Məhkəmə qərarları › İş №3(039)-822/2021

Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-822/2021

21.10.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-822/2021 21.10.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Yevlax Rayon Məhkəməsinin hakimi Əlizadə Ruslan Əliyar oğlu, Məhkəmə iclasının katibi X2 İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Yevlax RPŞ-nin İTB-nin sahə rəisi polis leytenantı X5 Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə Yevlax Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Yevlax Rayon Polis Şöbəsində Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulan 21.10.2021-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün Yevlax Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs, 21 oktyabr 2021-ci il tarixdə Yevlax rayonu, Qaraməmmədli kəndində toy məclisində qanunsuz olaraq iştirak etdiyinə görə karantin rejimi qaydalarını pozmuş, polis əmkdaşlarının qanuni tələbini pozmuşdur. Məhkəmə iclasında Yevlax rayon Polis şöbəsinin İTB-nin sahə rəisi polis leytenantı X8 izah etdi ki, 21 oktyabr 2021-ci il tarixdə saat 12.30 radələrində Yevlax rayonu, Qaraməmmədli kəndində yaşayan X6 yaşadığı evdə oğluna toy məclisi qurması barədə məlumat daxil olmuşdur. Məlumatla əlaqədar Yevlax RPŞ-nin polis əməkdaşları həmin yerə getdikdə, toyda karantin rejimi qaydaları pozulması aşkar edilmişdir. Həmin şəxsə inzibati protokol tərtib edilən vaxt Şəxs polisin protokol tərtib etməyinə etiraz edərək səs-küy salmışdır. Polis əməkdaşları onu nizam intizama dəvət esələr də, vətəndaş polisin qanuni tələbinə tabe olmamış və həmin şəxs polis şöbəsinə gətirilmişdir. Bu barədə Yevlax RPŞ-nin İTB-nin polis sahə rəisi, polis baş leytenantı Teymur Baxşəliyev polis şöbəsinin rəhbərliyinə raportla müraciət etmişdir. Tərəfindən araşdırma aparılmış və Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinin tərkibi olduğundan bu barədə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Tərtib etdiyi protokolu müdafiə edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izah etdi ki, 21 oktyabr 2021-ci il tarixdə saat 12.30 radələrində Yevlax rayonu, Qaraməmmədli kəndində qohumunun toy məclisində olmuşdur. X4 həmin kənddə yaşadığı evdə oğluna toy etmişdir. Həmin vaxt polis əməkdaşları gəlmişlər və karantin rejimi qaydalarının pozulmasını qohumuna bildirərək onun barəsində inzibati protokol tərtib etmək istəmişlər. O, da polis əməkdaşlarına yaxınlaşıb intibati protokolun tərtib edilməsinə etiraz etmişdir. Bundan sonra polis əməkdaşları ilə mübahisə etmiş, onların tələblərinə tabe olmamış və hərəkətlərini davam etdirmişdir. Törətdiyi əməldən səmimi olaraq peşmandır və söz verir ki, bir daha belə hallara yol verməyəcəkdir. Məhkəmədən əməlindən səmimi peşmançılığını və bir daha belə hallara yol verməyəcəyini nəzərə alaraq barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Yevlax RPŞ-nin İTB-nin polis sahə rəisi, polis baş leytenantı X3 bildirmişdir ki, 21 oktyabr 2021-ci il tarixdə saat 12.30 radələrində Yevlax rayonu, Qaraməmmədli kəndində yaşayan X6 yaşadığı evdə oğluna toy məclisi qurması barədə məlumat daxil olmuşdur. Məlumatla əlaqədar Yevlax RPŞ-nin İTB-nin sahənin polis nəfəri, polis baş serjantı Vasif Fəttayev, polis sıravisi Azər Bayramov və polis serjantı Elçin Məmmədov ilə birlikdə həmin yerə getdikdə, toyda karantin rejimi qaydalarının pozulması aşkar edilmişdir. Həmin şəxsə inzibati protokol tərtib edilən vaxt Şəxs polisin protokol tərtib etməyinə etiraz edərək səs-küy salmışdır. Polis əməkdaşları onu nizam intizama dəvət esələr də, vətəndaş polisin qanuni tələbinə tabe olmamış və həmin şəxs polis şöbəsinə gətirilmişdir. Bu barədə polis şöbəsinin rəhbərliyinə raportla müraciət etmişdir. İnzibati xəta haqqında protokola əlavə edilmiş 21 oktyabr 2021-ci il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs həmin tarixdə saat 12.40-da inzibati qaydada tutulmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Yevlax rayon polis şöbəsinin İTB-nin sahə rəisi polis leytenantı X5 və şahid Yevlax RPŞ-nin İTB-nin polis sahə rəisi, polis baş leytenantı X1 izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmiş və o, inzibati tənbeh edilməlidir. Azərbaycan Respublıikası İXM-nin 535.1-ci maddəsində əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə-fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. “Polis haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin İİ hissəsinə görə Azərbaycan Respublikasının ərazisində olan bütün hüquqi və fiziki şəxslər polis əməkdaşının qanuni tələblərini icra etməlidirlər. “Polis haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinin 1 bəndinə görə hər bir şəxsdən cinayətlərə və digər hüquqpozmalara, şəxsiyyət və ictimai asayiş üçün təhlükə törədən və onlara şərait yaradan hərəkətlərə son qoyulmasını tələb etmək üzərinə düşən vəzifələrin yerinə yetirilməsi üçün polis əməkdaşının hüququdur. Azərbaycan Respublikası İXM-nin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə görə fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlini səmimi etiraf edib əməlindən peşmançılıq çəkməsi məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində məsuliyyəti ağırlaşdıran hal müəyyən edilmədi. Azərbaycan Respublikası İXM-nin 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Azərbaycan Respublikası İXM-nin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinin tələbinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsində göstərilir ki, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. İnzibati xətanın xarakterini və mahiyyətini, ictimai təhlükəlilik dərəcəsini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şəxsiyyətini, əməlindən səmimi peşmançılığını, əmlak vəziyyətini və işin faktiki hallarını nəzərə alaraq hesab edirəm ki, Şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə növündə tənbeh edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 40, 43, 48-51, 114, 115, 117, 128 və 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ : 27.01.1976-cı il tarixdə Yevlax rayonu Qaraməmmədli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, fərdi əməklə məşğul olan, Yevlax rayonu, Rüstəmli kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinib, 150 (bir yüz əlli) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Ruslan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar