Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-825/2022 07.09.2022 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi, Rzayev Arzu Ağazeynal oğlunun katibliyi, Yevlax rayon X12 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi, polis kapitanı X3, zərərçəkmiş şəxs X2, zərərçəkmiş şəxs X4, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1974-ci ildə Kəlbəcər rayon Zülfüqarlı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Yevlax rayon Rüstəmli kəndində yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157 və 232.1-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Yevlax rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Yevlax Rayon Polis Şöbəsindən daxil olmuş “cinayət işi başlanmasının rədd edilməsi barədə” 14 iyul 2022-ci il tarixli qərar və onun əsasında tərtib edilmiş xx.xx.2022-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki Şəxs xx.xx.2022-ci il tarixdə saat 15.30-da Yevlax rayon Rüstəmli kəndində yaşayan X5 qəsdən döymüş,X6 məxsus OKA markalı ** BA *** d.q.n.n-lı avtomobilini qəsdən zədələyərək 285 manat maddi ziyan vurmuşdur İnzibati protokolu tərtib etmiş Yevlax rayon X12 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi X9 məhkəmə iclasında protokolda qeyd olunanlara uyğun çıxış edərək bildirmişdir ki, Şəxs xx.xx.2022-ci il tarixdə saat 15.30-da Yevlax rayon Rüstəmli kəndində yaşayan X5 qəsdən döymüş,X6 məxsus OKA markalı ** BA *** d.q.n.n-lı avtomobilini qəsdən zədələyərək 285 manat maddi ziyan vurmuşdur. Barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs məhkəmə iclasında izahat verib bildirmişdir ki, ailə münaqişəsi zəmnində qaynı Ağa Ağayevlə aralarında münaqişə baş vermişdir.Belə ki Ağanın oğlu Səxavət rəhmətə getmiş qaynı Qabilin oğlu Arzumanın həyat yoldaşı Gültəkin ilə yaxin münasibəti olmuş və bunun üstü açılmışdır.Bundan sonra aralarında münaqişə və mübahisə olmuşdur.Sonuncu dəfə xx.xx.2022-ci il tarixdə 15.30-da qonşuluqda yaşayan eltisi Tellinin və oğlanlarının səslərini eşitmiş bundan sonra həyat yoldaşı Qafqaz ilə birlikfə Tellinin evinin yanına getmiş,qaynı Ağanın OKA markali avtomobilinin yolda dayandığını ,orada Ağa və həyat yoldaşı Aybəniz ilə Telli və oğlanlarınını aralarında əvvəllər olmuş namus məsələsinə görə mübahisə etdiklərini görmüşdür.Həmin vaxt Ağa onlara kişi olmadığını ona görə oğlu Səxavətin bu hərəkət etdiyini və yaxşı elədiyini bildirmişdir.Bu zaman aralarında munaqişə yaranmış və Ağa onun həyat yoldaşı Qafqazi təhqir etdyinə görə yerdən daş götürərək Ağaya tərəf atmış və həmin vaxt Ağa maşının arxasında gizləndiyi üşün daş maşının şüşəsini sindirmişdir.X7 yaxasında olan şəhid oğlu X1 şəklini qopartmışdır.Bildirmək istəyirəm ki oğlu X8 44 günlük 2-ci Qarabağ müharibəsində şəhid olmuşdur. Zərərçəkmiş şəxs X10 məhkəmə iclasında çıxış edərək bildirmişdir ki, oğlu Sexavət rəhmətə getmiş qaynı Qabilin oğlu Arzumanın həyat yoldaşı Gültəkin ilə yaxin münasibəti olmuş və bunun üstü acılmışdır.Həyat yoldaşı Ağa ilə qızı gilə gedərkən onun yolunu kəsərək Arzuman və qardaşı Əhliman maşının daşlamışlar,onun ünvanına nalayiq söyüşlər söyərək təhqir etmişdilər.Daha sonra Arzuman əmisi Qafqazi cağırmış,qafqazda həyat yoldaşı Gülbənizlə birlikdə gəlib bunların üstünə hücum cəkib Ağayeva Aybəniz və həyat yoldaşı Ağanı döyüb,maşınına daş ataraq şüşəsini sindimişdilar.Hazirda Şəxs ilə barışmamışlar və təqsirləndirilən şəxs barəsində qanuna müvafiq qərarın qəbul edilməsini xahiş etmişdir Zərərçəkmiş şəxs X11 məhkəmə iclasında çıxış edərək bildirmişdir ki, oğlu Səxavət ilə rəhmətə getmiş qardaşı Qabilin oğlu Arzumanın Həyat yoldaşı Gültəkinin aralarında yaxın münasibəti olmuş və bunun üstü açılandan sonra aralarında olan münasibət pozulmuşdur.19 aprel 2022-ci il tarixdə saat 15.30 radələrində o həyat yoldaşı Aybənizlə birlikdə OKA markalı ** BA *** d.q.n.n-lı avtomobili ilə qızı gilə gedən zaman Arzuman gilin evinin yanından keçərkən Arzumanın qardaşı Əhliman avtomobili saxlatmış və onun ünvanına nalayiq söyüşlər söyüb təhqir etmişdir.X16 əmisi Qafqaz və həyat yoldaşı Gülbıniz gəlmiş.Aralarında mübahisə yaranan zaman Gülbəniz yerdən daşı götürərək Ağanın avtomobilini daşlayaraq şüşəsini sındırmışdır. Hazirda Şəxs ilə barışmamışlar və təqsirləndirilən şəxs barəsində qanuna müvafiq qərarın qəbul edilməsini xahiş etmişdir İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2022-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki Şəxs xx.xx.2022-ci il tarixdə saat 15.30-da Yevlax rayon Rüstəmli kəndində yaşayan X5 qəsdən döymüş,X6 məxsus OKA markalı ** BA *** d.q.n.n-lı avtomobilini qəsdən zədələyərək 285 manat maddi ziyan vurmuşdur. Cinayət işinin başlanmasının rədd edilməsi barədə 14 iyul 2022-ci il tarixli qərardan görünür ki, Şəxs əməlində cinayət tərkibi olmaması müəyyən edildiyindən cinayət işinin başlanmasının rədd edilməsi və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılması üçün qərarın surəti Yevlax rayon X12 Təhlükəsizlik Bölməsinə göndərilmişdir. Şəxs məhkəməyə təqdim etdiyi 001676 vəsiqədən görünür ki şəhid ailəsidir Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 9.1-ci maddəsinə əsasən İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 34.3-cü maddəsinə əsaəsn şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə -üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. 232-1-ci maddəsinə görə özgənin əmlakını qəsdən məhv etməyə və ya zədələməyə görə az miqdarda ziyan vurduqda inzibati xəta nəticəsində vurulmuş ziyanın bir mislindən iki mislinədək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, zərərçəkmiş şəxsin, izahatları, cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar, eləcə də inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. Beləliklə məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, habelə inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən hal kimi şəhid ailəsinin olması və ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin sanksiyasının hədləri daxilində inzibati cəza növündə inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respubilkası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsindəi nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 300 (üç yüz) manat məbləğində cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Yevlax Rayon Məhkəməsinə və ya bilavasitə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Ruslan Əlizadə
Məhkəmə qərarları › İş №3(039)-825/2022
Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-825/2022
07.09.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver