Məhkəmə qərarları › İş №3(039)-831/2021

Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-831/2021

23.10.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-831/2021 23.10.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X2, İnzibati xəta haqqında protokol tərtib etmiş Yevlax RPŞ-nin İTB-nin sahə rəisi, polis leytenantı X3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1987-ci il tarixdə Naftalan şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, Yevlax şəhəri 28 may küçəsi v 1-də yaşayan. Şəxs barəsində Yevlax Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Məhkəməyə təqdim olunmuş protokolda qeyd olunur ki, Şəxs 22 oktyabr 2021-ci il tarixdə Yevlax şəhəri 28 May küçəsində polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Bununla da Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş, yəni ictimai qaydanı mühafizə vəzifələrini icra edən polis işçisinin qanuni tələblərinə qəsdən tabe olmamaqla inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Yevlax Rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi, polis leytenantı Rəşad Mamedov bildirmişdir ki, 22 oktyabr 2021-ci il tarixdə X1 ərizəsi əsasında polis nəfəri, polis sıravisi bayramov Azər Mədət oğlu ilə birlikdə Yevlax şəhəri 28 may küçəsi ev 1-də yaşayan Şəxs izahatının alınması üçün yaşadığı ünvana gedilmiş, bu zaman həmin şəxs onların qanuni tələblərinə tabe olmayaraq ucadan səs-küy salmağa başlamış, onu nizam-intizama dəvət etsələr də, onların qanuni tələblərinə qəsdən tabe olmayarq öz əməllərini davam etdirdiyi üçün məcburi qaydada Yevlax Rayon Polis Şöbəsinə gətirilmişdir. Bundan sonra o, raportla Yevlax Rayon Polis Şöbəsinin rəhbərliyinə müraciət etmişdir. Raporta əsasən tərəfindən araşdırma aparılmış, Şəxs izahatı alınmış və barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirdirmişdir ki, 22 oktyabr 2021-ci il tarixdə dostları ilə yeyib içdikdən sonra yaşadıqları evə gəlmişdir. Evdə anası İradə Kərimova ilə mübahisə etmiş, bu zaman polis əməkdaşları onun yaşadığı evə gələrək onun izahatanı almaq istəyərkən o, içkili olduğundan səs-küy salmış polis əməkdaşları ilə mübahisə etmişdir. Bundan sonra polis əməkdaşları onu məcburi qaydada rayon polis şöbəsinə aparmışlar. Törətdiyi əmələ görə səmimi peşmandır. Polis nəfəri, polis siravisi bayramov azər Mədət oğlu məhkəmə iclasında şahid qismində dindirilərkən ifadəsində bildirdi ki, 22 oktyabr 2021-ci il tarixdə X1 ərizəsi əsasında polis sahə rəisi, polis leytenantı Rəşad Mamedov ilə birlikdə Yevlax şəhəri 28 may küçəsi ev 1-də yaşayan Şəxs izahatının alınması üçün yaşadığı ünvana gedilmiş, bu zaman həmin şəxs onların qanuni tələblərinə tabe olmayaraq ucadan səs-küy salmağa başlamış, onu nizam-intizama dəvət etsələr də, onların qanuni tələblərinə qəsdən tabe olmayarq öz əməllərini davam etdirdiyi üçün məcburi qaydada Yevlax Rayon Polis Şöbəsinə gətirilmişdir. İşdə olan 22 oktyabr 2021-ci il tarixli inzibati qaydada tutma haqqında protokolundan görünür ki, Şəxs inzibati xətanı törətdiyinə görə 22 oktyabr 2021-ci il tarixdə saat 22:55-dən inzibati qaydada tutulmuşdur. İşdə olan 218 №-li, 23 oktyabr 2021-ci il tarixli sərxoşluq vəziyyətinin tibbi müayinəsinə dair aktdan görünür ki, Şəxs 23 oktyabr 2021-ci il tarixdə saat 11:55-də yüngül dərəcəli alkoqol sərxoşluğu müəyyən edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlini səmimi etiraf edib, əməlindən səmimi peşman olması məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xətanı sərxoş vəziyyətdə törətməsini ağırlaşdıran hal kimi nəzərə alınır. Beləliklə, Şəxs istinad edilən inzibati xətanı törətməsi təqsiri özünün etirafı, şahid ifadəsi və işin digər materialları ilə tam təsdiq edilmişdir. İnzibati Xətalar Məcəlləsi: Maddə. 31.4-1. İnzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Maddə. 535.1. Polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə-fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Odur ki, məhkəmə inzibati tənbeh tədbiri görərkən Şəxs törətmiş olduğu inzibati xətanın ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, təqsirinin dərəcəsini, əmlak vəziyyətini və məsuliyyətini yüngüləşdirən halları nəzərə alıb onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-1-ci maddəsi nəzərə alınmaqla həmin məcəllənin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə tənbehinin təyin edilməsini məqsədə müvafiq hesab edir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.2.1 və 130.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinib 150 (yüz əlli) manat məbləğində inzibati cərimə edilsin. Şəxs məhkəmə zalından dərhal həbsdən azad edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Toğrul Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar