Məhkəmə qərarları › İş №3(039)-801/2022

Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-801/2022

31.08.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-801/2022 31.08.2022 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Rzayev Arzu Ağazeynal oğlunun katibliyi, Yevlax Rayon Polis X4 Bölməsinin polis sahə rəisi, polis leytenantı X10, zərərçəkmiş şəxs X11 nümayəndəsi Abbasquliyev Feruz, və X7 barəsində inzibati icraat aparılan şəxs Şəxs Volodya oğlunun iştirakları ilə, xx.xx.1979-cü il tarixdə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Volodya oğlunun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair inzibati xəta haqqında materiallara açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs Volodya oğlunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı Yevlax Rayon Polis Şöbəsində tərtib olunmuş iş materialları 31 avqust 2022-ci il tarixdə baxılması üçün Yevlax Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs Volodya oğlu xx.xx.2022-ci il tarixdə saat Yevlax şəhəri Nəsimi küçəsi ev 8-də yaşayan X12 məxsus samovar, xx.xx.2022-ci ildə X5 məxsus 1 ədəd velosiped oğurlamışdır. Bununla da Şəxs Volodya oğlumışdır.Bununlada o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş, xırda talama, yəni oğurlama inzibati xətasını törətmişdir. Barəsində inzibati icraat aparılan Şəxs Volodya oğlunun törətdiyi inzibati xəta ilə bağlı ayrıayrı inzibati material xx.xx.2022-ci il tarixdə məhkəmənin icraatına daxil olduğundan, qeyd olunan materialların tam, ətraflı, obyektiv və vaxtında araşdırılmaqla ədalətli həll olunmasını təmin etmək məqsədi ilə məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsini rəhbər tutaraq, inzibati işlərin bir icraatda birləşdirilərək baxılmasını mümkün hesab etmişdir Məhkəmə iclasında Yevlax Rayon Polis Şöbəsinin polis sahə rəisi X15 çıxış edərək bildirmişdir ki, Şəxs Volodya oğlu xx.xx.2022-ci il tarixdə saat Yevlax şəhəri Nəsimi küçəsi ev 8-də yaşayan X12 məxsus samovar, xx.xx.2022-ci ildə X5 məxsus 1 ədəd velosiped oğurlamışdır. Bununla da Şəxs Volodya oğlumışdır.X11, və X2 ərizəsi əsasında Yevlax Rayon Polis X6 araşdırma aparılmış və cinayət tərkibi olmadığından material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs- X12 məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında istirak etməmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs- X1 Cami Volodya oğlu tərəfindən vurulmuş ziyanın ödənilmədiyini bildirərək barəsində qanuna müvafiq qərarın qəbul edilməsini xahiş etmişdir Barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs Volodya oğlu məhkəmə iclasında özünü tam təqsirli bilib vermiş olduğu izahatında göstərmişdir ki, səxsi ehtiyaci üçün oğurladıqını bildirmişdir. Hazırda əməlindən səmimi peşman olmasını və zərərin tezliklə ödəyəcəyini bildirərək barəsində qanuna müvafiq qərarın qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: 19 avqust 2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, X11, və X3 ərizəsi əsasında torplanmış materialda cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmişdir və qərarın surəti Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati icraat başlanması üçün Yevlax Rayon Polis X4 Bölməsinə göndərilmişdir; 31 avqust 2022-ci il tarixli inzibati xəta törətmiş şəxsi tutma haqqında protokoldan görünür ki, Şəxs Volodya oğlu 30 avqust 2022-ci il tarixdə saat 19:40-da tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 39.2-ci maddəsinə əsasən bu Məcəllənin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərər çəkmiş şəxslə barışdıqda inzibati iş üzrə icraata xitam verilir. 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə - yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin və protokol tərtib etmiş şəxsin izahatları, habelə inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, zərərçəkmiş şəxsə vurmuş olduğu maddi ziyanın dəyəri 95 manat olmuş, bununla da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Beləliklə məhkəmə törədilmiş inzibati xətaların xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alaraq iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs inzibati xətanın törədilməsində təqsirli bilinməli və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respubilkası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirli bilinib 1 ay (bir ay) gün müddətinə inzibati qaydada həbs edilsin. Həbsetmənin əvvəli 30 avqust 2022-ci il tarixdən saat 19:40-dan hesablansın. Şəxs tərəfindən X12 vurulmuş ziyana görə 40 (qırx) manat və X5 vurulmuş ziyana görə 55( əlli beş) manat məbləğində pul ödənilsin. Qərarın icrası Yevlax rayon Polis Şöbəsinə və Yevlax rayon icra və probasiya şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Yevlax Rayon Məhkəməsinə və ya bilavasitə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Ruslan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar