Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-83/2021 09.02.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, İnzibati xəta haqqında protokol tərtib etmiş Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnalogiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin Yevlax Regional Şöbəsinin məsləhətçisi X2 iştirakı ilə ünvan 1 ünvanında yaşayan, inzibati xəta törətmiş şəxs Şəxs barəsində Azərbaycan Respublikası Nəqliyyat Nazirliyi Dövlət Avtomobil Nəqliyyatı Xidməti Yevlax Regional Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Məhkəməyə təqdim olunan protokolda qeyd olunur ki, xx xxxxxx 2021-ci il tarixdə saat 16:45-də Yevlax şəhərində reyd zamanı Merseder-B markalı ** DP *** dövlət qeydiyyat nişanlı avtomobillə qanunsuz yük daşıma fəaliyyəti aşkar olunmuş və sürücüsü Şəxs qanunvericilikdə nəzərdə tutulan sənədləri təqdim etməmişdir. Bununla da Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 552-ci maddəsində nəzərdə tutulmuş avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarını yerinə yetirən şəxslər tərəfindən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının səlahiyyətli əməkdaşının xidməti vəzifəsinin yerinə yetirilməsinə mane olma, o cümlədən qanunvericiliklə müəyyən olunmuş tələb olunan sənədlərin təqdim edilməməsi inzibati xətasını törətmişdir. Məhkəmə iclasında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin Yevlax Regional Şöbəsinin məsləhətçisi X3 bildirmişdir ki, xx xxxxxx 2021-ci il tarixdə saat 16:45-də Yevlax şəhərində reyd zamanı Merseder-B markalı ** DP *** dövlət qeydiyyat nişanlı avtomobillə qanunsuz yük daşıma fəaliyyəti aşkar olunmuş və sürücüsü Şəxs qanunvericilikdə nəzərdə tutulan sənədləri təqdim etməmişdir. Bundan sonra Elvin Zakirov, Anar İsmayılov, Muxtar Məmmədov və Ruslan Adulkərimov tərəfindən akt tərtib edilmişdir. Akta əsasən tərəfindən araşdırma aparılmış və barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 552-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Şəxs həmin inzibati xətanı törətməsində təqsiri Azərbaycan Respublikası Nəqliyyat Nazirliyi Dövlət Avtomobil Nəqliyyatı Xidməti Yevlax Regional Şöbəsinin məsləhətçisi X3 tərəfindən tərtib edilmiş MN ******* №-li, xx xxxxxx 2021-ci il tarixli inzibati xəta haqqında protokolla və xx xxxxxx 2021-ci il tarixli aktla tam təsdiq edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə inzibati xəta törətmiş şəxs Şəxs lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəməyə gəlmədiyinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən, məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 552-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. O, həmin inzibati xətanı törətməkdə təqsirlidir. Onun barəsində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Odur ki, məhkəmə barəsində inzibatı xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs oğluna inzibati tənbeh tətbiq edərkən şəxsiyyətini, təqsirinin dərəcəsini və əmlak vəziyyətini nəzərə alıb ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 552-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə tənbehinin təyin edilməsini məqsədə müvafiq hesab edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.2.1 və 130.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 552-ci maddəsi ilə təqsirli bilinib 50 (əlli) manat məbləğində cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Toğrul Əliyev
Məhkəmə qərarları › İş №3(039)-83/2021
Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-83/2021
09.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver