Məhkəmə qərarları › İş №3(039)-848/2022

Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-848/2022

30.09.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-848/2022 30.09.2022 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Kamil Çingiz oğlunun sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi ilə, xx.xx.1978-ci ildə Kəlbəcər rayonu Zülfüqarlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Kəlbəcər rayonu Zülfüqarlı kəndində qeydiyyatda olan və Mingəçevir şəhəri Sağ Sahil qəsəbəsiTaun Əleyhinə Şöbədə məskunlaşmış Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi üzrə tərtib olunmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Yevlax rayon prokurorluğundan daxil olmuş xx.xx.2022-ci il tarixli inzibati xəta haqqında iş üzrə icraat başlanılması haqqında qərarda göstərilmişdir ki, Şəxs məcburi köçkün kimi məskunlaşdığı mənzilə kanalizasiya xətti çəkilməsi üçün xx.xx.2022-ci il tarixdə saat 18:00 radələrində evindən təxminən 70 metr məsafədə Baş Mingəçevir-Mingəçevir şəhər dəmir yolunun 18-ci km, pk 6-da Mingəçevir şəhər stansiyasından sonra yerləşən hidro-qovşaq ərazisində, su elektrik stansiyasının dalan yolunu stansiya yolları ilə birləşən işlək vəziyyətdə olmayan dəmir yolunu 40 manat müqabilində araşdırma zamanı müəyyən olunmayan traktorçu vasitəsi ilə qazdıran zaman dəmir yolunun 21 paqometri yəni, iki tərəfli olmaqla 42 metr uzunluğunda R-50 tipli relsin torpaq yatağının dağılması nəticəsində "xxxx" QSC-yə 50 manat məbləğində qəsdən maddi ziyan vurmuşdur. Bununla da o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Səlahiyətli orqanın nümayəndəsi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs və zərəçəkmiş hüquqi şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2022-ci il tarixli inzibati xəta haqqında iş üzrə icraat başlanılması haqqında qərarda göstərilmişdir ki, Şəxs məcburi köçkün kimi məskunlaşdığı mənzilə kanalizasiya xətti çəkilməsi üçün xx.xx.2022-ci il tarixdə saat 18:00 radələrində evindən təxminən 70 metr məsafədə Baş Mingəçevir-Mingəçevir şəhər dəmir yolunun 18-ci km, pk 6-da Mingəçevir şəhər stansiyasından sonra yerləşən hidro-qovşaq ərazisində, su elektrik stansiyasının dalan yolunu stansiya yolları ilə birləşən işlək vəziyyətdə olmayan dəmir yolunu 40 manat müqabilində araşdırma zamanı müəyyən olunmayan traktorçu vasitəsi ilə qazdıran zaman dəmir yolunun 21 paqometri yəni, iki tərəfli olmaqla 42 metr uzunluğunda R-50 tipli relsin torpaq yatağının dağılması nəticəsində "xxxx" QSC-yə 50 manat məbləğində qəsdən maddi ziyan vurmuşdur. Barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1 maddəsi ilə inzibati qaydada tədbir görülməsi qərara alınmışdır; Şəxs xx.xx.2022-ci l tarixdə Yevlax Xətt polis şöbəsinə verdiyi izahatından görünür ki, özünə məxsus torpaq sahəsində kanalizasiya xətti çəkdirmək üçün relsləri sökdürmüş, həmin relsləri oğurlamaq niyəti olmamışdır və relslərin "xxxx" QSC-yə məxsus olması barədə məlumatı olmayıb; "xxxx" QSC-nin məktubundan görünür ki, QSC-yə 50 manat dəyərində maddi ziyan dəymişdir. Məhkəmə, iş materiallarını araşdırıb hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi sübuta yetirilir. Buna görə də Şəxs həmin maddə ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 31.2-ci maddəsinə görə fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 232-1-ci maddəsinə görə özgənin əmlakını qəsdən məhv etməyə və ya zədələməyə görə az miqdarda ziyan vurduqda inzibati xəta nəticəsində vurulmuş ziyanın bir mislindən iki mislinədək məbləğdə cərimə edilir. Məhkəmə iclasında Şəxs məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə, məhkəmə Şəxs törətdiyi inzibati xətanın xarakterini nəzərə alaraq hesab edir ki, ona İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsində nəzərdə tutulmuş inzibati cərimə tənbeh növü tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40-cı, 43-cü, 48-50-ci, 114-115-ci və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə təqsirli bilinərək vurulmuş ziyanın bir misli miqdarında, yəni 50 (əlli) manat məbləğində cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Kamil Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar