Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-827/2022 07.09.2022 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi, Rzayev Arzu Ağazeynal oğlunun katibliyi, Yevlax Rayon Polis X1 Bölməsinin polis sahə rəisi, polis kapitanı X2 iştirakı ilə, Zərərçəkmiş şəxs X5 barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1963-ci ildə Yevlax rayon Rüstəmli kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, Yevlax rayon Rüstəmli kəndində qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi üzrə tərtib olunmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Yevlax rayon Polis Şöbəsindən daxil olmuş MN seriyalı ******* nömrəli, 07 sentyabr 2022-ci il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx.xx.2022 tarixdə saat 15.30-da Yevlax rayon Rüstəmli kəndində yaşayan X4 məxsus OKA markalı 26- BA- 424 dövlət qeydiyyat nömrə nişanlı avtomobili qəsdən zədələyərək 285 manat maddi ziyan vurmuşdur. Bununla o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İnzibati protokolu tərtib etmiş Yevlax Rayon Polis X1 Bölməsinin polis sahə rəisi X6 məhkəmə iclasında protokolda qeyd olunanlara uyğun çıxış edərək bildirmişdir ki, Şəxs xx.xx.2022 tarixdə saat 15.30-da Yevlax rayon Rüstəmli kəndində yaşayan X4 məxsus OKA markalı 26- BA- 424 dövlət qeydiyyat nömrə nişanlı avtomobili qəsdən zədələyərək 285 manat maddi ziyan vurmuşdur.Bu səbəbdən də X5 ərizə ilə polis şöbəsinə şikayət etmişdir. Onun şikayəti əsasında cinayət işinin başlanması rədd edilmişdir və Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin həm 232-1-ci maddəsi ilə inzibati xəta haqqında protokollar tərtib olunaraq məhkməyə göndərilmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs məhkəmə iclasında izahat verib bildirmişdir ki X3 onun oğlu Arzumanın həyat yoldaşı Gültəkin ilə yaxin münasibəti olmuş və bu söhbətin üstü açıldığı üçün onlarla münasibəti pozulmuşdur .xx.xx.2022-ci il tarixdə saat 15.30 radələrində Ağa həyat yoldaşı Aybənizlə birlikdə onların evinin qarşısına gəlib avtomobilini saxlayıb onu nalayiq söyüşlərlə söyüb təhqir etmiş və oglu Səxavətin yaxşı etdiyini,orada kişi olmadığını demişdir.Bunun üstünə aralarında mübahisə yaranmış və həmin vaxtı yerdən daş götürərək Ağaya tərəf atmaq istəyəndə o,avtomobilinin arxasında gizlənmiş və daş Ağanın avtomobilinin şüşəsini sındırmışdır Zərərçəkmiş şəxs X5 məhkəmə iclasında çıxış edərək bildirmişdir ki, oğlu Səxavət ilə rəhmətə getmiş qardaşı Qabilin oğlu Arzumanın Həyat yoldaşı Gültəkinin aralarında yaxın münasibəti olmuş və bunun üstü açılandan sonra aralarında olan münasibət pozulmuşdur.19 aprel 2022-ci il tarixdə saat 15.30 radələrində o həyat yoldaşı Aybənizlə birlikdə OKA markalı ** BA *** d.q.n.n-lı avtomobili ilə qızı gilə gedən zaman Arzuman gilin evinin yanından keçərkən Arzumanın qardaşı Əhliman avtomobili saxlatmış və onun ünvanına nalayiq söyüşlər söyüb təhqir etmişdir.Bunun arxasınça anasi Telli çıxmış və yerdən daşı götürərək onun avtomobilinə ataraq şüşəni sındırmişdır.Hazırda Şəxs ilə barişmamışlar və təqsirləndirilən şəxs barəsində qanuna müvafiq qərarın qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: MN seriyalı ******* nömrəli 09 sentyabr 2022-ci il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx.xx.2022 tarixdə saat 15.30-da yevlax rayon Rüstəmli kəndində yaşayan X4 məxsus OKA markalı 26- BA- 424 dövlət qeydiyyat nömrə nişanlı avtomobili qəsdən zədələyərək 285 manat maddi ziyan vurmuşdur. Bununla o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. cinayət işinin başlanmasının rədd edilməsi barədə 14 iyul 2022-ci il tarixli qərardan görünür ki, Şəxs əməlində cinayət tərkibi olmaması müəyyən edildiyindən cinayət işinin başlanmasının rədd edilməsi və barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1 maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat aparılması üçün qərarın surəti Yevlax rayon Polis X1 Bölməsinə göndərilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 31.2-ci maddəsinə görə fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 232-1-ci maddəsinə görə özgənin əmlakını qəsdən məhv etməyə və ya zədələməyə görə az miqdarda ziyan vurduqda inzibati xəta nəticəsində vurulmuş ziyanın bir mislindən iki mislinədək məbləğdə cərimə edilir. Məhkəmə iclasında Şəxs məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə, məhkəmə Şəxs törətdiyi inzibati xətanın xarakterini nəzərə alaraq hesab edir ki, ona İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsində nəzərdə tutulmuş inzibati cərimə tənbeh növü tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 48-51, 53, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə təqsirli bilinərək vurulmuş ziyanın bir misli miqdarında, yəni 285 (iki yüz səksən beş) manat məbləğində cərimə edilsin Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Yevlax rayon Məhkəməsinə və ya bilavasitə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Ruslan Əlizadə
Məhkəmə qərarları › İş №3(039)-827/2022
Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-827/2022
07.09.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver