aycan onu yaşadıqları evdə təhqir etmiş, ona görə aralarında mübahisə düşçə də o, Aycanı döyməmişdir. Zərər çəkmiş şəxs X6 məhkəmə iclasında bildirmişdir ki, xx xxxxxxx 2019-cu il tarixdə saat 11:05 radələrində yaşadıqları evdə ailə münaqişə zəmnində aralarında baş vermiş mübahisə zamanı qaynanası Şəxs əliylə vuraraq ona xəsarət yetirmişdir. X13 ilə barışmamış və onun barəsində qanuni tədbir görülməsini xahiş etdi. Onun həmin inzibati xətanı törətməsində təqsiri, Yevlax Rayon Polis Şöbəsinin İstintaq Bölməsinin baş müstəntiqi, polis mayoru X7 cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx xxxxxx 2020-ci il tarixli qərarı, Yevlax Rayon Polis Şöbəsinin sahə rəisi, polis mayoru X8 tərəfindən tərtib edilmiş MN ******* №-li, xx xxxxxx 2020-ci il tarixli inzibati xəta haqqında protokolla və işin digər materialları ilə tam təsdiq edilmişdir. İşə əlavə edilmiş Məhkəmə-Tibb Ekspertizasının 731 №-li, xx xxxxxxx 2019-cu il tarixli ekspert rəyindən göstərilmişdir ki, X3 bədən səthində sol qaşaltı nahiyyəsinin qançırı, şişkinliyi, hər iki budun yuxarı 1/3-nin yan səthinin qançırı, sol kürəkaltı nahiyyənin qançırı xəsarəti vardır. Qeyd edilən xəsarətlər sağlamlığa zərər vurmadığı üçün dərəcəsi təyin edilməyən xəsarətlərə aid edilir. İşə əlavə edilmiş Məhkəmə-Tibb Ekspertizasının 732 №-li, xx xxxxxxx 2019-cu il tarixli ekspert rəyindən göstərilmişdir ki, X2 bədən səthində sağ gözaltı nahiyyənin qançırı, sağ çiyinüstü nahiyyənin sıyrığı, sağ burun dodq büküşünün sıyrığı xəsarəti vardır. Qeyd edilən xəsarətlər sağlamlığa zərər vurmadığı üçün dərəcəsi təyin edilməyən xəsarətlərə aid edilir. İşə əlavə edilmiş Məhkəmə-Tibb Ekspertizasının 744 №-li, xx xxxxxxx 2019-cu il tarixli ekspert rəyindən göstərilmişdir ki, Şəxs bədən səthində xəsarət aşkar edilməmişdir. Məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. O, həmin inzibati xətanı törətməkdə təqsirlidir. Onun barəsində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə iclası zamanı inzibati xəta törətmiş şəxs Şəxs himayəsində iki azyaşlı uşağının olması yüngülləşdirən hal kimi qiymətləndirilməlidir. Odur ki, məhkəmə inzibati tənbeh tədbiri görərkən Şəxs törətmiş olduğu inzibati xətanın ictimai təhlukəlilik dərəcəsini, şəxsiyyətini, təqsirinin dərəcəsini və əmlak vəziyyətini nəzərə alıb onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş aşağı həddə inzibati cərimə tənbehinin təyin edilməsini məqsədə müvafiq hesab edir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.2.1 və 130.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinib 300 (üç yüz) manat məbləğində cərimə edilsin. İnzibati xəta törətmiş şəxs Şəxs Yevlax şəhər Vəkil Bürosunun vəkil Məmmədov Fərhad Möhübbət oğluna göstərdiyi 2 (iki) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 12 (on iki) manat dövlət büdcəsindən tutularaq Yevlax Rayon Vəkil Bürosunun vəkili Məmmədov Fərhad Möhübbət oğluna ödənilsin. Qərardan rəsmi qaydada verildiyi gündən on gün müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına şikayət və ya protest verilə bilər. Hakim Toğrul Əliyev
Məhkəmə qərarları › İş №3(039)-80/2020
Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-80/2020
06.02.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver