Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-839/2020 05.11.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, İnzibati xəta haqqında protokol tərtib etmiş Yevlax RPŞ-nin polis mayoru X3, Barəsində inzibati xəta haqqında işüzrə icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs X2iştirakı ilə, Şəxs Azərbaycan RespublikasıİXM-nin 510-cu maddəsi ilə inzibati xəta törətməsinə dair Yevlax rayon polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM : Məhkəməyə təqdim edilmiş protokolda qeyd olunur ki, Şəxs xx xxxxxxx 2020-ci il tarixdə msaat 14:30-da Yevlax şəhəri E.Məmmədov küçəsində X4 söyüb təhqir etmişdir. Bununla da, Şəxs haqqında Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə nəzərdə tutulan inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün Yevlax Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş Yevlax Rayon Polis Şöbəsinin polis mayoru Raqib Nəzərəliyev izah etdi ki, xx xxxxxxx 2020-ci il tarixdə saat 14:36-da Azərbaycan Respublikası DİN-nin 102 zəng xidməti mərkəzindən ********* saylı məlumat verilərək bildirmişdir ki, Yevlax şəhəri E.Məmmədov küçəsi ev 114-də yaşayan X5 ***-***-**-** saylı nömrədən zəng edərək, Xəqani adlı qonşusu onu təhqir etməsini bildirmişdir. Bundan sonra tərəfindən araşdırma aparılmış, Şəxs izahatı alınmış və barəsində Azərbaycan RespublikasıİXM-nin 510-cu maddəsi ilə inzibati protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında işüzrə icraat aparılan şəxs Şəxs çıxış edərək bildirdi ki, ailə üzvləri ilə birlikdə Yevlax şəhəri E.Məmmədov küçəsində yaşayır. Gülarə Musayeva onun qonşusudur. xx xxxxxxx 2020-ci il tarixdə saat 14:30 radələrində yaşadığı evə gedərkən qonşusu Gülarə ilə aralarında mübahisə baş vermiş, mübahisə zamanı əsəbləşərək ucadan səs-küy salmışdır. Təxminən 10 dəqiqə sonra həmin yerə polis əməkdaşları gələrək onu polis şöbəsinə dəvət etmişlər. Hazırdaəməldən səmimi olaraq peşmandır. Məhkəmədən əməlindən səmimi olaraq peşmançılıq çəkməsini və bir daha belə hallara yol verməyəcəyini nəzərə alaraq, barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında zərər çəkmiş şəxs X5izahatında bikdirdi ki, xx xxxxxxx 2020-ci il tarixdə saat 14:30 radələrində qonşusu Şəxs qonşudan çıxaraq öz evinə gedirmiş. O, da digər tanımadı uşaqların küçəyə yığışmasından narazılıq edərək öz-özünə danışan zaman Şəxs öz yaşadığı həyətdən çıxaraq onu söyüb təhqir etmişdir. Bundan sonra o, Azərbaycan Respublikası DİN-nin 102 zəng xidməti mərkəzinə müraciət etmişdir. Hazırda Şəxs ilə barışmamışdır. Azərbaycan Respublikasıİnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinəəsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər başa düşülür. Barəsində inzibati xəta haqqında işüzrə icraat aparılan şəxs Şəxs, zərər çəkmiş X5 və Yevlax rayon polis şöbəsinin polis mayoru X3 izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edirəm ki, Şəxs Azərbaycan RespublikasıİXM-nin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətmiş və o, inzibati tənbeh edilməlidir. Azərbaycan RespublikasıİXM-in 76.1-ci maddəsinəəsasən, inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Həmin Məcəllənin 84.1-ci maddəsinəəsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Şəxs haqqında təqsirli bilindiyi İXM-nin 510-cu maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati tənbeh növünü müəyyən edərkən, inzibati xəta törətmişin şəxsiyyəti, əməlindən səmimi peşmançılığı və inzibati xətanın xarakteri nəzərə alınır. Barəsində inzibati xəta haqqında işüzrə icraat aparılan şəxs Şəxs əməlindən səmimi olaraq peşmançılıq çəkməsi məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alınır. Barəsində inzibati xəta haqqında işüzrə icraat aparılan şəxs Şəxs hərəkətlərində məsuliyyəti ağırlaşdıran hal müəyyən edilmədi. Azərbaycan RespublikasıİXM-nin 21-ci maddəsinin tələbinəəsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmişşəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan RespublikasıİXM-nin 9.1-ci maddəsində göstərilir ki, inzibati xəta törətmişşəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni vəəsaslı olmalıdır. İnzibati xətanın xarakterini və mahiyyətini, barəsində inzibati xəta haqqında işüzrə icraat aparılan şəxs Şəxs şəxsiyyətini, yüngülləşdirici hallar və işin faktiki hallarını nəzərə alaraq hesab edirəm ki, Şəxs təqsirli bilindiyi Azərbaycan RespublikasıİXM-nin 510-cu maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə növündə tənbeh edilməlidir. Yuxarıda göstərilənlərəəsasən və Azərbaycan RespublikasıİXM-in 40, 43, 48-51, 114, 115, 117, 128 və 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: xx.xx.1962-ci il tarixdə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, Yevlax şəhəri ED.Məmmədov küçəsində qeydiyyatda olan və yaşayan Şəxs oğu Azərbaycan RespublikasıİXM-nin 510cu maddəsi ilə təqsirli bilinib, 50 (əlli) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətindəŞəki Apellyasiya Məhkəməsinəşikayət və ya protest verilə bilər. Hakim Ruslan Əlizadə
Məhkəmə qərarları › İş №3(039)-839/2020
Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-839/2020
05.11.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver