Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-824/2020 03.11.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Məhkəmə iclasının katibi X1 Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs, İnzibati xəta haqqında protokol tərtib etmiş Yevlax RPŞ-nin İTB-nin sahə rəisi polis mayoru X2 iştirakı ilə Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Yevlax rayon polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Məhkəməyə təqdim olunmuş protokolda qeyd olunur ki, Şəxs x xxxxxxx 2020-ci il tarixdə Zərərçəkmiş şəxs yaşadığı evdə çantasından 230 manat pulunu oğurlamışdır. İş materiallarına əlavə edilmiş Yevlax rayon polis şöbəsinin TB-nin xx xxxxxxx 2020-ci il tarixli «cinayət işi başlanmasının rədd edilməsi haqqında» qərarından görünür ki, Şəxs barəsində toplanmış materialda cinayət tərkibi olmadığından barəsində cinayət işinin başlanması rədd edilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş Yevlax rayon polis şöbəsinin İTB-nin sahə rəisi polis mayoru X3 izah etdi ki, Yevlax şəhəri C.Cabbarlı küçəsində yaşayan Zərərçəkmiş şəxs x xxxxxxx 2020 ci- il tarixdə Daxili İşlər Nazirliyinin “102” Xidməti Zəng Mərkəzi sisteminə və Yevlax Rayon Polis Şöbəsinə xalası nəvəsi Xəyalə adlı qadının ondan 25 manat pul istəməsi lakin çantasından 230 manat pulu götürüb geri verməməsi barədə məlumat vermişdir Bu barədə Yevlax RPŞ-nin TB-də araşdırma aparılmışdır. RPŞ-nin TB-nin qərarı ilə, Şəxs əməlində cinayət tərkibi olmadığından barəsində cinayət işinin başlanması rədd edilmişdir. Lakin onun əməlində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsinin tərkibi olduğundan, müvafiq tədbir görülməsi üçün Yevlax RPŞ-nin İTB-nə göndərilmişdir. Bu barədə Şəxs barəsində tərəfindən Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Arzu ilə qohum olduğunu ona borc pul lazım olduğundan Arzudan borc pul istəmiş lakin deyilən vaxtda qaytara bilməmişdir Hazırda razıliğa gəlmişlər qısa zamanda borcunu qaytaracaq Əməlindən səmimi olaraq peşmandır. Məhkəmədən zərər çəkmiş şəxsin ondan heç bir şikayət və tələblərinin olmamasını nəzərə alaraq inzibati iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs pulun borc olduğunu dəfələrlə Xəyalədən geri tələb etməsinə baxmayaraq qaytarmadığını bildirmişdir. məhkəməyə ərizə təqdim edərək Xəyalə ilə pulun ödənilməsi ilə bağlı razılıq əldə etdiklərindən iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iş materiallarını araşdıraraq zərər çəkmiş şəxsin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və Yevlax rayon polis şöbəsinin sahə rəisinin izahatını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş üzrə zərər çəkmiş şəxs məhkəmə iclasında ərizə təqdim edərək barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxslə barışdıqlarını, və onun barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini bildirsədə işin faktiki hallarından görsənir ki Şəxs əməlində İnzibati Xətalar Məcəlləsinin 227 ci maddəsinin tərkibi yoxdur .İnzibati xəta üzrə icraatın iştirakçıları polis .şöbəsində həmdə məhkəmə iclası zamanı verdikləri izahatlarında aralarında olan mübahisənin borc pul üstündə olduğunu bildirmişlər. Zərər çəkmiş şəxs bir necə dəfə borcun qaytarılmasını tələb etmiş nəticəsi olmadıqda polis şöbəsinə müraciət etmişdir.Eyni zamanda Zərərçəkmiş şəxs izah edilməlidir ki, borc pulun qaytarılması tələbi ilə mülkü qaydada məhkəmədə iddia qaldırmaq hüququ vardır Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinə əsasən Xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir Şərh olunanlara əsasən, Azərbaycan Respublikası İXM-nin 105.1, 114.2, 114.2.1, 128.2.1 və 130.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə baxılmış inzibati iş üzrə icraata xitam verilsin. Qərardan 10 gün müddətində Yevlax rayon Məhkəməsi vasitəsi ilə, ŞəkiApellyasiya Məhkəməsinəşikayət və ya protest verilə bilər. Hakim Ruslan Əlizadə
Məhkəmə qərarları › İş №3(039)-824/2020
Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-824/2020
03.11.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver