Məhkəmə qərarları › İş №3(039)-812/2020

Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-812/2020

31.10.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-812/2020 31.10.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, Yevlax Rayon Polis Şöbəsinin İctimai Təhlükəsizlik Bölməsinin polis sahə rəisi, polis mayoru X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1991-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, Sumqayıt şəhəri MİK-13, ev 37, mənzil 27-də yaşayan. Şəxs barəsində Yevlax Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Məhkəməyə təqdim olunmuş protokolda qeyd olunur ki, Şəxs xx xxxxxxx 2020-ci il tarixdə saat 09:50 radələrində Yevlax-Bərdə yolunun 2 km-də “Xəzzət” kafesinin qarşısında yerləşən stasionar postda ictimai qayda pozuntusu törətmiş və onu nizam intizama dəvət edən olis əməkdaşlarının qanuni tələblərinə qəsədn tabe olmamışdır. Bununla da Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş, xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər törətmiş və ictimai qaydanı mühafizə vəzifələrini icra edən polis işçisinin qanuni tələblərinə qəsdən tabe olmamaqla inzibati xətanı törətmişdir. Məhkəmə iclasında polis sahə rəisi, polis mayoru Coşqun Bəkirov bildirmişdir ki, xx xxxxxxx 2020-ci il tarixdə ölkə ərazisində hərbi vəziyyətlə əlaqədar Yevlax-Bərdə yolunun 2-ci km-də “Xəzzət” kafesinin qarşısında Göyçay Rayon Polis Şöbəsinin PPXB-nin polis serjantı, polis nəfəri Sirac İslamov və polis nəfəri, polis siravisi Murad Cəfərov birlikdə xidmətdə olarkən tanımadıqları 3 nəfər şəxs onlara yaxınlaşmış və Bərdə rayonuna getmək istədiklərini bildirmişlər. Polis həmin şəxslərdən yaşayış və qeydiyyat ünvanlarını soruşduqda Sumqayıt şəhər sakinləri olduqlarını bildirmişlər. Bundan sonra polis əməkdaşları onlara izah etmişdir ki, hərbi vəziyyətlə əlaqədar Bərdə rayonunda qeydiyyatda olmadıqlarına görə onları rayona buraxa bilməzlər. Elə həmin an həmin şəxslərdən biri adı sonradan məlum olan Şəxs ucadan səs-küy salaraq ictimai qayda pozuntusu törətmişdir. Həmçinin özünə məxsus mobil telefonu cibindən çıxararaq hərbi vəziyyət üçün yaradılmış postda çməkiliş aparmağa başlamış, çəkilişi dayandırmasını və səs-küy vsalmamasını bildirsələrdə o, əl-qol hərəkətləri ilə polisin tələblərinə tabe olmamışdır. Həmin şəxs polis əməkdaşları tərəfindən Yevlax rayon Polis Şöbəsinə gətirilmişdir. Polis Şöbəsində məlum olmuşdur ki, həmin şəxs Sumqayıt şəhər sakini Şəxsdur. Bundan sonra Göyçay Rayon Polis Şöbəsinin PPXB-nin polis serjantı, polis nəfəri X9 Rayon Polis Şöbəsinin rəhbərliyinə raportla müraciət etmişdir. Raporta əsasən tərəfindən araşdırma aparılmış, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 517-2.1 və 535.1-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirdirmişdir ki, xx xxxxxxx 2020-ci il tarixdə səhər saatlarında yaşadığı Sumqayıt şəhərindən Bərdə rayonunda yaşayan dayısıgilin ailəsini aparmaq məqsədilə Bərdə şəhərinə gedən zaman şəhərinin girişində polis əməkdaşları onları saxlamış, yaşayış və qeydiyyat ünvanını soruşmuşdur. Sumqayıt şəhər sakini olduqlarını dedikdə onları şəhərə buraxa bilmədiklərini bildirdilər. Bundan sonra o əsəbləşərək səs-küy salmış və mobil telefonunu çıxarıb çəkiliş etmək məqsədi olmadan tanışlarına zəng etmək istəyərkən polis əməkdaşları onu nizam-intizama dəvət edərək telefonu söndürməsini bildirsələrdə də, o, onların tələblərinə qəsdən tabe olmamışdır. Daha sonra polis əməkdaşları onu saxlayaraq Yevlax Rayon Polis Şöbəsinə gətirmişlər. Hazırda səhvini başa düşür, əməlindən peşmandır. Məhkəmə iclasında Göyçay Rayon Polis Şöbəsinin PPXB-nin polis serjantı, polis nəfəri X5 şahid qismində dindirilərkən ifadəsində bildirdi ki, xx xxxxxxx 2020-ci il tarixdə ölkə ərazisində hərbi vəziyyətlə əlaqədar Yevlax-Bərdə yolunun 2-ci km-də “Xəzzət” kafesinin qarşsında Göyçay Rayon Polis Şöbəsinin polis nəfəri, polis siravisi Murad Cəfərov ilə birlikdə xidmətdə olarkən tanımadıqları 3 nəfər şəxs onlara yaxınlaşmış və Bərdə rayonuna getmək istədiklərini bildirmişlər. Onlar həmin şəxslərdən yaşayış və qeydiyyat ünvanlarını soruşduqda Sumqayıt şəhər sakinləri olduqlarını bildirmişlər. Bundan sonra onlara izah etmişlər ki, hərbi vəziyyətlə əlaqədar Bərdə rayonunda qeydiyyatda olmadıqlarına görə onları rayona buraxa bilməzlər. Elə həmin an həmin şəxslərdən biri adı sonradan məlum olan Şəxs ucadan səs-küy salaraq ictimai qayda pozuntusu törətmişdir. Həmçinin özünə məxsus mobil telefonu cibindən çıxararaq hərbi vəziyyət üçün yaradılmış postda çəkiliş aparmağa başlamış, çəkilişi dayandırmasını və səs-küy salmamasını bildirsələrdə o, əl-qol hərəkətləri ilə onlara tabe olmamışdır. Həmin şəxs onlar tərəfindən Yevlax rayon Polis Şöbəsinə gətirilmişdir. Bundan sonra o, Yevlax Rayon Polis Şöbəsinin rəhbərliyinə raportla müraciət etmişdir. Göyçay Rayon Polis Şöbəsinin PPXB-nin polis nəfəri, polis siravisi X3 məhkəmə iclasında şahid Sirac İslamovun verdiyi ifadəni təsdiq edərək eyni məzmunlu ifadə verdi. İşdə olan xx xxxxxxx 2020-ci il tarixli inzibati qaydada tutma protokolundan görünür ki, Şəxs inzibati xətanı törətdiyinə görə xx xxxxxxx 2020-ci il tarixdə saat 09:50-dən inzibati qaydada tutulmuşdur. Hərbi vəziyyət elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən 2020-ci il 28 sentyabr saat 00:00-dan Azərbaycan Respublikasının bütün ərazisində hərbi vəziyyət elan edilmiş, Hərbi vəziyyətin təmin edilməsi məqsədi ilə “Hərbi vəziyyət haqqında” Azərbaycan Respublikası Qanununda nəzərdə tutulmuş tədbirlər həyata keçirilmiş, Bakı, Gəncə, Sumqayıt, Yevlax, Mingəçevir, Naftalan şəhərlərində, Abşeron, Cəbrayıl, Füzuli, Ağcabədi, Beyləqan, Ağdam, Bərdə, Tərtər, Goranboy, Göygöl, Daşkəsən, Gədəbəy, Tovuz, Şəmkir, Qazax və Ağstafa rayonlarında hərbi vəziyyət dövründə saat 21:00-dan saat 06:00-dək komendant saatı tətbiq edilmiş, Komendant saatının tətbiq edildiyi ərazilərdə: şəxslərin xüsusi icazə və şəxsiyyəti təsdiq edən sənədləri olmadan küçələrdə və digər ictimai yerlərdə olmaları qadağan edilsin; xüsusi giriş-çıxış rejimi tətbiq edilsin, nəqliyyat vasitələrinin hərəkətinin məhdudlaşdırılması üçün tədbirlər görülmüşdür. Beləliklə,Şəxs istinad edilən inzibati xətanı törətməsi təqsiri özünün qismən etirafı, şahid ifadələri, Yevlax Rayon Polis Şöbəsinin İctimai Təhlükəsizlik Bölməsinin polis sahə rəisi, polis mayoru X4 tərəfindən tərtib edilmiş MN ******* №-li, xx xxxxxxx 2020-ci il tarixli inzibati xəta haqqında protokolla və işin digər materialları ilə tam təsdiq edilmişdir. İnzibati Xətalar Məcəlləsi: Maddə 34.3. Şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Maddə 510.Xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Maddə 535.1. Polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. O, həmin xətaları törətməkdə təqsirlidir, onun barəsində daha ciddi inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə Şəxs şəxsiyyətini, törətdiyi inzibati xətanın ictimai təhlükəlilik dərəcəsini və əmlak vəziyyətini nəzərə alıb onun barəsində daha ciddi sanksiya nəzərdə tutan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs tənbehinin tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.2.1 və 130.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinib 08 (səkkiz) gün müddətinə inzibati həbs edilsin. İnzibati həbs etmənin əvvəli Şəxs tutulduğu vaxtdan, yəni xx xxxxxxx 2020-ci il tarixdən saat 09:50-dən hesab edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına şikayət və ya protest verilə bilər. Hakim Toğrul Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar