Məhkəmə qərarları › İş №3(039)-800/2022

Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-800/2022

30.08.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-800/2022 30.08.2022 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Kamil Çingiz oğlunun sədrliyi Qasımov Nurlan Asif oğlunun katibliyi, Yevlax Rayon Polis X1 Bölməsinin polis sahə rəisi X3, Barəsinə inzibati icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1990-cı ildə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Yevlax rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Yevlax rayon Polis Şöbəsindən daxil olmuş MN seriyalı ******* saylı, 30 avqust 2022-ci il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs 29 avqust 2022-ci il tarixdə saat 23:50 radələrində Yevlax şəhəri H.Əliyev prospektində yerləşən “Çinar” kafesinin qarşısında polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Bununla da, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Yevlax Rayon Polis X1 Bölməsinin polis sahə rəisi X5 çıxış edərək bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə rayon polis şöbəsinin əməkdaşları Yevlax şəhəri H.Əliyev prospektində yerləşən “Çinar” kafesinin qarşısında xidmətdə olan zaman bir nəfər vətəndaşın səs-küy salaraq ünvansız söyüş söydüyünü görüb həmin vətəndaşa yaxınlaşmış və onu nizam intizama dəvət etmişlər. Həmin vətəndaş əsassız olaraq polis əməkdaşları ilə kobud şəkildə danışmağa başlamışdır. Polis əməkdaşları onu nizamintizama dəvət etsələr də, həmin vətəndaş öz hərəkətlərinə davam etdiyindən saxlanılaraq rayon polis şöbəsinə gətirilmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Şəxs özünü təqsirli bilərək vermiş olduğu izahatında bildirmişdir ki, 2016-cı il aprel döyüşlərində iştirak etmişdir və 2017-ci ildən sonra ordu sıralarından təxris olunmuşdur. Bundan başqa Tərtər işi üzrə zərərçəkmiş şəxsdir. Ordudan təxris olunduqdan sonra o, çox əsəbi olmuşdur. 29 avqust 2022-ci il tarixdə saat 23:50 radələrində Yevlax şəhəri H.Əliyev prospektində yerləşən “Çinar” kafesinin qarşısında tanıdığı şəxslə telefonda danışan zaman əsəbləşmiş və nəticədə səs-küy salaraq ünvansız söyüşlər söymüşdür. Bundan sonra polis əməkdaşları ona yaxınlaşaraq onu nizam-intizama dəvət etsələr də, o, polis əməkdaşları ilə kobud şəkildə danışmışdır. Bundan sonra o, polis tərəfindən rayon polis şöbəsinə gətirilmişdir. Hazırda əməlindən peşman olmasını bildirərək barəsində ədalətli qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Yevlax rayon polis şöbəsinin Postpatrul xidməti bölüyünün polis nəfəri, polis serjantı X2 izahatında bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə post yoldaşı X4 şəhəri H.Əliyev prospektində yerləşən “Çinar” kafesinin qarşısında xidmətdə olan zaman bir nəfər vətəndaşın səs-küy salaraq ünvansız söyüş söydüyünü görüb həmin vətəndaşa yaxınlaşaraq onu nizam intizama dəvət etmişlər. Həmin vətəndaş əsassız olaraq onlarla kobud şəkildə danışmağa başlamışdır. Onlar həmin vətəndaşı nizam-intizama dəvət etsələr də, həmin vətəndaş öz hərəkətlərinə davam etdiyindən vətəndaş saxlanılaraq rayon polis şöbəsinə gətirilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: MN seriyalı ******* saylı, 30 avqust 2022-ci il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs 29 avqust 2022-ci il tarixdə saat 23:50 radələrində Yevlax şəhəri H.Əliyev prospektində yerləşən “Çinar” kafesinin qarşısında polisin qanuni tələbinə qəsdən tabe olmamışdır.; xx.xx.2022-ci il tarixli inzibati xəta törətmiş şəxsi tutmaq haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2022-ci il tarixdə saat 00:50-də tutulmuşdur; 150 №-li, xx.xx.2022-ci il tarixli alkoqolun qəbulu və sərxoşluq vəziyyətini təyin edən tibbi müayinə protokoluna əsasən Şəxs alkoqol sərxoşluğu müəyyən edilməmişdir; Yevlax Rayon Məhkəməsinin 3(039)-490/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarından görünür ki, Azərbaycan Respubilkası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə təqsirli bilinib 400 (dörd yüz) manat məbləğində cərimə edilmişdir; Yevlax Rayon Məhkəməsinin 8(039)-167/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarından görünür ki, Yevlax Rayon Məhkəməsinin 3(039)-490/2020 saylı, 07 avqust 2020-ci il tarixli icra sənədinin icrası ilə əlaqədar Yevlax şəhəri Bakıxanov küçəsi ev 119da qeydiyyatda olan və Yevlax şəhəri Pişəvəri küçəsi ev 3, 8-də yaşayan Şəxs Yevlax RİPŞ-nə məcburi qaydada gətirilməsi qərara alınmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 9.1-ci maddəsinə əsasən İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görəfiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, şahidin izahatı, eləcə də inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. Beləliklə məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, habelə inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini səciyələndirən hallar (Yevlax Rayon Məhkəməsinin 3(039)- 490/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarından görünür ki, Azərbaycan Respubilkası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə təqsirli bilinib 400 (dörd yüz) manat məbləğində cərimə edilməsi, həmin cəriməni ödəmədiyi üçün Yevlax Rayon Məhkəməsinin 8(039)-167/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı ilə Şəxs Yevlax RİPŞnə məcburi qaydada gətirilməsi barədə qərarın olması və həmin qərarın icra edilməməsi), məsuliyyəti yüngülləşdirən hal kimi inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığını (İXM 32.1.1), nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasının hədləri daxilində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respubilkası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinib 08 (səkkiz) gün müddətinə inzibati qaydada həbs edilsin. Həbsetmənin əvvəli 30 avqust 2022-ci il tarixdən saat 00:50-dən hesablansın. Qərarın icrası Yevlax Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Kamil Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar