Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-84/2021 10.02.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Cavadova Günay İsmayıl qızının sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin Yevlax Regional Şöbəsinin məsləhətçisi X1, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1982-ci ildə Yevlax rayonu İsmayılabad kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, Yevlax rayonu Səmədabad kəndində qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 552-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair materiala Yevlax Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Məhkəməyə təqdim olunmuş inzibati xəta haqqında işin materiallarında olan ******* nömrəli xx.xx.2021-ci il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, xx xxxxxx 2021-ci il tarixdə saat 10:40-da Yevlax şəhərində reyd zamanı Şəxs idarə etdiyi “VAZ 21011” markalı, **-BA-*** dövlət nömrə nişanlı taksi sərnişin avtomobili ilə qanunsuz taksi fəaliyyəti göstərərkən qanunvericiliklə müəyyən edilmiş sənədlərini təqdim etməkdən imtina etmişdir. Buna görə də, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 552-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi haqqında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin Yevlax Regional Şöbəsinin məsləhətçisi X2 tərəfindən xx.xx.2021-ci il tarixində ******* nömrəli protokol tərtib edilmişdir. Səlahiyətli orqanın nümayəndəsi Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin Yevlax Regional Şöbəsinin məsləhətçisi X2 məhkəmə iclasında protokola uyğun izahat verərək bildirdi ki, Şəxs mütamadi olaraq sərnişin avtobusundan sərnişin düşürtməsi səbəbindən Yevlax şəhərindən Səmədabad kəndi istiqamətində fəaliyyət göstərən avtobus sürücüsü idarəyə şikayət etmişdir. Şikayət əsasında xx xxxxxx 2021-ci il tarixdə saat 10:40-da Yevlax şəhərində Şəxs idarə etdiyi minik avtomobili ilə qanunsuz taksi fəaliyyəti göstərərdiyi aşkar olunmuş, ondan qanunvericiliklə müəyyən edilmiş sənədlərini təqdim etməsi tələb edildikdə qanunvericiliklə müəyyən edilmiş sənədlərini (fərqlənmə nişanı) təqdim etməkdən imtina edərək tabeçilik göstərməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında inzibati xəta hadisəsinin törədilməsində özünü təqsirli bilməyərək izahatında göstərmişdir ki, o, taksi fəaliyyəti ilə məşğul deyil. xx xxxxxx 2021-ci il tarixdə yaşadığı kənddən- öz həyətindən yığdığı göyü gətirib bazara vermiş və kəndə qayıdan zaman eyni kənddə yaşadığı qohumları ilə rastlaşmış və onlar da kəndə getdiklərindən onları da özünə məxsus avtomobillə kəndə aparmaq qərarına gəlmişdir. Qohumları avtomobilə əyləşdikdən sonra Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin əməkdaşları gələrək ondan taksi fəaliyyəti üçün nəzərdə tutulmuş qanunvericiliklə müəyyən edilmiş sənədləri tələb etdikdə o, taksi fəaliyyəti göstərmədiyini bildirmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 552-ci maddəsinə əsasən Avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarını yerinə yetirən şəxslər tərəfindən müvafiq icra hakimiyyəti orqanının əməkdaşının xidməti vəzifəsinin yerinə yetirilməsinə mane olmağa, o cümlədən qanunvericiliklə müəyyən olunmuş tələb olunan sənədlərin təqdim edilməməsinə görə əlli manat məbləğində cərimə edilir. İnzibati xəta haqqında işə baxılarkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32 və 33-cü maddələrinə əsasən Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 552-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, səlahiyətli orqanın nümayəndəsinin və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs izahatları, eləcə də inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114-115-cimaddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 552-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməkdə təqsirli bilinib 50 (əlli) manat məbləğində cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Yevlax Rayon Məhkəməsinə və ya bilavasitə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Günay Cavadova
Məhkəmə qərarları › İş №3(039)-84/2021
Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-84/2021
10.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver