Məhkəmə qərarları › İş №3(039)-832/2021

Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-832/2021

25.10.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-832/2021 25.10.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Məhkəmə iclasının katibi Rzayev Arau Ağazeynal oğlunun katibliyi Yevlax Rayon Polis X1 Bölməsinin polis sahə rəisi, polis mayoru X2 Barəsində inzibati icraat aparılan şəxs Şəxs iştirakları ilə, 09.10.1988-ci il tarixdə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, Yevlax şəhəri, E.Məmmədov küçəsi, ev 22də qeydiyyatda olan, Yevlax şəhəri, Nizami prospekti, ev 161-də yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə Yevlax rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Yevlax rayon Polis Şöbəsindən daxil olmuş 24 oktyabr 2021-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokolda göstərilmişdir ki, 23 oktyabr 2021-ci il tarixdə Şəxs üzərindən 0,01 qram çəkidə narkotik vasitə olan metadon aşkar edilmişdir. Bununla da o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Yevlax Rayon Polis X1 Bölməsinin polis sahə rəisi, polis mayoru X6 şəhəri, E.Məmmədov küçəsi, ev 22-də qeydiyyatda olan, faktiki olaraq Yevlax şəhəri, Nizami prospekti, ev 161-də yaşayan Şəxs 23 oktyabr 2021-ci il tarixdə Yevlax şəhəri, Nizami prospektində özünü şübhəli apardığına görə, Yevlax RPŞ-nin CAB-nin əməliyyat müvəkkili polis baş leytenantı X3 və PPXB-nün polis nəfəri polis serjantı X4 tərəfindən saxlanılaraq rayon polis şöbəsinə gətirilmişdir. Polis şöbəsində Şəxs üzərində şəxsi axtarış və götürmə aparılarkən, sonuncunun üzrəindən 0,01 qram çəkidə narkotik vasitə metadon aşkar edilib götürülmüşdür. Yevlax RPŞ-nin TBnin 24 oktyabr 2021-ci il tarixli cinayət işi başlanmasının rədd edilməsi barədə qərarla Şəxs əməlində cinayət tərkibi olmadığından onun barəsində cinayət işinin başlanması rədd edilmiş və əməlində Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsinin tərkibi olduğundan barəsində inzibati qaydada tədbir görülməsi üçün Yevlax RPŞ-nin İTB-nə göndərilməsi qərara alınmışdır. Bu barədə tərəfindən Şəxs barəsində İXM-nin 206-cı maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izah etdi ki, Yevlax şəhəri, E.Məmmədov küçəsi, ev 22-də qeydiyyatda olmasına baxmayaraq, faktiki olaraq Yevlax şəhəri, Nizami prospekti, ev 161-də yaşayır. Ailəlidir və himayəsində iki azyaşlı uşağı var. 23 oktyabr 2021-ci il tarixdə yaşadığı evin yaxınlığında yəni, Yevlax şəhəri, Nizami prospekti ilə gedərkən polis əməkdaşları tərəfindən üstündə narkotik vasitə olmasında şübhəli olduğu üçün özünü şübhəli apardığına görə onu polis şöbəsinə dəvət etmişlər və o, buna etiraz etməyərək polis əməkdaşları ilə polis şöbəsinə getmişdir. Orada video çəkilişlə vəkilin və digərlərin iştirakı ilə onun üzərində axtarış və götürmə aparılmışdır. Üzərində axtarış aparılarkən üstündən bir ədəd şəffaf rəngli sellofana bükülmüş bükülünün içərisində narkotik vasitə olan metadona oxşar kütlə aşkar edilərək götürülmüşdür. Hazırda narkotik vasitələrdən istifadə etmir. Əməlindən səmimi olaraq peşmandır. Məhkəmədən əməlindən səmimi peşmançılığını, himayəsində iki azyaşlı uşağının olmasını və bir daha belə hallara yol verməyəcəyini nəzərə alaraq barəsində həbslə əlaqədar olmayan cəza təyin edilməsini xahiş etdi. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: 24 oktyabr 2021-ci il tarixli MN ******* inzibati xəta haqqında protokolda göstərilmişdir ki, 23 oktyabr 2021-ci il tarixdə Şəxs üzərindən 0,01 qram çəkidə narkotik vasitə olan metadon aşkar edilmişdir. Bununla da o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. 24 oktyabr 2021-ci iltarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Şəxs əməlində cinayət tərkibi olmadığından barəsində cinayət işinin başlanmasının rədd edilməsi, Şəxs barəsində inzibati xəta haqqında iş üzrə icraatın aparılması üçün qərarın surəti aidiyyəti üzrə şöbənin İTB-nə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən Yevlax RPŞ-nə daxil olmuş 24.10.2021-ci il tarixli 6/4731 nömrəli ekspet rəyində Yevlax şəhəri, E.Məmmədov küçəsi ev 22-də qeydiyyatda olan, faktiki olaraq Yevlax şəhəri, C.Əzizov küçəsi ev 161-də yaşayan, Şəxs üstündən aşkar edilmiş bir ədəd şəffaf rəngli seloffana bükülmüş bükümdə çəkisi - 0,105 qram bozumtul-qəhvəyi rəngli dərman tableti qırıntısının tərkibində təsiredici maddəsinin təmiz çəkis 0,01 qram narkotik vasitə metadondur. İnzibati xəta haqqında protokola əlavə edilmiş 24 oktyabr 2021-ci il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs həmin tarixdə saat 21.30-da inzibati qaydada tutulmuşdur. Azərbaycan Respublikası İXM-nin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və Yevlax rayon polis şöbəsinin İTB-nin sahə polis rəisi mayoru X2 izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətmiş və o, inzibati tənbeh edilməlidir. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə-üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlindən səmimi olaraq peşman olması İXM-nin 32-ci maddəsinə əsasən məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində İXM-nin 33-cü maddəsinə əsasən məsuliyyəti ağırlaşdıran hal müəyyən edilmədi. Azərbaycan Respublikası İXM-nin 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Azərbaycan Respublikası İXM-nin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinin tələbinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsində göstərilir ki, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, barəsində inzibati icraat aparılan şəxsin izahatı eləcə də inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. Beləliklə törədilmiş inzibati xətanın xarakterini, habelə inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən hal kimi inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığını (İXM-32.1.1), məsuliyyəti ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinin sanksiyasının hədləri daxilində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 31.4, 40, 43, 48, 114, 115, 117, 128 və 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ : Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 300 (üç yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Ruslan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar