Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-803/2022 02.09.2022 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Rzayev Arzu Ağazeynal oğlunun katibliyi, Yevlax rayon X4 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi, polis baş leytenantı X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Yevlax rayon polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ Məhkəməyə təqdim olunmuş protokolda qeyd olunur ki, Şəxs xx.xx.2022-ci il tarixdə saat 08:45 radələrində Yevlax şəhəri F.X.Xoyski küçəsində polisin qanuni tələblərinə qəsdən tabe olmamışdır. Məhkəmə iclasında Yevlax rayon X4 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi X2 bildirdi ki, Yevlax şəhəri F.X.Xoyski küçəsi 16 nömrəli evdə yaşayan Şəxs 01 sentyabr 2022-ci il tarixdə DİN-nin 102 qaynar xəttinə zəng etməsi və xidmətin operatorunu təhqir etməsi barədə icraatına daxil olmuş material ilə əlaqədar 02 sentyabr 2022-ci il tarixdə Əziz Namazovun ünvanına getmişdir. O, həmin ünvanda Şəxs çölə dəvət edən zaman heç bir əsaslı səbəb olmadan vətəndaş səs-küy salmışdır. O, vətəndaşı nizam-intizama dəvət etsə də o, polisin qanuni tələbinə qəsdən tabe olmadığına görə tərəfindən Yevlax Rayon Polis Şöbəsinə gətirilmişdir. Məhkəmə iclasında Şəxs özünü təqsirli bilməyərək izahat verərək bildirdi ki, o, ailəsi ilə birlikdə Yevlax şəhəri F.X.Xoyski küçəsi ev 16-da yaşayır. Bildirir ki, heyvan bazarından heyvan almış və bir müddətdən sonra heyvan tələf olmuşdur. 102 xidməti zəng mərkəzinə dəfələrlə zəng edib və bu haqda polis şöbəsində araşdırılma aparılmasını xahiş etmişdir. Sonuncu dəfə xx.xx.2022-ci il tarixdə 102 xidməti zəng mərkəzinə zəng edib təkrarən şikayətini bildirmişdir. Bundan sonra polis əməkdaşı onun yaşadığı ünvana gələrək ona rayon polis şöbəsinə getməyə təklif etmişdir. O, etiraz etmədən polis əməkdaşı ilə birlikdə rayon polis şöbəsinə getmiş və bu zaman heç bir səs-küy salmamışdır. Məhkəmə Yevlax rayon X4 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatlarını dinləyib, işdə olan sənədlərə baxaraq belə hesab edir ki, inzibati xəta haqqında işə xitam verilməlidir. Məhkəmə araşdırması zamanı Yevlax rayon X4 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs polisin qanuni tələblərinə qəsdən tabe olmamasını təsdiq edən mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin tələbinə görə ictimai qaydanı mühafizə vəzifələrini icra edən polis işçilərinin qanuni tələblərinə qəsdən tabe olmama inzibati məsuliyyət yaradır. Məhkəmə iclası zamanı müəyyən edildi ki, Şəxs hərəkətlərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin dispozisiyasında nəzərdə tutulmuş inzibati xəta tərkibi yoxdur. Şəxs 102 xidmətinə dəfələrlə zəng vurması onun polisin qanuni tələbinə tabe olmaması kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.2 və 105.1-ci maddələrinin tələblərinə görə inzibati xəta tərkibi olmadıqda icraatında inzibati xəta haqqında iş olan hakim inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.2, 105.1 və 128.2.1 -ci maddələrinin tələbini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında işə xitam verilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən on gün müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına şikayət və ya protest verilə bilər. Sədrlik edən Ruslan Əlizadə
Məhkəmə qərarları › İş №3(039)-803/2022
Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-803/2022
02.09.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver