Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-846/2025 22.05.2025 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi, Quliyeva Ülkər Fikrət qızının katibliyi, Yevlax rayon icra və probasiya şöbəsinin icra məmuru X2, Barəsində inzibati icraat aparılan şəxs Şəxs və vəkili X4, Zərərçəkmiş (tələbkar) X3 iştirakları ilə, xx.xx.1984-cü il doğumlu, Azərbaycan Respublikası vətəndaşı, Yevlax rayon Kövər kəndində qeydiyyatda olan. Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Yevlax rayon icra və probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Yevlax rayon İcra və probasiya şöbəsindən daxil olmuş xx.xx.2025-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs Yevlax Rayon Məhkəməsinin 2(039)-1165/2023 saylı, icra sənədi üzrə yaranmış 22734 borcunu tam şəkildə ödəyə bilmir. Görülmüş icra tədbirləri nəticə vermədiyindən borclu Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuş və baxılması üçün Yevlax Rayon Məhkəməsinə göndərilmişdir. Yevlax rayon İcra və probasiya şöbəsinin icra məmuru X6 məhkəmə iclasında tərtib etdiyi inzibati xəta haqqında protokolun dəlillərinə uyğun izahat vermiş və əlavə olaraq qeyd etmişdir ki, borclu Şəxs icra sənədinin icrası ilə əlaqədar müvafiq qərar və bildiriş göndərilməsinə baxmayaraq icra sənədini tam icra etməmişdir. Borclu Şəxs inzibati xəta haqqında materiala öz münasibətini bildirərək qeyd etmişdir ki, "xxxx" MMC-yə yeni müqavilə ilə işə düzəldiyini, 400 manat əmək haqqi aldığını və borcundan hər ay sadəcə 200 manatdan az olmayaraq ödəməyə imkanın çatdığını bildirmişdir. Şəxs məhkəmə iclasında ərizə təqdim edərək X1na hər ay ümumi borcdan 300 (üç yüz) manat ödəniş etməyə imkanının olduğunu, barəsində tərtib olunmuş inzibati iş üzrə icraata xitam verilməsini Məhkəmədən xahiş etmişdir. Borclu Şəxs vəkili X8 öz münasibətini bildirərək qeyd etmişdir ki, Şəxs yeni işə düzəldiyini, 400 manat əmək haqqı alacağını nəzərə alaraq 200 manatdan çox ödəniş edə bilər. Buna görədə icraata xitam verilməsini xahiş etmişdir. İcra sənədi üzrə X1 isə öz münasibətini bildirərək qeyd etmişdir ki, imkanı yoxdur, dərmanlarını almağa pul çatdıra bilmir, ona görədə borcun tam ödənilməsini istəsədə, borclunun maddi durumunu nəzərə alaraq 300 manat ödəməsini istəyir. X1 məhkəmə iclasına ərizə ilə müraciət edərək barəsində inzibati icraat aparılan şəxs Şəxs ödənilməmiş qalan 22734 manat ümumi borcdan hər ay 300 (üç yüz) manat ödənilməsinə razıdır, Şəxs barəsində inzibati icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2025-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs Yevlax Rayon Məhkəməsinin 2(039)-1165/2023 saylı, icra sənədi üzrə yaranmış borcun hər ay 200 manat ödəniş etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. İnzibati xəta haqqında protokolu, icra məmurunun, tələbkarın və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatlarını, eləcə də inzibati materialda olan sənədləri nəzərə alıb iş üzrə sübutları qiymətləndirərək məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında öz təsdiqini tapmamışdır. Yuxarıda sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, barəsidə inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iqtidarsızlıq məsələləri icra məmuru tərəfindən araşdırılmışdır. İcra tədbirləri zamanı icra sənədi əsasında borclunun əmək haqqısına yönəlmələr olmuşdur və hər ay tələbkarın xeyrinə 200 manat tutulmaqdadır. Məhkəmə araşdırması zamanıda zərərçəkmiş şəxs (tələbkar) barəsidə inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin maddi durumunu nəzərə alıb hər ay 300 manat ödənilməsi barədə qarşılıqlı razılıq mövcud olduğu müəyyən olunmuşdur. Belə olan halda, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata barəsində inzibati icraat aparılan şəxsin əməlində inzibati xəta tərkibi olmadığından xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 48-51, 53, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata barəsində inzibati icraat aparılan şəxsin əməlində inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Yevlax Rayon Məhkəməsinə və ya bilavasitə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Ruslan Əlizadə
Məhkəmə qərarları › İş №3(039)-846/2025
Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-846/2025
22.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver