Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-82/2023 13.02.2023 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Kamil Çingiz oğlunun sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, Yevlax rayon icra və probasiya şöbəsinin icra məmuru X4, tələbkar X3, barəsində inzibati icraat aparılan şəxs Şəxs, onun müdafiəçisi-Yevlax şəhər Vəkil Bürosunun vəkili X5 iştirakı ilə, xx.xx.1979-cu ildə Yevlax rayonu Havarlı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Yevlax rayonu Havarlı kəndində qeydiyyatda olmaqla həmin ünavda yaşayan. Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Yevlax rayon icra və probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Yevlax rayon icra və probasiya şöbəsindən daxil olmuş 24 yanvar 2023-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Yevlax Rayon Məhkəməsi tərəfindən verilmiş 2(039)-1888/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədi üzrə qalıq 15980 manat borcunu ödəməkdən yayınmışdır. Yevlax rayon icra və probasiya şöbəsinin icra məmuru X10 məhkəmə iclasında tərtib etdiyi inzibati xəta haqqında protokolun dəlillərinə uyğun izahat vermiş və əlavə olaraq qeyd etmişdir ki, borclu Şəxs icra sənədinin icrası ilə əlaqədar müvafiq qərar və bildiriş göndərilməsinə baxmayaraq icra sənədini icra etməmişdir. İcra sənədinin icrası ilə bağlı borclunun izahatı alınmış və o, izahatında icra sənədi üzrə hazırkı tarixədək yaranmış borcunu ödəyə bilməyəcəyini bildirmişdir. Görülmüş icra tədbirləri nəticə vermədiyindən borclu Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuş və baxılması üçün Yevlax Rayon Məhkəməsinə göndərilmişdir. Göstərilənləri nəzərə alıb borclunun barəsində qanunamüvafiq qərarın qəbul edilməsini xahiş etmişdir. xx.xx.2023-cü il tarixdə keçirilən məhkəmə iclasında borclu Şəxs maddi imkansızlığı səbəbindən öhdəliklərini icra edə bilməsə də, tələbkara olan borcunun bir hissəsini ödəməsi üçün məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Məhkəmə iclası borclunun vəsatəti əsasında xx.xx.2023-cü il tarixə təxirə salınmasına, məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə şəxsən məhkəmə bildirişinin təqdim edilməsinə baxmayaraq borclu xx.xx.2023-cü il tarixdə keçirilən məhkəmə iclasına gəlməmişdir. Bundan sonra məhkəmə iclası xx.xx.2023-cü il tarixə təxirə salınmış və borclunun məhkəmə iclasına məcburi gətirilməsi qərara alınmışdır. xx.xx.2023-cü il tarixdə keçirilən məhkəmə iclasında borclu məhkəməyə qəbz təqdim edərək tələbkarın hesabına 300 manat ödəniş etdiyini və qalıq borcunu hissə-hissə ödəyəcəyini bildirərək barəsində qanunamüvafiq qərarın qəbul edilməsini xahiş etmişdir. X1 vərəsəsi X8 (icra məmurunun xx.xx.2022-ci il tarixli qərarı ilə iş üzrə tələbkar kimi tanınmışdır) məhkəmə iclasında çıxış edərək qeyd etmişdir ki, bu ötən müddət ərzində borcluya kifayət qədər vaxt verilməsinə baxmayaraq mövcud borcundan çox az miqdarda ödəniş etmişdir. Borclunun kifayət qədər maddi imkanının olduğunu, onun qəsdən borcunu ödəmədiyini bildirərək Xəyalə Mahmudovanın inzibati qaydada həbs edilməsini xahiş etmişdir. Məhkəmə iclasında müdafiəçi X11 çıxışında hüquqlarını müdafiə etdiyi şəxsin mövcud borcundan ödəniş etməsini nəzərə alınmsaını və barəsində qanunamüvafiq qərar qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 24 yanvar 2023-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Yevlax Rayon Məhkəməsi tərəfindən verilmiş 2(039)-1888/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədi üzrə 15980 manat borcunu ödəməkdən yayınmışdır; Yevlax Rayon Məhkəməsi tərəfindən verilmiş 2(039)-1888/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən cavabdeh Şəxs 16400 (on altı min dörd yüz) manat məbləğində pul və iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat iddiaçı X2 xeyrinə tutulmalıdır; Qanun üzrə vərəsəlik hüququ haqqında xx.xx.2022-ci il tarixli şəhadətnamədən görünür ki, X8 mərhum X2 vərəsəsidir; İcra məmurunun xx.xx.2022-ci il tarixli qərarı ilə 2(039)-1888/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədi üzrə tələbkar X6 öldüyü üçün iş üzrə onun vərəsəsi X8 tələbkar kimi tanınmışdır; Yevlax Rayon Məhkəməsinin 2(039)-701/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı ilə Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 500 (beş yüz) manat məbləğində cərimə edilmişdir; Yevlax Rayon Məhkəməsinin 2(039)-983/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata barəsində inzibati icraat aparılan şəxsin əməlində inzibati xəta tərkibi olmadığından xitam verilmişdir (o, həmin ərəfədə borcundan 200 manat ödəmişdir); 13 fevral 2023-cü il tarixli qəbzdən görünür ki, Şəxs X3 hesabına 300 manat ödəmişdir; Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Həmin məcəllənin 528.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir ayadək inzibati həbs tətbiq olunur. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokolla, icra məmurunun, tələbkarın və borclunun izahatları və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, borclu Şəxs məhkəmə qətnaməsi ilə üzərinə qoyulmuş öhdəliyini üzrsüz səbəbdən yerinə yetirməyərək, qanunla müəyyən olunmuş müddətdə Yevlax Rayon Məhkəməsi tərəfindən verilmiş 2(039)-1888/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədinin icrasını təmin etməmiş, borcun ödənilməsinə laqeydlik göstərmiş və icra vərəqəsinin icrasına səhlənkar yanaşmışdır. Belə ki, məhkəmə aktını icra etmək üçün Şəxs kifayət qədər vaxta malik olmasına baxmayaraq bunu etməmişdir. Bu isə öz növbəsində keçən müddət ərzində icrası məcburi olan Azərbaycan Respublikası adından qəbul edilmiş məhkəmə aktına vətəndaşın səthi və etinasız yanaşmasına dəlalət edir. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Şəxs inzibati məsuliyyətə cəlb olunması üçün icra məmuru tərəfindən məhkəməyə müraciət olunduqdan sonra borclunun sözügedən borcundan qismən ödənişlər etməsini (xx.xx.2022-ci il tarixdə 200 manat, hazırki işə baxılarkən isə 300 manat) məhkəmə Şəxs inzibati məsuliyyətdən yayınması cəhdi kimi qiymətləndirir. Yuxarıda sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, borclunun icra sənədinin üzrsüz səbəbdən icra etməməsi öz təsdiqini tapdığından, bu isə öz növbəsində inzibati məsuliyyətə səbəb olduğundan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinməli, törədilmiş inzibati xətanın xarakteri, hazırkı iş üzrə sonuncunun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, Şəxs barəsində göstərilən maddənin sanksiyasının daxilində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Göstərilənlərə əasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115, 128.2.1 və 130.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respubilkası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 1000 (bir min) manat məbləğində cərimə edilsin. İnzibati xətanı törətmiş şəxs Şəxs Yevlax şəhər Vəkil Bürosunun vəkili X5 göstərdiyi 2 (iki) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 12 (on iki) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkil Bürosunun vəkili X7 ödənilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Yevlax Rayon Məhkəməsinə və ya bilavasitə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Kamil Əliyev
Məhkəmə qərarları › İş №3(039)-82/2023
Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-82/2023
13.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver