Məhkəmə qərarları › İş №3(039)-826/2022

Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-826/2022

07.09.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-826/2022 07.09.2022 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi, Rzayev Arzu Ağazeynal oğlunun katibliyi, Yevlax rayon X7 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi, polis kapitanı X1, zərərçəkmiş şəxs X2 barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1972-ci ildə Yevlax rayon Rüstəmli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Yevlax rayon Rüstəmli kəndində yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Yevlax rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Yevlax Rayon Polis Şöbəsindən daxil olmuş “cinayət işi başlanmasının rədd edilməsi barədə” 14 iyul 2022-ci il tarixli qərar və onun əsasında tərtib edilmiş 07 sentyabr 2022-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki Şəxs xx.xx.2022-ci il tarixdə saat 08.00-da Yevlax rayon Rüstəmli kəndində yaşayan qardaşı X3 qəsdən döymüşdür. İnzibati protokolu tərtib etmiş Yevlax rayon X7 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi X5 məhkəmə iclasında protokolda qeyd olunanlara uyğun çıxış edərək bildirmişdir ki, Şəxs oğlu xx.xx.2022-ci il tarixdə saat 08.00-da Yevlax rayon Rüstəmli kəndində yaşayan qardaşı X3 qəsdən döymüşdür. Barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs məhkəmə iclasında izahat verib bildirmişdir ki, ailə münaqişəsi zəmnində qardaşı Ağa Ağayevlə aralarında münaqişə baş vermişdir.Belə ki Ağanın oğlu Səxavət rəhmətə getmiş qardaşı Qabilin oğlu Arzumanın həyat yoldaşı Gültəkin ilə yaxin münasibəti olmuş və bunun üstü açılmışdır.Bundan sonra aralarında münaqişə və mübahisə olmuşdur.Aralarında olan münaqişə zamanı Ağa onu söyüb təhqir etmişdir.Hətta Ağanın həyat yoldaşı Aybəniz onun həyat yoldaşı Gülbənizin yaxasında şəhid oğlu İldırımin şəklini qopartmışdır.Bildirmək istəyir ki oğlu X4 44 günlük 2-ci Qarabağ müharibəsində şəhid olmuşdur. Zərərçəkmiş şəxs X6 məhkəmə iclasında çıxış edərək bildirmişdir ki, oğlu Səxavət rəhmətə getmiş qardaşı Qabilin oğlu Arzumanın həyat yoldaşı Gültəkin ilə yaxin münasibəti olmuş və bunun üstü acılmışdır.Həyat yoldaşı Aybənizlə qızı gilə gedərkən onun yolunu kəsərək maşınını daşlamışlar,onun ünvanına nalayiq söyüşlər söyərək təhqir etmişdilər.Bundan sonra Qafqaz onu yolun kənarında heyvanları sulayarkən görüb yanında saxlamış və hədələyərək nə üçün kəndən cıxmadığını soruşmuş,onlar əlbəyaxa oluş,Qafqaz onu qaldırıb yerə cırpmış,təpiklə böyrunə,yumruqla isə qulağına vurmuşdur.Hazirda barışmamışlar və təqsirləndirilən şəxs barəsində qanuna müvafiq qərarın qəbul edilməsini xahiş etmişdir İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 07sentyabr 2022-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx.xx.2022-ci il tarixdə saat 08.00-da Yevlax rayon Rüstəmli kəndində yaşayan qardaşı X3 qəsdən döymüşdür. Cinayət işinin başlanmasının rədd edilməsi barədə 14 iyul 2022-ci il tarixli qərardan görünür ki, Şəxs əməlində cinayət tərkibi olmaması müəyyən edildiyindən cinayət işinin başlanmasının rədd edilməsi və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılması üçün qərarın surəti Yevlax rayon X7 Təhlükəsizlik Bölməsinə göndərilmişdir. Şəxs məhkəməyə təqdim etdiyi 001676 vəsiqədən görünür ki şəhid ailəsidir Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 9.1-ci maddəsinə əsasən İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə -üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, zərərçəkmiş şəxsin, izahatları, cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar, eləcə də inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. Beləliklə məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, habelə inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən hal kimi şəhid ailəsinin olmasını və ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin sanksiyasının hədləri daxilində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respubilkası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsindəi nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 300 (üç yüz) manat məbləğində cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Yevlax Rayon Məhkəməsinə və ya bilavasitə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Ruslan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar