Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-824/2021 22.10.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Cavadova Günay İsmayıl qızının sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, Yevlax rayon X6 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi, polis mayoru X2, zərərçəkmiş şəxs X1, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1994-cü ildə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan və Yevlax rayonu Tanrıqulular kəndində yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Yevlax rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Yevlax rayon Polis Şöbəsindən daxil olmuş “cinayət işinin başlanmasının rədd edilməsi barədə” 02 oktyabr 2021-ci il tarixli qərar və onun əsasında tərtib edilmiş 22 oktyabr 2021-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs 14.09.2021-ci il tarixdə Yevlax rayonu Tanrıqulular kəndində X3 döymüşdür. İnzibati protokolu tərtib etmiş Yevlax rayon X6 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi X5 məhkəmə iclasında protokolda qeyd olunanlara uyğun çıxış edərək bildirmişdir ki, X1 14 sentyabr 2021-ci il tarixdə Şəxs tərəfindən döyülməsi barədə müraciəti əsasında Yevlax rayon Polis Şöbəsinin təhqiqat bölməsində araşdırma aparılmış, Şəxs əməllərində cinayət tərkibi olmadığından təhqiqat bölməsi cinayət işinin başlanmasını rədd etmiş və Şəxs barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılması üçün qərarın surəti Yevlax rayon X6 Təhlükəsizlik Bölməsinə göndərilmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs məhkəmə iclasında özünü təqsirli bilərək bildirmişdir ki, X4 onun qohumudur və Emin Mingəçevir şəhərində yaşayır. Lakin Eminin atası onlarla Yevlax rayonu Tanrıqulular kəndində yerləşən eyni həyətdə, lakin ayrı-ayrılqda tikilən evlərdə yaşayır. 14.09.2021-ci il tarixdə əri Fərzalı Eminin atası Cümşüdlə razılaşdırdıqdan sonra həyətdə olan qoz ağacını kəsmək qərarına gəlmişdir. Əri qoz ağacını kəsdikdən sonra Emin əri Fərzalı ilə dalaşmağa başlamış, o, əri və Emini aralaşdırmaq üçün onların arasına girmiş və bu zaman Emin onu vurduğundan o da Emini vurmuşdur. Zərərçəkmiş şəxs X4 məhkəmə iclasında çıxış edərək bildirmişdir ki, Şəxs onun qohumudur və 14.09.2021-ci il tarixdə Yevlax rayonu Tanrıqulular kəndinə onu döymüşdür. O, Şəxs ilə barışmayıb və ondan şikayətçidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 22 oktyabr 2021-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs 14.09.2021-ci il tarixdə Yevlax rayonu Tanrıqulular kəndində X3 döymüşdür; cinayət işinin başlanmasının rədd edilməsi barədə 02 oktyabr 2021-ci il tarixli qərardan görünür ki, X1 müraciəti əsasında toplanmış material üzrə cinayət tərkibi olmaması müəyyən edildiyindən cinayət işinin başlanmasının rədd edilməsi və Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın surətinin Yevlax rayon X6 Təhlükəsizlik Bölməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 9.1-ci maddəsinə əsasən İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır; 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə -üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi zərərçəkmiş şəxsin izahatı ilə yanaşı, cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar, eləcə də inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, habelə inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin sanksiyasının hədləri daxilində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respubilkası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 300 (üç yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Yevlax Rayon Məhkəməsinə və ya bilavasitə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Günay Cavadova
Məhkəmə qərarları › İş №3(039)-824/2021
Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-824/2021
22.10.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver