Məhkəmə qərarları › İş №3(039)-834/2023

Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-834/2023

05.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-834/2023 05.12.2023 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Kamil Çingiz oğlunun sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, barəsində inzibati icraat aparılan şəxs hüquqi şəxs “X11” MMC-nin qanuni təmsilçisi X3 iştirakı ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs: ünvan 1 ünvanında yerləşən “X11” MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.4cü maddəsi ilə tərtib olunan inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “X11” MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsi ilə MN ******* nömrəli, 31 oktyabr 2023-cü il tarixli inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün məhkəməyə göndərmişdir. İnzibati xəta haqqında həmin protokoldan görünür ki, xx.xx.2023-cü il tarixdə saat 14:45də ünvan 2 ünvanında yerləşən “X11” MMC-yə məxsus klinikada planlı yoxlama zamanı sertifikatsız tibb fəaliyyəti (həkim terapevt X6) aşkar edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə Səhiyyə Nazirliyinə məlumat verilməsinə baxmayaraq, səlahiyyətli nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə Səhiyyə Nazirliyinin etibarnamə üzrə nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında “X11” MMC-nin qanuni təmsilçisi X7 izahatında göstərmişdir ki, “X11” MMC-ə məxsus klinikada xx.xx.2023-cü il tarixdə saat 14:45-də aparılan planlı yoxlama zamanı həmin MMC-nin həkim terapevt X1 keçmədiyi müəyyən edilmişdir. O, MMC-nin direktoru olaraq həkim X4 “Tərəqqi” medalı ilə təltif olunduğu bilmiş, lakin həkimin sertifikasiyadan keçməməsindən məlumatsız olmuşdur. X2 ilə bağlı ilk hal olduğundan nəzərə alınmasını və işə xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 çıxış edərək bildirmişdir ki, o, uzun illər Yevlax rayon mərkəzi xəstəxanasında həkim işləmişdir. Son bir neçə ildir ki, təqaüdə çıxdıqdan sonra “X11” MMC-də həkim terapevt kimi fəaliyət göstərmişdir. O, “Tərəqqi” medalı ilə təltif olunduğu üçün sertifikasiyadan keçməli olduğundan məlumatsız olmuşdur. xx.xx.2023-cü il tarixdə saat 14:45-də aparılan planlı yoxlama zamanı onun sertifikasiyadan keçmədiyi müəyyən edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Səhiyyə Nazirliyi tərəfindən “X11” MMC-də xx.xx.2023-cü-xx.xx.2023-cü il tarixlərində plan üzrə (növbəti) fəaliyyətin yoxlanılması üçün sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən xx.xx.2023-cü il tarixdə KY232017154 nömrəli çıxarış verilmişdir; Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin baş direktoru X5 1216 nömrəli 16 oktyabr 2023-cü il tarixli qərarından görünür ki, ünvan 2 ünvanında yerləşən “X11” MMC-nin fəaliyyətinin yoxlanılması məqsədilə planlı (növbəti) yoxlama həyata keçirilməsi qərara alınmışdır. xx.xx.2023-cü il tarixli aktdan görünür ki, Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin əməkdaşları tərəfindən “X11” MMC-də həyata keçirilən yoxlama zamanı həkim terapevt X1 keçmədiyi aşkar edilmişdir. “X11” MMC-nin qanuni təmsilçisi X7 izahatında yoxlama zamanı aşkar edilmiş nöqsanlarla razı olduğunu, qısa müddət ərzində aradan qaldırılacağını qeyd etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsinə əsasən qanunvericiliyə uyğun olaraq sertifikasiyadan keçməyən şəxslərin (işçilərin) praktik tibb və əczaçılıq fəaliyyətinə buraxılmasına görə — vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər altı min manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 7.3-cü maddəsinə əsasən hüquqi şəxslər mülkiyyət formasından, yerləşdiyi yerdən, təşkilati-hüquqi formasından və tabeliyindən asılı olmayaraq inzibati məsuliyyətə cəlb edilirlər. Həmin Məcəllənin 18.1-ci maddəsinə əsasən, hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Həmin Məcəllənin 18.5-ci maddəsinə əsasən, bu Məcəllənin 127-4.5-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.3-cü maddəsinə əsasən, hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyirin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə araşdırması zamanı “X11” Məhdud Məsuliyyətli Cəmiyyətinin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş məsuliyyəti yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanlara əsasən belə nəticəyə gəlir ki, “X11” MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində cərimə inzibati tənbeh tətbiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: “X11” MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 6.000 (altı min) manat məbləğində cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Yevlax Rayon Məhkəməsinə və ya bilavasitə Şəki Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Kamil Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar