Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-828/2021 22.10.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Cavadova Günay İsmayıl qızının sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, Yevlax Rayon Polis X3 Bölməsinin polis sahə rəisi, polis kapitanı X4, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1969-cu il tarixdə Bərdə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Yevlax Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Yevlax Rayon Polis Şöbəsindən daxil olmuş MN seriyalı ******* nömrəli 22.10.2021-ci il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs 21.10.2021-ci il tarixdə saat 23:45-də Yevlax şəhəri Nizami prospektində ucadan səs-küy salaraq ünvansız küçə söyüşləri söyərək ictimai qaydanı pozmuşdur. Bununla o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Yevlax Rayon Polis X3 Bölməsinin polis sahə rəisi X6 məhkəmə iclasında çıxış edərək bildirmişdir ki, Şəxs 21.10.2021-ci il tarixdə saat 23:45-də Yevlax şəhəri Nizami prospektində ucadan səs-küy salaraq ünvansız küçə söyüşləri söyərək ictimai qaydanı pozduğu üçün rayon polis şöbəsinin polis əməkdaşları onu polis şöbəsinə aparmışdır. Məhkəmə iclasında dindirilmiş Şəxs özünü təqsirli bilməyərək vermiş olduğu izahatında bildirmişdir ki, Bərdə şəhərində yaşayır və taksi fəaliyyəti ilə məşğul olur. 21.10.2021-ci il tarixdə taksi fəaliyəti ilə məşğul olan zaman iki nəfər- biri kişi, biri qadın onları Yevlax şəhərinə aparmağı ondan xahiş etmişdir. O, həmin adamlarla razılaşdıqdan sonra Yevlax şəhərinə gəlmişlər. Yevlax şəhərində “üçün başı” adlanan yerdə həmin şəxslər marketə düşmək üçün avtomobili saxlatmış və marketə düşmüşlər. Həmin adamlar marketdən çıxdıqdan sonra küçədə ucadan səs-küy salmağa başlamışlar. O, taksi sürücüsü olduğu və məsələnin ona aidiyyətinin olmadığı üçün onların səs-küy salmasına kənardan baxmışdır və müdaxilə etməmişdir. Bundan sonra polis əməkdaşları gəlmiş və onları rayon polis şöbəsinə aparmışdır. Barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Yevlax Rayon Polis Şöbəsinin Postpatrul xidməti bölüyünün polis nəfəri, polis kiçik serjantı X9 protokolda qeyd olunanlara uyğun çıxış edərək bildirmişdir ki, 21.10.2021-ci il tarixdə saat 23:45-də post yoldaşları ilə birlikdə Yevlax şəhəri Nizami prospektində xidmətdə olarkən iki nəfər vətəndaşın ictimai yerdə uca səslə ünvansız söyüşlər söydüyünu görmüşlər, həmin vətəndaşlara yaxınlaşaraq onların şəxsiyyətini müəyyən etmişlər. X2 və X5 olduğu müəyyən olunmuşdur. Sorğu-sual zamanı X7 və X1 olduqları üçün ictimai qaydanı pozduqlarını bildirmişlər. Şəxs isə taksi fəaliyyəti ilə məşğul olduğu üçün onları özünə məxsus avtomobil ilə gedəcəkləri ünvana apardığını bildirmişdir. Bundan sonra hər üç vətəndaş rayon polis şöbəsinə aparılmışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: MN seriyalı ******* nömrəli 22.10.2021-ci il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs 21.10.2021-ci il tarixdə saat 23:45-də Yevlax şəhəri Nizami prospektində, ictimai yerdə ucadan səs-küy salaraq ünvansız küçə söyüşləri söyərək ictimai qaydanı pozmuşdur. Bununla o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir; 22.10.2021-ci il tarixli inzibati xəta törətmiş şəxsi tutma haqqında protokoldan görünür ki, Şəxs 22.10.2021-ci il tarixdə saat 01:30-da tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin; 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 105.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir; 114.2.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. İnzibati xəta haqqında protokol, inzibati protokolu tərtib etmiş şəxsin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və şahidin izahatları, eləcə də inzibati materialda olan digər sənədləri nəzərə alıb iş üzrə sübutları qiymətləndirərək məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında öz təsdiqini tapmamış və sonuncunun əməlində inzibati xəta tərkibinin olmaması müəyyən edilmişdir. Belə ki, həm barəsində 21 oktyabr 2021-ci il tarixdə Şəxs tərəfindən ictimai yerdə səs-küy salmasına dəlalət edə biləcək şahid ifadələri mövcud olmamış, digər birbaşa sübutlar məhkəmə baxışı zamanı, habelə səlahiyyətli orqan tərəfindən aparılmış araşdırma gedişatında aşkar olunmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin dispozisiasına görə ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər xırda xuliqanlıq kimi qiymətləndirilərək inzibati məsuliyyətə səbəb olur. Yuxarıda sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, Şəxs əməlində ictimai qaydanı pozan, habelə maddənin dispozisiyasında qeyd olunan hərəkətləri ifadə edən əlamətlər aşkar olunmadığından Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair işə əməlində inzibati xəta tərkibi olmaması əsası ilə xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 48-51, 53, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata həmin Məcəllənin 53.0.2-ci maddəsi tətbiq edilməklə xitam verilsin. Şəxs həbsdən azad edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Yevlax Rayon Məhkəməsinə və ya bilavasitə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günay Cavadova
Məhkəmə qərarları › İş №3(039)-828/2021
Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-828/2021
22.10.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver