Məhkəmə qərarları › İş №3(039)-847/2020

Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-847/2020

06.11.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-847/2020 06.11.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Məhkəmə iclasının katibi X2 İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Azərbaycan Respublikası DİN-nin BDYPİ-nin YPX-i Alayının Xİİİ-ci tağımının YPX-i inspektoru polis baş serjantı X1 Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə Şəxs Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddəsi ilə inzibati xəta törətməsinə dair Azərbaycan Respublikası DİN-nin BDYPİ-nin YPX-i Alayının Xİİİ-cü tağımından daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Şəxs xx xxxxxxx 2020-ci il tarixdə təxminən saat 12.45 radələrində sürücülük hüququ olmadan idarə etdiyi Ford Transit yük markalı, ** AC *** dövlət qeydiyyat nişanlı avtomobillə Yevlax-Ağdam-Laçın yolunun 1-ci km-də hərəkətdə olan zaman Zərərçəkmiş şəxs idarə etdiyi VAZ-21063 minik markalı, ** BA *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq manevr etmə qaydalarını pozub, zərərçəkmiş şəxsə yüngül bədən xəsarəti yetirərək maddi zərər vuran yol nəqliyyat hadisəsi törətmişdir. Məhəkəmə iclasında inzibati xəta haqqında protoloku tərtib etmiş Azərbaycan Respublikası DİN-nin BDYPİ-nin YPX-i Alayının Xİİİ tağımının YPX-i inspektoru polis baş serjantı X3 izah etdi ki, Şəxs xx xxxxxxx 2020-ci il tarixdə təxminən saat 12.45 radələrində sürücülük hüququ olmadan idarə etdiyi Ford Transit yük markalı, ** AC *** dövlət qeydiyyat nişanlı avtomobillə Yevlax-Ağdam-Laçın yolunun 1-ci km-də hərəkətdə olan zaman Zərərçəkmiş şəxs idarə etdiyi VAZ-21063 minik markalı, ** BA *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq manevr etmə qaydalarını pozub, zərərçəkmiş şəxsə yüngül bədən xəsarəti yetirərək maddi zərər vuran yol nəqliyyat hadisəsi törətmişdir. Bu barədə DİN-nin Baş İstintaq və Təhqiqat İdarəsinin YNH-ə dair işlər üzrə istintaq və təhqiqat şöbəsinin baş müstəntiqi, polis mayoru X4 tərəfindən araşdırma aparılmış, xx xxxxxxx 2020-ci il tarixli qərarla Şəxs barəsində cinayət işinin başlanması rədd edilmiş və barəsində Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddəsində nəzərdə tutulan inzibati tənbeh tədbirləri görülməsi üçün qərarın surəti BDYPİ-nin YPX alayına göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izah etdi ki, sürücülük vəsiqəsinin etibarlılıq müddəti bitdiyindən xəbəri olmamışdır. Ona görə də, dəyişməmişdir. İdarə etdiyi "Ford Transit" yük minik markalı, ** AC *** dövlət qeydiyyat nişanlı avtomobil "xxxxxxxxxx" MMC-yə məxsusdur. O, həmin MMC-də sürücü işləyir. Avtomobili yol vərəqi ilə idarə etmişdir. xx xxxxxxx 2020-ci il tarixdə saat 12:45 radələrində idarə etdiyi avtomobillə Bərdə rayon istiqamətində Yevlax dairəsindən hərəkətdə olmuşdur. Yolun sağında yerləşən mağazaya stirtgü yağı boşaltmışdır. Sonra hərəkətə davam edib yolun Bərdə istiqamətində ikinci zolağından geriyə hərlənmək üçün icazə verilən yerdən sola hərlənmək istəyəndə arxadan onunla eyni istiqamətdə 1-ci zolaqda olan "VAZ 21063" minik markalı, **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobilin qarşısına çıxmış və sola dönmə işıq siqnalını yandırmışdır. Bu zaman avtomobillər toqquşmuşdur. Toqquşma zamanı o, xəsarət almamışdır. Qarşı avtomobilin sürücüsü və yanında oturan sərnişin yüngül xəsarət almışlar. 113 xidməti gəlib onlara yardım göstərib getmişdir. Avtomobili 30-40 km/saat sürətlə idarə etmiş, spirtli içki qəbul etməmişdir. Avtomobildə tək olmuşdur. Zərərçəkmiş şəxsə vurmuş olduğu maddi ziyanı aralarındakı razılaşmaya əsasən ödəmişdir. Hazırda əməlindən səmimi olaraq peşmandır. Məhkəmədən əməlindən səmimi peşmançılığını, Zərərçəkmiş şəxs vurmuş olduğu maddi ziyanı ödəməsini və bir daha belə hallara yol verməyəcəyini nəzərə alaraq, barəsində həbslə əlaqədar olmayan yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə da Zərərçəkmiş şəxs məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmişdir. Zərərçəkmiş şəxs ilə mobil telefon vasitəsilə əlaqə saxlanılmış və Zərərçəkmiş şəxs inzibati xəta törətmiş Şəxs tərəfindən ona dəymiş olan ziyanın ödənildiyini və ondan heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə işə Zərərçəkmiş şəxs iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. İnzibati xəta haqqında protokola əlavə edilmiş və məhkəmə iclasında tətqiq edilən xx xxxxxxx 2020-ci il tarixli 561 saylı sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, Şəxs həkim müayinəsindən keçirilmiş və ayıq olması məlum olmuşdur. İş materialına əlavə edilmiş və məhkəmə iclasında tətqiq edilən Məhkəmə-Tibbi Ekspertizasının xx xxxxxxx 2020-ci il tarixli 657 saylı rəyindən görünür ki, yol nəqliyyat hadisəsi zamanı Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş xəsarət-aktiv və passiv hərəkətin məhdudluğu ilə müşaiət olunan sağ diz oynağının şişkinliyi, qançırı küt alətin təsirindən əmələ gəlmişdir, əmələ gəlmə müddəti xx.xx.2020-ci il tarixə uyğun gəlir, yol nəqliyyat hadisəsi zamanı əmələ gəlməsi istisna edilmir. Qeyd olunan xəsarət səhhətin qısa müddət pozulmasına səbəb olmuş və bu əlamətə görə dərəcəsi sağlamlığa yüngül zərər vuran xəsarətlərə aid edilir. İş materialına əlavə edilmiş və məhkəmə iclasında tətqiq edilən xx xxxxxxx 2020-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Şəxs əməlində cinayət tərkibi olmadığına görə barəsində cinayət işi başlanması rədd edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və inzibati xəta haqqında protokol tərtib etmiş Azərbaycan Respublikası DİN-nin BDYPİ-nin YPX-i Alayının Xİİİ tağımının YPX-i inspektoru polis baş serjantı X1 izahatlarını dinləyib, iş materiallarını tətqiq edərək hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətmiş və o, inzibati tənbeh edilməlidir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlindən səmimi peşmançılıq çəkməsi məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlində məsuliyyəti ağırlaşdıran hal aşkar olunmadı. Azərbaycan Respublikası İXM-nin 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Şəxs haqqında təqsirli bilindiyi İXM-nin 332.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati tənbeh növünü müəyyən edərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlindən səmimi peşmançılığı, şəxsiyyəti, inzibati xətanın xarakteri və mahiyyəti nəzərə alınır. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinin tələbinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsində göstərilir ki, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. İnzibati xətanın xarakterini və mahiyyətini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlindən səmimi peşmançılıq çəkməsini, zərərçəkmiş şəxsə vurmuş olduğu maddi zərəri ödəməsini, zərərçəkmiş şəxsin ondan heç bir şikayət və tələbinin olmamasını və işin faktiki hallarını nəzərə alaraq hesab edirəm ki, Şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə növündə tənbeh edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 114, 115, 117, 128 və 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ : xx.xx.1979-cu il tarixdə Gədəbəy rayonu, Göyəlli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Goranboy rayonu, Qaradağlı kəndində kəndində qeydiyyatda olan və yaşayan Şəxs, Azərbaycan Respublikası İXM-in 332.4-cü maddəsi ilə təqsirli bilinib, 400 (dörd yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Yevlax rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən Ruslan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar