Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-810/2019 30.10.2019 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi, Məhkəmə iclasının katibi x1, İnzibati xəta haqqında protokol tərtib etmiş Yevlax RPŞ-nin İTB-nin sahə rəisi, polis mayoru x2 Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qızının iştirakı ilə, Şəxs-xx xxxxxx 1960-cı ildə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, işləməyən, Yevlax şəhəri C.Kərimov küçəsi ev 101-də yaşayan. Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Yevlax Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Məhkəyə təqdim olunmuş protokolda qeyd olunur ki, Şəxs 08 oktyabr 2019-cu il tarixdə şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı qonşusu Zərərçəkmiş şəxs2 və onun həyat yoldaşı Zərərçəkmiş şəxs1 döyməklə onların sağlamlığına zərər vurmayan bədən xəsarətləri yetirmişdir. Bununla da Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcələsinin 157-ci maddəsində nəzərdə tutulmuş, döymə və ya sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirmə inzibati xətasını törətmişdir. İş üzrə keçirilən məhkəmə iclasında inzibati xəta törətmiş şəxs Şəxs izahat verərək bildirdi ki, 08 oktyabr 2019-cu il tarixdə saat 16 radələrində qızı Gülnarə barəsində yalan məlumat yaydığına görə ailəsində olan söz-zohbətə son qoymaq üçün qonşusu Zərərçəkmiş şəxs2 həyətinə getmiş, həmin vaxt Zərərçəkmiş şəxs2, onun həyat yoldaşı Zərərçəkmiş şəxs1 ilə aralarında münaqişə baş vermiş, Zərərçəkmiş şəxs1 onu itələyib yıxdığına görə əli Zərərçəkmiş şəxs1 boğazına dəymiş, lakin onu vurmamışdır. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 məhkəmə iclasında izahat verərək bildirdi ki, 08 oktyabr 2019-cu il tarixdə saat 16 radələrində yaşadığı ünvan 1 ünvanında həyat yoldaşı Zərərçəkmiş şəxs1 evdən olan zaman qonşusu Gülnaz Abdullayeva və onun qızı Gülnar onun həyətinə gələrək onu və həyat yoldaşını söyüb təhqir etməyə başlamış, həmin vaxt Gülnaz Abdullayeva onun üzərinə hücum edib boğazından sıxarraq ona xəsarət yetirdiyinə görə DİN-nin 102 xidmətinə zəng vurub şikayət etmişdir. Hazırda Şəxs ilə barışmamış və onun barəsində tədbir görülməsini xahiş etdi. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 məhkəmə iclasında izahat verərək, Zərərçəkmiş şəxs2 məhkəmə iclasında verdiyi izahatı təsdiq edərək oxşar məzmunlu izahat verdi. Hazırda Şəxs ilə barışmamış və onun barəsində tədbir görülməsini xahiş etdi. İşə əlavə edilmiş Yevlax Rayon Polis Şöbəsinin Təhqiqat Bölməsinin baş təhqiqatçısı, polis leytenantı x3 cinayət işinin başlanmasının rədd edilməsi haqqında 16 oktyabr 2019-cu il tarixli qərarından görünür ki, toplanmış material üzrə Şəxs barəsində cinayət işinin başlanması əməlində cinayət tərkibi olmadığından rədd edilmiş, Şəxs barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılması qərara alınmışdır. İnzibati xəta haqqında protokola əlavə edilmiş Yevlax RPŞ-nin TB-nin 16 oktyabr 2019cu il tarixli «cinayət işinin başlanmasının rədd edilməsi haqqında» qərardan görünür ki, MTE və PA Birliyinin Yevlax rayon Şöbəsinin 08 oktybr 2019-cu tarixli, 723 saylı rəy ilə Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 bədən səthində dərəcəsi təyin edilməyən xəsarətlər müəyyən edilmişdir. Onun həmin inzibati xətanı törətməsində təqsiri, Yevlax Rayon Polis Şöbəsinin Təhqiqat Bölməsinin təhqiqatçısı, polis baş leytenantı x3 cinayət işinin başlanmasının rədd edilməsi haqqında 16 oktyabr 2019-cu il tarixli qərarı, Yevlax Rayon Polis Şöbəsinin sahə rəisi, polis mayoru x4 tərəfindən tərtib edilmiş MN ******* saylı, 30 oktyabr 2019-cu il tarixli inzibati xəta haqqında protokolla və işin digər materialları ilə tam təsdiq edilmişdir. Məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. O, həmin inzibati xətanı törətməkdə təqsirlidir. Onun barəsində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə iclası zamanı inzibati xəta törətmiş şəxs Şəxs əməlində məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Odur ki, məhkəmə inzibati tənbeh tədbiri görərkən Şəxs törətmiş olduğu inzibati xətanın ictimai təhlukəlilik dərəcəsini, şəxsiyyətini, təqsirinin dərəcəsini və əmlak vəziyyətini nəzərə alıb onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş aşağı həddə inzibati cərimə tənbehinin təyin edilməsini məqsədə müvafiq hesab edir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.2.1 və 130.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinib 300 (üç yüz) manat məbləğində cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən on gün müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına şikayət və ya protest verilə bilər. Sədrlik edən Toğrul Əliyev
Məhkəmə qərarları › İş №3(039)-810/2019
Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-810/2019
30.10.2019 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver