Məhkəmə qərarları › İş №3(039)-856/2021

Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-856/2021

05.11.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-856/2021 05.11.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi, Məmmədəliyeva Səriyyə Qoca qızının katibliyi, Yevlax Rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru, İ dərəcəli ədliyyə qulluqçusu X1, Tələbkar Zərərçəkmiş şəxs, Barəsində inzibati protokol tərtib edilmiş şəxs Şəxs oğlunun iştirakı ilə, xx.xx.1973-cü ildə Yevlax rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, Yevlax rayonu Salahlı kəndində yaşayan. Şəxs barəsində Yevlax Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Məhkəməyə təqdim olunmuş protokolda qeyd olunur ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-13322/2017 №-li, 20 sentyabr 2017-ci il tarixli icra sənədinə əsasən, yaranmış 3240 manat məbləğində aliment borcunu ödəməkdən yayınmışdır. Bununla da Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməkdən çəkindirməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsi inzibati xətasını törətmişdir. Böyük icra məmuru, İ dərəcəli ədliyyə qulluqçusu Kənan Süleymanov məhkəmə iclasında izahat verərək bildirmişdir ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)- 13322/2017 №-li, 20 sentyabr 2017-ci il tarixli icra sənədinə əsasən borclu Şəxs qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq 24 fevral 2009-cu il təvəllüdlü X2 və 08 iyun 2010-cu il təvəllüdlü X3 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə sabit pulda 137 manat olmaqla, hər ay 274 manat məbləğində aliment tutularaq tələbkar Zərərçəkmiş şəxs ödənilməlidir. İcra sənədinin icrası ilə əlaqədar borclu Şəxs rəsmi bildiriş və icraata başlamaq haqqında qərar göndərilməsinə baxmayaraq tələbkarın xeyrinə heç bir ödəniş etməmişdir. İcra sənədinin məcburi icrası ilə əlaqədar aparılmış icra tədbirləri nəticəsində borclu Şəxs yaşadığı yer müəyyən edilməmişdir. Bu səbəbdən də borclu Şəxs yerinin müəyyən edilməsi məqsədilə 25 noyabr 2020-ci il tarixdə borclunun axtarılması haqqında axtarış qərarı qəbul edilərək icra edilməsi üçün Yevlax Rayon Polis Şöbəsinə göndərilmiş və Yevlax rayon Polis şöbəsində borclu barəsində 06 yanvar 2021-ci il tarixdə 400320 saylı axtarış işi açılmışdır. Borclu Şəxs yeri Yevlax Rayon Polis Şöbəsi tərəfindən müəyyən edilərək şöbəyə gətirilmişdir. Borclu Şəxs ödənilməmiş 3240 manat borcunun ödənilməsi tələb edilmiş və o, 05 noyabr 2021-ci il tarixdə şöbəyə verdiyi izahatında heç yerdə işləmədiyini bildirərək tələbkarın xeyrinə heç bir ödəniş etmədiyini bildirmişdir. Bununla da borclu Şəxs onun qanuni tələblərini yerinə yetirmədiyinə və icra sənədini üzürsüz səbəbdən icra etmədiyinə görə onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati protokol tərtib edilmişdir. Ona görə də borclu Şəxs barəsində qanuni tədbir görülməsini xahiş etdi. Məhkəmə iclasında tələbkar Zərərçəkmiş şəxs izahat verərək bildirdi ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 20 sentyabr 2017-ci il tarixli icra sənədinə əsasən, borclu Şəxs ona 3240 manat məbləğində aliment borcu yaranmışdır. Borclu Şəxs ödəniş etmir, dəfələrlə vəd verməsinə baxmayaraq aliment borcunu ödəməmişdir. İcra sənədi üzrə aliment borcun tam şəkildə ödənilməsini tələb edir. Borclu Şəxs məhkəmə iclasında izahat verərək bildirdi ki, icra sənədi üzrə bildirişi almışdır. Hazırda icra sənədi üzrə tələbkar Zərərçəkmiş şəxs 3240 manat məbləğində aliment borcu yaranmışdır. Yenidən ailə qurmuş və himayəsində 2 azyaşlı uşağı vardır. Heç bir yerdə işləmir, gəlir yeri yoxdur, aliment borcunu ödəyə bilmir. Şəxs həmin inzibati xətanı törətməsində təqsiri özünün etirafı, tələbkar Zərərçəkmiş şəxs izahatı və işin digər materialları ilə tam təsdiq edilmişdir. Məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. O, həmin inzibati xətanı törətməkdə təqsirlidir. Onun barəsində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Odur ki, məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati tənbeh tətbiq edərkən şəxsiyyətini, təqsirinin dərəcəsini və əmlak vəziyyətini nəzərə alıb ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs tənbehinin təyin edilməsini məqsədə müvafiq hesab edir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.2.1 və 130.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 10 (on gün) gün müddətinə inzibati həbs edilsin. Həbs etmənin əvvəli 05 noyabr 2021-ci il tarixdən saat 13:00-dan hesablansın. Qərarın icrası Yevlax Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına şikayət və ya protest verilə bilər. Hakim Toğrul Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar