Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-857/2021 06.11.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X12 qızının katibliyi, Yevlax Rayon Polis X3 Bölməsinin sahə rəisi, polis leytenantı X2, Barəsində xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs iştirakı ilə, xx.xx.1976-cı ildə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Yevlax şəhəri M.Ə.Rəsulzadə küçəsi ev 13, mənzil 5-də yaşayan. Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə inzibati xəta törətməsinə dair Yevlax Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Yevlax Rayon Polis X3 Bölməsinin polis sahə rəisi, polis leytenantı X1 Müşviq Hüseyn oğlunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati xəta törətməsi barədə tərtib etdiyi inzibati xəta haqqında protokolu və əlavə edilmiş sənədləri baxılması üçün Yevlax Rayon Məhkəməsinə təqdim etmişdir. Məhkəmə iclasında polis sahə rəisi, polis leytenantı İsmayıl Cəfərzadə bildirmişdir ki, ünvan 1 ünvanında yaşayan X13 05 noyabr 2021-ci il tarixdə Yevlax Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək oğlu Müşfiq İsmayılovun sərxoş halda evə gələrək münaqişə yaratmasını və evin şüşələrini sındırması barədə məlumat vermişdir. Müşfiq İsmayılov barəsində tədbir görülməsini xahiş etmişdir. Bundan sonra tərəfindən araşdırma aparılmış, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Barəsində xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs məhkəmə iclasında izahat verərək bildirdi ki, 05 noyabr 2021-ci il tarixdə axşam saatlarında ünvan 3 ünvanında yerləşən yaşadıqları evdə atası Hüseyn İsmayılov ilə aralarında xırda mübahisə olmuşdur. Gələcəkdə belə hallara yol verməyəcəyinə söz verir. Məhkəmə iclasında X6 şahid qismində ifadə verərək bildirmişdir ki, oğlu Müşfiq İsmayıllov hər gün spirtli içki qəbul edir, mütəmadi olaraq evdə səs-küy yaradır və yaşadıqları evin pəncərə şüşələrini qırır. 05 noyabr 2021-ci il tarixdə axşam saatlarında sərxoş vəziyyətdə evə gələrək evdə səs-küy yaratmışdır. Bundan sonra o, Yevlax Rayon Polis Şöbəsinə ərizə ilə müraciət etmişdir. Şəxs barəsində tədbir görülməsini xahiş etdi. İşdə olan 06 noyabr 2021-ci il tarixli inzibati qaydada tutma haqqında protokolundan görünür ki, X5 inzibati xətanı törətdiyinə görə 06 noyabr 2021-ci il tarixdə saat 00:15-dən inzibati qaydada tutulmuşdur. Məhkəmə polis sahə rəisi, polis leytenantı İsmayıl Cəfərzadənin çıxışını, şahid ifadəsini və Şəxs izahatını dinləyib, işdə olan sənədləri baxaraq belə hesab edir ki, inzibati xəta haqqında işə xitam verilməlidir. Belə ki, X4 Yevlax Rayon Polis Şöbəsinin rəisinə yazdığı 05 noyabr 2021-ci il tarixli ərizədən görünür ki, o, oğlu Şəxs sərxoş vəziyyətdə evə gələrək münaqişə yaratmasını və evin şüşələrini sındırmasını bildirərək, bu barədə tədbir görülməsini xahiş etmişdir. X6 06 noyabr 2021-ci il tarixdə məhkəmə zalında verdiyi ifadəsində isə göstərmişdir ki, 05 noyabr 2021-ci il tarixdə axşam saatlarında yaşadıqları evdə oğlu Şəxs sərxoş vəziyyətdə evdə səs-küy salaraq münaqişə yaratmasını bildirmişdir. İnzibati xəta haqqında 06 noyabr 2021-ci il tаrixli MN ******* nömrəli protokoldan isə görünür ki, Şəxs 05 noyabr 2021-ci il tarixdə yaşadığı evdə münaqişə salmış, ucadan nalayiq ifadələr işlədərək səs-küy yaratmasına görə barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən olunur ki, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs 05 noyabr 2021-ci il tarixdə axşam saatlarında atası Hüseyn İsmayılov ilə yaşadıqları evdə ailə-məişət münasibətləri zəminində mübahisə etmişdir. Məhkəmə hesab edir ki, Şəxs əməlində İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin inzibati xəta tərkibi yoxdur. Belə ki, həmin maddəyə əsasən, ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər xırda xuliqanlıq hesab edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.2 və 105.1-ci maddələrinin tələblərinə görə inzibati xəta tərkibi olmadıqda icraatında inzibati xəta haqqında iş olan hakim inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.2, 105.1 və 128.2.1-ci maddələrinin tələbini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə başlanılmış inzibati xəta haqqında işin icraatına xitam verilsin. Şəxs məhkəmə zalından dərhal həbsdən azad edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən on gün müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Toğrul Əliyev
Məhkəmə qərarları › İş №3(039)-857/2021
Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-857/2021
06.11.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver