Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-820/2021 20.10.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Cavadova Günay İsmayıl qızının sədrliyi Qasımov Nurlan Asif oğlunun katibliyi, Yevlax rayon X8 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi, polis leytenantı X1, barəsində inzibati icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1969-cu ildə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Yevlax rayon Polis Şöbəsindən daxil olmuş MN seriyalı ******* saylı, 19 oktyabr 2021-ci il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs 19.10.2021-ci il tarixdə saat 19:00-da Yevlax rayonunun ərazisində yerləşən N saylı hərbi hissənin yaxınlığında polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Bununla da, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Yevlax rayon X8 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi, polis kapitanı X2 çıxış edərək bildirmişdir ki, 19.10.2021-ci il tarixdə Yevlax rayon polis şöbəsinin əməkdaşları Yevlax rayonunun ərazisində yerləşən N saylı hərbi hissənin yaxınlığında xidmətdə olan zaman saat təxminən 19:00-da iki nəfər şəxsin səs-küy saldıqlarını və mübahisə etdiklərini görmüşlər. Onlar həmin vətəndaşlara yaxınlaşıb onları nizam-intizama dəvət etmişlər. Vətəndaşlar polis əməkdaşlarına tabesizlik göstərmiş və polis əməkdaşları vətəndaşları polis şöbəsinə aparmışlar. Polis şöbəsində həmin vətəndaşların Şəxs və X6 olduğu müəyyən edilmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Şəxs özünü təqsirli bilərək vermiş olduğu izahatında bildirmişdir ki, taksi fəaliyyəti ilə məşğul olur. 19.10.2021-ci il tarixdə Yevlax rayonunun ərazisində yerləşən N saylı hərbi hissənin yaxınlığından avtomobili ilə keçərkən bir nəfər şəxs, yəni Rafiq Məmmədov onun avtomobilini saxlatmış və şəhərə qədər onu gətirməsini xahiş etmişdir. Onlar xidmət haqqını 5 manata razılaşdıqdan sonra yola düşmüşlər. Lakin yolda olan zaman həmin şəxs 5 manatının olmamasını, cəmi 3 manatının olduğunu bildirdikdə o, həmin şəxsə etirazını bildirmiş. Bundan sonra o, avtomobili saxlamış və həmin şəxslə aralarında sözlə mübahisə edən zaman polis əməkdaşları onlara yaxınlaşıb onları nizam-intizama dəvət etsələr də, o, əsəbi olduğu üçün polis əməkdaşlarına məsələnin onlara aidiyyətinin olmadığını bildirərək öz hərəkətlərinə davam etmişdirr. Bundan sonra polis əməkdaşları onları rayon polis şöbəsinə aparmışlar. Hazırda əməlindən peşman olmasını, polislərdən üzr istədiyini bildirərək barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Yevlax rayon X12-patrul xidməti bölüyünün tağım komandiri, polis baş leytenantı X10 oğlu çıxış edərək bildirmişdir ki, 19.10.2021-ci il tarixdə polis baş serjantı Mikayıl Səmədov və polis serjantı Nicat Məlikov ilə birlikdə xidmətdə olarkən, saat təxminən 19 radələrində Yevlax rayon ərazisində N saylı hərbi hissənin yaxınlığında iki nəfər şəxsin ucadan nalayiq ifadələrlə mübahisə etdiklərini görmüşlər. Onlar həmin vətəndaşlara yaxınlaşıb özlərini təqdim edib və həmin şəxsləri nizam-intizama dəvət etmişlər. Lakin həmin şəxslər onların qanuni tələbinə qəsdən tabesizlik göstərərək öz hərəkətlərini davam etdirmişlər. Həmin şəxslər tərəflərindən Yevlax rayon Polis Şöbəsinə aparılmışlar. Polis şöbəsində məlum olmuşdur ki, həmin şəxlər Yevlax rayon sakini Şəxs və Goranboy rayon Aşağı Ağcakənd qəsəbəsi sakini X4r. Məhkəmə iclasında şahid qismində dindirilmiş Yevlax rayon X12-patrul xidməti bölüyünün polis nəfəri, polis serjantı X9 şahid X3 izahatına uyğun izahat vermişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: MN seriyalı ******* saylı, 19 oktyabr 2021-ci il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs 19.10.2021-ci il tarixdə saat 19:00-da Yevlax rayonunun ərazisində yerləşən N saylı hərbi hissənin yaxınlığında polisin qanuni tələbinə qəsdən tabe olmamışdır; 19 oktyabr 2021-ci il tarixli inzibati xəta törətmiş şəxsi tutma haqqında protokoldan görünür ki, Şəxs 19 oktyabr 2021-ci il tarixdə saat 23:00-da tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 9.1-ci maddəsinə əsasən İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görəfiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, barəsində inzibati icraat aparılan şəxsin izahatı, şahidlərin izahatı, eləcə də inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. Beləliklə məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, habelə inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən hal kimi inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığını, məsuliyyəti ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası hədləri daxilində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 200 (iki yüz) manat məbləğində cərimə edilsin. Şəxs 19 oktyabr 2021-ci il tarixdən inzibati qaydada tutulması nəzərə alınaraq təyin edilmiş inzibati cərimə yüngülləşdirilərək 150 (bir yüz əlli) manat məbləğində müəyyən edilsin. Şəxs məhkəmə zalından dərhal həbsdən azad edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən on gün müddətində Yevlax Rayon Məhkəməsinə və ya bilavasitə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hakim Günay Cavadova
Məhkəmə qərarları › İş №3(039)-820/2021
Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-820/2021
20.10.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver