Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-841/2020 06.11.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakimi Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X3 İnzibati xəta haqqında prptokol tərtib etmiş şəxs Yevlax RPŞ-nin İTB-nin sahə rəisi polis mayoru X2 Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Yevlax rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Şəxs xx xxxxxx 2020-ci il tarixdə saat 16.45 radələrində Yevlax rayonu ərazisində polisin qanuni tələblinə qəsdən tabe olmamışdır. Bu barədə Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün Yevlax rayon məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında Yevlax rayon polis şöbəsinin İTB-nin sahə rəisi polis mayoru X5 izah etdi ki, Naxçıvan MR Şərur şəhər sakini Şəxs xx xxxxxx 2020-ci il tarixdə, təxminən saat 16.45 radələrində Yevlax şəhəri, 2 saylı kür körpüsündə xidmətdə olan polis əməkdaşının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Polis əməkdaşları həmin şəxsi rayon polis şöbəsinə gətirmişlər və raportla RPŞ-nin rəhbərliyinə müraciət etmişlər. Raporta əsasən araşdırma aparılmış və Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə inzibati protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izah etdi ki, Naxçıvan MR Şərur şəhərindəndir. xx xxxxxx 2020-ci il tarixdə dostları Mübariz və Vüsalla birlikdə, Vüsala məxsus avtomobillə Bərdə rayonuna xəstə yanına getmişlər. Həmin gün təxminən saat 16.45 radələrində hərəkətdə olduqları avtomobili Yevlax şəhəri ərazində olan Kür çayının üzərindən keçən körpüdə saxlayaraq telefon vasitəsilə şəkil çəkdirmişlər. Orada xidmətdə olan polis əməkdaşının uca səslə onlara körpünün üzərində şəkil çəkdirmək qadağandır, dayanın deməsinə baxmayaraq, polis əməkdaşını eşitməmişdir. Hazırda səhvini başa düşür və əməlindən səmimi olaraq peşmançılıq çəkir. Məhkəmədən əməlindən səmimi peşmançılığını və bir daha belə hallara yol verməyəcəyini nəzərə alaraq barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilən Yevlax rayon Mühafizə Şöbəsinin polis nəfəri polis baş serjantı X4 izahatında göstərdi ki, xx xxxxxx 2020-ci il tarixdə Yvlax şəhər 2 saylı kür körpüsündə xidmətdə olmuşdur. Xidmətdə olan zaman təxminən 16.45 radələrində ** PL *** dövlət qeydiyyat nişanlı avtomobilin Kür körpüsünün üstündə saxladığını və avtomobildə olan şəxslərin şəkil çəkdirdiklərini görmüşdür. Aralarında məsafə olduğu onlara uca səslə körpünün üzərində şəkil çəkdirmək qadağandır deyib, qaçaraq onlara tərəf getmişdir. Həmin şəxslər ona məhəl qoymayaraq Kür körpüsünün şəklini çəkib avtomobilə oturub çıxıb getmişlər. Dərhal körpünün Bakı şəhəri istiqamətində dayanan post yoldaşı Seymur Rüstəmov tərəfindən həmin avtomobilə saxla işarəsi verilməsinə baxmayaraq, avtomobili onun üzərinə tərəf sürərərk çıxıb getmişlər. Sonra həmin şəxslər saxlanılmış və onlar Yevlax RPŞ-nə gətirilmişlər. Sonra bu barədə raportla RPŞ-nin rəhbərliyinə müraciət etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, inzibati xəta haqqında protokol tərtib etmiş Yevlax rayon polis şöbəsinin İTB-nin sahə rəisi polis mayoru X2, şahid X1 izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmiş və o, inzibati tənbeh edilməlidir. İnzibati xəta haqqında protokola əlavə edilmiş xx xxxxxx 2020-ci il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs həmin tarixdə saat 21.30-da inzibati qaydada tutulmuşdur. Azərbaycan Respublikası İXM-nin 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Şəxs haqqında təqsirli bilindiyi İXM-nin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati tənbeh növünü müəyyən edərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsi, inzibati xətanın xarakteri, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlini səmimi etiraf edib, əməlindən səmimi peşman olması məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alınır. Şəxs əməlində məsuliyyəti ağırlaşdıran hal müəyyən edilmədi. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinin tələbinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsində göstərilir ki, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İXM-nin 34.1-ci maddəsinə əsasən Bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. İnzibati xətanın xarakterini və mahiyyətini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən halları, ağırlaşdırıcı halların olmamasını və işin faktiki hallarını nəzərə alaraq hesab edirəm ki, Şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati həbs növündə tənbeh edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 114, 115, 117, 128 və 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ : xx xxxx 1979-cu il tarixdə Naxçıvan MR Şərur şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, fərdi əməklə məşğul olan, Naxçıvan MR Şərur şəhəri, H.Əliyev prospekti, ev 37, mənzil 09-da qeydiyyatda olan, Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə təqsirli bilinib, 10 (on) gün müddətinə inzibati həbs edilsin. Həbs etmənin əvvəli xx xxxxxx 2020-ci il tarixdən saat 21.30-dan hesablansın. Qərarın surəti Şəxs təqdim edilsin. Qərarın icrası Yevlax rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Ruslan Əlizadə
Məhkəmə qərarları › İş №3(039)-841/2020
Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-841/2020
06.11.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver