Məhkəmə qərarları › İş №3(039)-810/2022

Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-810/2022

06.09.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-810/2022 06.09.2022 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi, Rzayev Arzu Ağazeynal oğlunun katibliyi, Yevlax rayon X7 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi, polis kapitanı X3, X1, barəsində inzibati icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1962-cu il tarixdə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Yevlax rayon Qoyunbinəsi kəndində qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Yevlax Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Yevlax Rayon Polis Şöbəsindən daxil olmuş MN seriyalı ******* nömrəli 06 sentyabr 2022-ci il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx.xx.2022-ci il tarixdə Yevlax rayon Qoyunbinəsi kəndində öz yaşadığı evin qarşısında, küçədə qonçusu X4 və ailə üzvlərini ucadan nalayiq söyüşlərlə söyüb təhqir etmişdir. Bununla o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Yevlax rayon X7 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi X6 məhkəmə iclasında çıxış edərək bildirmişdir ki, Şəxs xx.xx.2022-ci il tarixdə Yevlax rayon Qoyunbinəsi kəndində öz yaşadığı evin qarşısında, küçədə qonşusu X4 və ailə üzvlərini ucadan nalayiq söyüşlərlə söyüb təhqir etmişdir. Bununla o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Şəxs vermiş olduğu izahatında göstərmişdir ki,qonşusu Kənan bunun gəlini ilə münasibəti olduğu üçün ailəsi dağilib.Gəlininə üç uşaqa görə evində sığınacaq verib.Utancından usaqların üzünə baxa bilmir.Oğlu yenidən ailə həyatı qurub.Oğlunun ailəsinin dağılmasında qonşusu Kənan Zeynalovu günahkar bilir. Məhkəmə iclasında şahid X5 inzibati xəta haqqında protokola öz münasibətini bildirərək qeyd etmişdir ki,özü müharibə iştirakçısıdır. xx.xx.2022-ci il tarixdə qonşusu Şəxs onu və ailə üzvlərini yaşadığı evin həyətində və küçədə nəlayiq küçə söyüşləri ilə söyərək təhqir etmişdir.Onun evini daşlayaraq narahat etmişdir.Bundan başqa mütəmadi olaraq onu və ailəsini nalayiq söyüşlərlə söyüb təhqir edir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: MN seriyalı ******* nömrəli 06.09. 2022-ci il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx.xx.2022-ci il tarixdə Yevlax rayon Qoyunbinəsi kəndində öz yaşadığı evin qarşısında, küçədə qonşusu X4 və ailə üzvlərini ucadan nalayiq söyüşlərlə söyüb təhqir etmişdir. cinayət işinin başlanmasının rədd edilməsi barədə 12 avqust may 2022-ci il tarixli qərardan görünür ki, toplanmış material üzrə cinayət tərkibi olmaması müəyyən edildiyindən cinayət işinin başlanmasının rədd edilməsi və Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın surətinin Yevlax rayon Polis Şöbəsinə göndərilməsi qərara alınmışdır Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin; 9.1-ci maddəsinə əsasən İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi protokolu tərtib etmiş şəxsin, şahidin ifadəsi, məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, eləcə də inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, habelə inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin sanksiyasının hədləri daxilində cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 50 (əlli) manat məbləğində cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Yevlax Rayon Məhkəməsinə və ya bilavasitə Şəki Apelyasiya Məhkəməsinə şikayət verilə bilər.. Hakim Ruslan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar