Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-824/2022 07.09.2022 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Kamil Çingiz oğlunun sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, Yevlax rayon X8 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi, polis kapitanı X4, zərərçəkmiş şəxs X1, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1966-ci ildə Yevlax rayonu Rüstəmli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Yevlax rayonu Qaraməmmədli kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157 və 232-1-ci maddələri ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Yevlax rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Yevlax rayon Polis Şöbəsindən daxil olmuş “cinayət işinin başlanmasının rədd edilməsi barədə” 14 iyul 2022-ci il tarixli qərar və onun əsasında tərtib edilmiş 07 sentyabr 2022-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx.xx.2022-ci il tarixdə saat 08:00-da Yevlax rayonu Rüstəmli kəndində qardaşı X2 qəsdən döymüş və Qafqaz Ağayevə məxsus ** BA *** dövlət qeydiyyat nişanlı “VAZ 2106” markalı avtomobili qəsdən zədələyərək 210 manat məbləğində maddi ziyan vurmuşdur. İnzibati protokolu tərtib etmiş Yevlax rayon X8 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi X7 məhkəmə iclasında protokolda qeyd olunanlara uyğun çıxış edərək bildirmişdir ki, X1 xx.xx.2022-ci il tarixdə Şəxs tərəfindən döyülməsi və əmlakına ziyan vurulması barədə müraciəti əsasında Yevlax rayon Polis Şöbəsinin istintaq bölməsində araşdırma aparılmış, Şəxs əməllərində cinayət tərkibi olmadığından istintaq bölməsi cinayət işinin başlanmasını rədd etmiş və Şəxs barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılması üçün qərarın surəti Yevlax rayon X8 Təhlükəsizlik Bölməsinə göndərilmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs məhkəmə iclasında özünü təqsirli bilməyərək bildirmişdir ki, oğlu Səxavət rəhmətə getmiş qardaşı Qalibin oğlu Arzumanın həyat yoldaşı Gültəkin ilə 3 il müddətdə yaxın münasibətləri olmuş və bunun üstü 2022-ci ilin aprel ayında açılmışdır. Bundan sonra onlarla aralarında olan münasibətləri pozulmuşdur. 2022-ci il iyun ayının 19-da saat 15:30 radələrində o, həyat yoldaşı Aybənizlə birlikdə “OKA” markalı **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə qızıgilə gedən zaman Arzumangilin evinin yanından keçərkən Arzumanın qardaşı Əhliman avtomobilini saxlatmış və onu nalayiq söyüşlərlə söyüb təhqir etmişdir. Onun arxasınca anası Telli çıxmış və yerdən daş götürüb onun avtomobilinə ataraq şüşəsini sındırmış, daha sonra Arzuman da çıxmış, onu nalayiq söyüşlərlə söyüb-təhqir etmiş, sonra Arzuman və qardaşı Əhliman da onun avtomobilini daşlamışlar. O, həmin vaxt “102 xidməti”nə zəng edib məlumat vermiş, bundan sonra Arzuman gedib əmisi Qafqazı çağırmış, Qafqaz həyat yoldaşı Gülbəniz ilə gəlmiş və onun burda kişi yoxdur sözünü deyib-demədiyini soruşmuş və sonra da yumruqla onun çənəsinə vurmuşdur. Həmin vaxt aralarında söyüş ilə mübahisə olmuş, bundan sonra Gülbəniz də yerdən daşı götürərək onu və avtomobilini daşlamağa başlamış, atdığı daş onun avtomobilinin şüşəsini sındırmış, sonra isə Gülbəniz onun həyat yoldaşı Aybənizə hücum edərək onunla əlbəyaxa olmuş və əlləri ilə ona xəsarət yetirmişdir. Daha sonra həmin yerə polis əməkdaşları gələrək mübahisəni sakitləşdirib hər kəsi öz evinə aparmışlar. Bundan sonra həmin gün axşam saat 20 radələrində o, öz sahəsinə gedib heyvanlarını gətirmiş, səhəri gün saat 08 radələrində öz avtomobil yolunun kənarında yerləşən sahəsində heyvanlarını otarmış, həmin vaxt qardaşı Qafqaz Vaz-2106 markalı **-BA-*** nömrəli avtomobili ilə oradan keçib Qaramanlı kəndinə tərəf getmiş, bir müddət sonra o, yolun kənarında heyvanlarını sulayan zaman Qafqaz qayıdıb gəlmiş, həmin vaxt Qafqaz onun yanında avtomobilini saxlayaraq avtomobildən düşüb onun hələ də nə üçün burda olduğunu, kənddən nə üçün çıxmadığını soruşmuş, bundan sonra Qafqaz ona tərəf gəlmiş və onu vurmuş, Qafqaz onu qaldırıb yerə çırpmış, sonra da təpiklə böyrünə, yumruqla isə sol qulağına vurmuş, həmin vaxt yoldan keçən tanımadığı yol maşınları saxlayıb onları aralamış, Qafqaz çıxıb getmiş, o da bir müddət gözlədikdən sonra Yevlax RPŞ-yə, oradan isə xəstəxanaya getmişdir. O, Qafqaz Ağayevi nə döyməmiş, nə dəki, söyməmişdir. Barəsində ədalətli qərar qəbul edilməsini xahiş etdi. Zərərçəkmiş şəxs X5 məhkəmə iclasında çıxış edərək bildirmişdir ki, Şəxs onun qardaşıdır. X3 digər rəhmətə getmiş qardaşı Qalibin oğlu Arzumanın həyat yoldaşı Gültəkin ilə 3 il müddətinə yaxın münasibətləri olmuş və bunun üstü 2022-ci ilin aprel ayında açılmışdır. Bundan sonra onların arasında münaqişə və mübahisələr olmuş, işləri polisə qədər gedib çıxmışdır. Sonuncu dəfə 2022-ci ilin iyun ayının 19-da saat 15:30 radələrində yaşadıqları evdə olan zaman qonşuluqda yaşayan mərhum qardaşı Qabilin həyat yoldaşı Tellinin və oğlanları Arzuman ilə Əhlimanın səslərini eşitmiş, bundan sonra həyat yoldaşı Gülbəniz ilə birlikdə Tellinin qapısının ağzına getmiş və qardaşı Ağanın “OKA” markalı avtomobilinin yolda dayandığını, orada Ağa və həyat yoldaşı Aybəniz ilə Telli və oğlanları Arzuman və Əhliman aralarında əvvəllər olmuş namus məsələsinə görə mübahisə etdiklərini, Ağanın söz atıb onları qıcıqlandırdığını, Əhlimanın isə ona tərəf hücum etmək istədiyini, Tellinin də özünü oğlu Əhlimanın qabağına verib onu tutmağa çalışdığını görmüşdür. Həmin vaxt Ağa onlarda kişi olmadığını, ona görə oğlu Səxavətin o hərəkətləri etdiyini və yaxşı etdiyini demiş, Ağanın bu sözləri ona çox pis təsir etmiş və o, Ağaya onun hansı kişilikdən dandığını, yetişdirdiyi oğlu Səxavətin nəsillərinə biabırçılıq gətirdiyini, lakin onun oğlunun vətən uğrunda döyüşüb şəhid olduğunu demişdir. Bunun üstündə aralarında mübahisə yaranmış, Ağa onu nalayiq söyüşlərlə söyüb təhqir etmiş, həmin vaxt həyat yoldaşı Gülbəniz onu söydüyü üçün yerdən daş götürüb Ağaya tərəf atmış, həmin vaxt Ağa avtomobilin arxasına gizləndiyi üçün daş avtomobilin şüşəsinə dəyərək sındırmış, həmin vaxt Ağanın həyat yoldaşı Aybəniz də daş götürüb onlara tərəf atmağa başlamış, Telli də daş götürüb Ağagilə tərəf atmağa başlamışdır. Bu vaxt Tellinin atdığı daş da avtomobilə dəyib Ağanın şüşəsini sındırmışdır. Səs-küyə qonşular çıxmış, lakin heç biri yaxınlaşmamışlar. Həmin vaxt o da, Ağa da, həyat yoldaşı Gülbəniz də “102 xidməti”nə zəng edərək məlumat vermiş, bundan sonra bir müddət ara sakitləşmiş, hadisə yerinə Yevlax RPŞ-nin əməkdaşları gəlmişlər. Ağa və həyat yoldaşı polislərin gəldiyini görüb yenidən qızışmış, onları söyüb təhqir etməyə başlamış, həmin vaxt Ağanın həyat yoldaşı Aybəniz onun həyat yoldaşı Gülbənizin üstünə hücum çəkmiş, yerdən daş götürüb ona vuraraq xəsarət yetirmiş, polis əməkdaşları Ağa və yoldaşını sakitləşdirib yaşadıqları evə aparmış, polis əməkdaşları getdikdən təxminən 1 saat sonra Ağa gəlib yenə Telli gilin evinin yanından keçib mal gətirməyə gedərkən, yenə onları nalayiq söyüşlərlə söyüb təhqir etmişdir. Həmin gün saat təxminən 20 radələrində o, Ağanın onların yolunun üstündə dayanıb, əli ilə onu çağırdığını görmüş, həyat yoldaşı isə ona getməməyini demiş, Ağa isə ona kişi deyilsən, niyə gəlmirsən demiş, o isə sabah polis şöbəsinə gedib orada məsələni aydınlaşdıracaqlarını bildirmişdir. xx.xx.2022-ci il tarixdə səhər saat 08 radələrində o, Vaz-2106 markalı ** BA *** nömrəli avtomobili ilə yaşadığı evdən çıxmış, yanacaq doldurmaq üçün Qaramanlı kəndinə getmiş, Ağanın sahəsinin yanından keçən həmin yolda gedərkən Ağanın sahədə qoyun otardığını.görmüşdür. O, yanacaq doldurub qayıdan zaman Ağanın sahəsinə yaxınlaşanda heyvanların yola çıxdığını görmüş, o, sürəti azaltmış və həmin vaxt Ağanın da yola çıxdığını görmüş, o, Ağanın heyvanları yoldan çıxarmağa gəldiyini zənn etsə də, lakin Ağanın heyvanları onun avtomobilinə tərəf qaytardığını görmüşdür. O, həmin vaxt avtomobili dayandırmış, Ağa onun tərəfdən avtomobilə yaxınlaşaraq əlindəki çomaqla avtomobilin belinə vurmuş və daha sonra çomağı avtomobilin içərisinə salıb onu vurmaq istəmiş, o, əlini qabağa vermiş və çomaq onun sol əlini sıyırıb avtomobilin salonda olan güzgüsünü sındırmış, o, əli ilə çomağı tutub saxlamış, Ağa da dizi ilə avtomobilə vuraraq çomağı çəkib almaq istəmiş, o, çomağı buraxaraq avtomobilin qapısını açıb yerə düşmüş, həmin vaxt Ağa çomaqla onun başına vurmuş, o, Ağanı tutub qucaqlamış, onlar süpürləşməyə başlamış, həmin vaxt yaxınlıqdan heyvan otaraqn həmkəndliləri Şəhriyar adlı şəxs gəib Ağanı aralaşdırmışdlr. O da avtomobili sürüb getmiş, evə gəlib həyat yoldaşını götürərək Yevlax şəhərinə gəlmiş, xəstəxanada olan zaman orada yenə Aybənizlə Ağa onların üstünə hücum çəkmiş, Aybəniz həyat yoldaşının yaxasından şəhid oğlu İldırımın şəklini qoparmış, Ağa isə həyat yoldaşının paltarını cıraraq qolunu sıxıb xəsarət yetirmişdir. Ağadan şikayətçidir və onunla barışmayıb. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 izahatında bildirmişdir ki, Şəxs və Qafqaz Ağayevlə münasibətləri yaxşıdır və hər ikisi ilə gediş-gəlişdəri var. xx.xx.2022-ci il tarxdə səhər saatlarında özünə məxsus mal-qaranı Şəxs sahəsinin qonşuluğunda yerləşən torpaq sahəsində otarırdı. Həmin vaxt həmkəndlisi Qafqazın avtomobilinin Qaramanlı kənsi istiqamətində hərəkət etdiyini görmüşdür. Bir müddət sonra Qafqazın avtomobilinin geri qayıtdığını görmüş və heyvanları otarmağa davam etmişdir. Lakin bir neçə dəqiqə sonra Ağanın sahəsi tərəfdən səs-küy gəldiyini eşitmiş və dərhal həmin yerə getmişdir. O, həmin yerə çatdıqda Ağanın Qafqazı əlində olan çomaqla vurduğunu daha sonra onu yerə yıxdığını görmüş, bundan sonra o dərhal onları aralamışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 07 sentyabr 2022-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx.xx.2022-ci il tarixdə saat 08:00-da Yevlax rayonu Rüstəmli kəndində qardaşı X2 qəsdən döymüş və Qafqaz Ağayevə məxsus ** BA *** dövlət qeydiyyat nişanlı “VAZ 2106” markalı avtomobili qəsdən zədələyərək 210 manat məbləğində maddi ziyan vurmuşdur; cinayət işinin başlanmasının rədd edilməsi barədə 14 iyul 2022-ci il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən toplanmış HK-1/1465 nömrəli material üzrə cinayət işinin başlanması rədd edilməsi, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157 və 232-1-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsi, qərarın surətinin icra olunması üçün Yevlax rayon X8 Təhlükəsizlik Bölməsinə göndərilməsi qərara alınmışdır; Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “məhkəmə-tibbi ekspertiza və patoloji anatomiya birliyi” X11 404 nömrəli, xx.xx.2022-ci il tarixli ekpert rəyindən görünür ki,1972-ci ildə anadan olmuş X1 bədənində aşkar edilmiş xəsarət sol gicgah nahiyəsinin yarası, sol saidin aşağı 1/3-nin tış səthinin sıyrığı küt alətin-alətlərin təsirindən əmələ gəlmişdir, əmələ gəlmə müddəti xx.xx.2022-ci il tarixə uyğun gəlir. Qeyd olunan xəsarətlər sağlamlığa zərər vurmur və bu əlamətə görə dərəcəsi təyin edilməyən xəsarətlərə aid edilir; Avtovaz Texniki Xidmətə Yevlax 1 Saylı "xxxx" QSC-nin xx.xx.2022-ci il tarixli, 40 nömrəli rəyindən görünür ki, ** BA *** dövlət qeydiyyat nişanlı “VAZ 2106” markalı avtomobilə 210 manat məbləğində ziyan dəymişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 9.1-ci maddəsinə əsasən İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır; 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə -üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. 232-1-ci maddəsinə görə özgənin əmlakını qəsdən məhv etməyə və ya zədələməyə görə az miqdarda ziyan vurduqda inzibati xəta nəticəsində vurulmuş ziyanın bir mislindən iki mislinədək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157 və 232-1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi zərərçəkmiş şəxsin izahatı ilə yanaşı, şahidin izahatı, cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar, eləcə də inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, habelə inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alıb iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin sanksiyasının hədləri daxilində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respubilkası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 450 (dörd yüz əlli) manat məbləğində cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Yevlax Rayon Məhkəməsinə və ya bilavasitə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Kamil Əliyev
Məhkəmə qərarları › İş №3(039)-824/2022
Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-824/2022
07.09.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver